Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-85/2023 17.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.950 manat vurulmuş zərərin əvəzi, 49,50 manat dövlət rüsumu olmaqla cəmi 2.999,50 manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2021 -ci il tarixində Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz E 240” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil X3, “Kia Ceed” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Kia Optima” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. AR DİN Bakı Şəhər Suraxanı rayon DYPŞ-nin arayışına, TP ******* və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlara əsasən X3 və Cavabdeh yol- nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs olaraq müəyyən edilmişlər. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, “Kia Optima” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin ********** saylı sığorta şəhadətnaməsindən məlum olur ki, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixindək 30.000 manat sığorta məbləği olmaqla “əmlak sığortası” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Mercedes Benz E240” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədəkdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktına əsasən, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” markalı, ** ON *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5.900 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AD 906066 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, “Kia Optima minik” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X2 mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 994/21 saylı sığorta aktı və xx.xx.2022 lci il tarixli, № AZ0011089 saylı ödəniş tapşırığına əsasən, "xxxx" ASC tərəfindən 5.900 manat məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X2 "xxxx" ASC-dəki hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C-22/2971 saylı geriyə tələb (subroqasiya) məktubundan məlum olur ki, “Mercedes Benz E240” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün məsuliyyəti xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalandığı üçün ASC zərərin aradan qaldırılması üçün ödənilmiş 5.900 manat məbləğində sığorta ödənişinin 50 faizi, yəni 2.950 manat məbləğinin 5 gün müddətində Cavabdeh tərəfindən geri ödənilməsini tələb edilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə həmçinin iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə qarşılıqlı razılıq əsasında borcun 322 manat hissəsini ona ödənilməli olan sığorta ödənişi ilə əvəzləmişlər. Odur ki, cavabdehdən sığorta ödənişinə görə 2.677,5 manat və ödənilmiş dövlət rüsumuna görə 49,5 manat olmaqla cəmi 2.727 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, baş vermiş yolnəqliyyat hadisəsində onun təqsiri olmamışdır. Bundan başqa, vurulmuş maddi ziyan artıq hesablanmışdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş MEM-in xx.xx.2023-cü il tarixli, 9/8876 saylı ekspert rəyindən görünür ki, “Kia Optima” markalı, ** ON *** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 4.800 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə cavabdehi dinləyərək və iddia ərizəsini nəzərdən keçirərək və işdəki sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2021 -ci il tarixində "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz E 240” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil S.Sarıxanlı, “Kia Ceed” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış “Kia Optima” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. TP ******* və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlara əsasən S.Sarıxanlı və Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişlər. Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə edilmişdir. “Kia Optima” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin ********** saylı sığorta şəhadətnaməsindən məlum olur ki, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixindək 30.000 manat sığorta məbləği olmaqla əmlak sığortası qaydaları ilə sığortalanmışdır. “Mercedes Benz E240” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktına əsasən, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” markalı, ** ON *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5.900 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 994/21 saylı sığorta aktı və xx.xx.2022-ci il tarixli, № AZ0011089 saylı ödəniş tapşırığına əsasən, "xxxx" ASC tərəfindən 5.900 manat məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan O.Tağıyevin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli, BS-C-22/2971 saylı geriyə tələb (subroqasiya) məktubundan məlum olur ki, “Mercedes Benz E240” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün məsuliyyəti xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalandığı üçün iddiaçı zərərin aradan qaldırılması üçün ödənilmiş 5.900 manat məbləğində sığorta ödənişinin 50 faizi, yəni 2.950 manatın Cavabdeh tərəfindən geri ödənilməsi tələb edilmişdir. Lakin cavabdehin vəsatəti əsasında təyin edilərək keçirilmiş MEM-in xx.xx.2023-cü il tarixli, 9/8876 saylı ekspert rəyindən görünür ki, “Kia Optima” markalı, ** ON *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4.800 manat müəyyən edilir. Belə olan halda, bu məbləğin 50 %-i, yəni 2.400 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 58.3-2. Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsində deylir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1 və 936.2-ci maddələrinə görə, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Ona görə də, məhkəmə bu qənaətə gəlir ki, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumuna görə ödənilmiş 49,5 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin ekspert rəyinin verilməsi üçün çəkilmiş xərc 50 manat cavabdehdən alınaraq MEM-in hesabına keçirilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh sığorta ödənişinə görə 2.400 manat, ödənilmiş dövlət rüsumuna görə 49,50 manat olmaqla, cəmi 2.449,50 manat pul tutulsun. Cavabdeh ekspertiza xərcinə görə 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE**********00********) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-85/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-85/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver