Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-447/2023 05.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “törədilmiş inzibati xəta nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) törətdiyi inzibati xəta nəticəsində vurduğu maddi zərərə görə 6894 manat və mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 7894 manat məbləğində pulun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 20 noyabr 2022-ci il tarixdə saat 18:12-də Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu 2-ci Şahsevən kəndindən keçən hissəsində özünə məxsus iribuynuzlu heyvanları yolun digər tərəfinə keçirərkən heyvanın onun idarə etdiyi “Mersedes Benz" markalı, **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyməsi nəticəsində avtomobili əzilmiş, ona 6894 manat məbləğində maddi zərər dəymişdir. Beyləqan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 3(020)-942/2022 nömrəli qərarı ilə cavabdeh Azarbaycan Respublikasi İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 80 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin cavabdeh törətdiyi inzibati xəta nəticəsində ona vurduğu maddi zərəri ödəmir. Cavabdeh ona törətdiyi inzibati xəta hadisəsi nəticəsində mənəvi zərər də vurmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən yazılı qaydada iddia tələbinin mənəvi zərərinin ödənilməsi ilə bağlı hissəsindən imtina etmiş, maddi zərərin ödənilməsi hissəsini isə azaldılaraq cavabdehdən onun xeyrinə 6176 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etdiyini, iddianın vurduğu maddi zərərə görə 6176 manat məbləğində təmin edilməsi ilə razı olduğunu bildirmiş, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - cavabdeh 20 noyabr 2022-ci il tarixdə saat 18:12-də Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu 2-ci Şahsevən kəndindən keçən hissəsində özünə məxsus iribuynuzlu heyvanları yolun digər tərəfinə keçirərkən heyvanın iddiaçının idarə etdiyi “Mersedes Benz" markalı, **-DA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyməsi nəticəsində avtomobilin əzilməsi və iddiaçıya maddi zərər vurmasından ibarət, Azarbaycan Respublikasi İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 80 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir (Beyləqan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 3(020)-942/2022 nömrəli qərarına əsasən). - “Sərxan” avtomotoservis və ticarət firması tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1997-ci il buraxılışlı “Mersedes Benz C240" markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 6176 manat təşkil edir. Ekspertiza xərci 50 manatdır (məhkəməəmtəəşünaslıq ekspertizasının 03 iyul 2023-cü il tarixli, 9/2742 nömrəli rəyinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə cavabdehin iddianı etiraf etməsini onda işin hallarının gizlədilməsi məqsədi ilə edilməsi, yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə dair şübhə aşkar etmədiyinə görə qəbul edir, bu səbəbdən yuxarıda göstərilən prosessual qanunvericilik normalarına uyğun olaraq, iddiaçının izahatı, Beyləqan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 3(020)-942/2022 nömrəli qərarı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 iyul 2023-cü il tarixli, 9/2742 nömrəli rəyi ilə yanaşı, cavabdehin iddianı etiraf etməsi əsasında cavabdehin 20 noyabr 2022-ci il tarixdə saat 18:12-də Bəhrəmtəpə- Horadiz avtomobil yolunun Beyləqan rayonu 2-ci Şahsevən kəndindən keçən hissəsində törətdiyi, Azarbaycan Respublikasi İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli nəticəsində iddiaçıya 6176 manat məbləğində maddi zərər durduğunu müəyyən edir. Məhkəmə göstərilən qanunvericilik normaları və müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən vurduğu maddi zərərə görə cəmi 6176 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in: - 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğuna görə iş üzrə ekspertə ödənilməli olan 50 manat məbləğində pul cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh vurduğu maddi zərərə görə cəmi 6176 manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh ekspertiza xərcinə görə 50 (əlli) manat məbləğində pul alınaraq X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-447/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-447/2023
05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver