Məhkəmə qərarları › İş №2(064)-433/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-433/2023

08.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-433/2023 08.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14650 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. İddiaçı məhkəməyə göndərdiyi yazılı ərizəsində hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçilərə geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar