Məhkəmə qərarları › İş №2(064)-328/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-328/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-328/2023 17.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhlman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMM-ə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMM-ə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.050 manat məbləğində vurulmuş maddi ziyana görə pulun və 30,50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “DAF CF85.430 YÜK” markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021 -ci ildən 14.01,2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021 -ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır.2021-ci il aprelin 05-də Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “DAF CF85.430 YÜK” markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində “TOYOTA PRİUS” markalı, **-UJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Binəqədi DYPŞ-nin xx.xx.2021ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXMin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1 -ci maddələri ilə təqsirli bilnmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3371 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “TOYOTA PRİUS” markalı, **-UJ-*** dövlət nömrə nişanlı avtomobillə 1050 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1.050 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən hazırkı mülki işə məhkəmə aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəsində deyilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikası MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı Qərarının:

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

16. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddiaçı "xxxx" ASC və Cavabdeh2 MMM kommersiya hüquqi şəxslər olmaqla aralarında yaranmış mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, bu işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Cavabdeh hüquqi şəxs Cavabdeh2 MMM-in hüquqi ünvanı Bakı şəhəri olduğundan (iddiaçı "xxxx" ASC-nin hüquqi ünvanı da Bakı şəhəridir) məhkəmə hazırkı işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 24,26, 30, 31, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ:

1. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMM-ə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

2. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi tel.: ***-***-**-**

17 mart 2023-cü il 2(064)-328/2023

İddiaçı "xxxx"ASC-yə Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 22L

Cavabdeh: Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, 22 K-nın 1 saylı yataqxanası.

Cavabdeh: "xxxx" MMM-yə Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev, ev 98, ə 342, m 1A Füzuli Rayon Məhkəməsinin mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-ci il tarixli, 2(064)-328/2023 saylı qərardadı sizə göndərilir.

Qoşma: qərardad.

HAKİM Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar