Məhkəmə qərarları › İş №2(064)-477/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-477/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-477/2023 05.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 260 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 290,40 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Hyundai HD 45” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 oktyabr 2018-ci il tarixdən 02 oktyabr 2019cu il tarixədək iddiaçı tərəfindən icbari sığorta növündə sığortalanmışdır. 25 sentyabr 2019-cu il tarixdə cavabdehin idarə etdiyi həmin avtomobil Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində “Nissan Micra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Xəzər rayon DYPŞ tərəfindən tərtib edilmiş 28 sentyabr 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh hadisə yerindən yayındığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı həmin hadisə zamanı “Nissan Micra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sahibi X2 vurulmuş maddi ziyana görə 12 noyabr 2019-cu il tarixdə 260 manat məbləğində pul ödəmişdir. Göstərdiklərinə əsasən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, gəlməmiş, iddiaçı iddia ərizəsinə əlavə etdiyi ərizəsində iş üzrə məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh 16 fevral 2023-cü il tarixdə məhkəməyə şifahi qaydada verdiyi məlumatında iddia tələbi ilə razı olduğunu, iddiaçının ondan tələb etdiyi pul məbləğini hissə-hissə ödəyəcəyini göstərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir (telefonoqrama əsasən). Məhkəmə göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - “Hyundai HD 45 Yük” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən PAT********** nömrəli şəhadətnamə əsasında 02 oktyabr 2018-ci il tarixdən 02 oktyabr 2019-cu il tarixədək icbari sığorta növündə sığortalanmışdır (“İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” və sığorta aktının surətləri əsasında). - Cavabdeh 25 sentyabr 2019-cu il tarixdə saat 17:00-da Buzovna qəsəbəsində idarə etdiyi “Hyundai HD 45” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Nissan Micra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasından sonra hadisə yerindən yayınmasından ibarət inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh həmin qərara “Narazılığım yoxdu” qeydi yazıb imza etməklə göstərilən inzibati xətanı törətməsi ilə razı olduğunu ifadə etmişdir (25 sentyabr 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən). - Göstərilən inzibati xəta nəticəsində “Nissan Micra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc 260 manat məbləğində olmuşdur (iddiaçı tərəfindən tərtib edilmiş dəymiş zərərin qiymətləndirməsi barədə 04 noyabr 2019-cu il tarixli hesabatın surətinə əsasən). - İddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün “Nissan Micra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 12 noyabr 2019-cu il tarixdə 260 manat məbləğində pul ödəmişdir (11049 ödəniş tapşırığı və ona əlavə edilmiş ödəniş cədvəlinin surətlərinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdeh Xəzər DYPŞ tərəfindən tərtib edilmiş 25 sentyabr 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini “Nissan Micra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı törətmiş və hadisə yerindən yayınmışdır. Beləliklə də, baş vermiş həmin sığorta hadisəsi ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə olduğuna görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş X2 ödədiyi 260 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 260 manat və dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 290,40 manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar