Məhkəmə qərarları › İş №2(064)-81/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-81/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-81/2023 26.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.100 manat sığorta ödənişinin və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "MERCEDES BENZ E220” markalı, **- RT-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il oktyabrın 26-da Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ E220” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Ə.Vahid küçəsində, X1 idarə etdiyi “MERCEDES BENZ E240” markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Abşeron DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü və 327.1 -ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Abşeron DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə), 327.1-ci maddələri ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmişdir. “AUTOBOX” tərəfindən verilmiş 02.11,2020-ci il tarixli, 1105 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E240” markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobilə 2100 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 2100 manatı zərərçəkmiş şəxs X2 ödəmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə müraciət edərək iddianı müdafiə etdiklərini, iddianın təmin olunmasını və işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh bildirdi ki, iddia tələbində göstərilən ziyanın məbləği ilə razı deyil. Belə ki, “MERCEDES BENZ E240” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş maddi ziyan həddindən artıq hesablanmışdır. Hesab edir ki, vurulmuş maddi ziyan 700 manat civarındadır. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. İş üzrə cavabdehin vəsatəti əsasında müvafiq ekspertiza təyin edilərək keçirilmiş və xx.xx.2023-cü il tarixli, 9/982 saylı ekspert rəyindən görünür ki, “MERCEDES BENZ E240” markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.100 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, "MERCEDES BENZ E220” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2020-ci il tarxidə Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ E220” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobillə X1 idarə etdiyi “MERCEDES BENZ E240” markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı cavabdeh-sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü və 327.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. “AUTOBOX” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1105 nömrəli qiymətləndirmə aktına və MEM-in xx.xx.2023-cü il tarixli, 9/982 saylı ekspert rəyinə əsasən əsasən hadisə nəticəsində “MERCEDES BENZ E240” markalı, **- RG-*** dövlət nömrə nişanlı avtomobilə 2.100 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 2100 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Cavabdeh avtomobili idarə etmək hüququ olmadığından iddiaçı haqlı olaraq subroqasiya qaydasında ödənilmiş sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icbari avtonəqliyyat sığortası növü üzrə subroqasiya zərər vurmanı ehtiva etmir. Mülki Məcəllədə təsbit edilən subroqasiyaya verilmiş anlayış yalnız könüllü sığorta növləri üzrə subroqasiya hüququnun məzmununu ehtiva edir və bu anlayış birtərəfli xarakter daşıyır. İcbari sığorta növü üzrə isə təkcə zərər subroqasiyanı şərtləndirmir, əlavə şərtlərin mövcudluğu (idarə etmə hüququnun olmaması, yol-nəqliyyat hadisəsi yerindən yayınma və s.) subroqasiya hüququnun yaranması üçün əsasdır. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin subroqasiya hüququndan bəhs edən 936-cı maddəsində aşağıdakılar göstərilmişdir: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bununla yanaşı, MPM-in 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumuna görə ödənilmiş 41 manatın cavabdehdən iddiaçının xeyrinə və ekspertiza xərcinə görə 50 manatın cavabdehdən MEM-in hesabına tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin olunsun. İddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh ödənilmiş sığorta ödənişinə görə 2.100 manat və dövlət rüsumuna görə 41 manat tutulsun. Cavabdeh ekspertiza xərcinə görə 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE**********00********) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar