Məhkəmə qərarları › İş №2(064)-790/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-790/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-790/2023 10.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə” tələbə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) cavabdehlərdən subroqasiya hüququ əsasında əsasında vurulmuş zərərə görə 4500 manat və ödənilmiş dövlət rüsumuna görə 66,10 manat pulun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizəsində cavabdehlərin rəsmi qeydə alındığı ünvanı göstərsə də, faktiki yaşayış yerini göstərməmiş, eləcə də iddia ərizəsinə bu barədə rəsmi sənəd əlavə etməmişdir. Məhkəmə bu barədə nəticəyə gələrkən, cavabdehlərin rəsmi qeydə alındıqları ünvan olan Füzuli rayonu, Qacar kəndinin 07 noyabr 2020-ci il tarixdə işğaldan azad edildiyinə görə hazırda orada faktiki olaraq yaşayışın olmadığını nəzərə alır. Məhkəmə göstərilən qanunvericilik normaları və iddia ərizəsinin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, iddaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsində müəyyən olunmuş tələbə cavab vermədiyinə görə həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən icraata götürülmədən, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə” tələbə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə iddia ərizəsinin qaytarılması üçün göstərilən nöqsanı iddia ərizəsinin giriş hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki yaşayış yeri barədə məlumatı göstərmək və ərizəyə bunu təsdiq edən sənədi əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar