Məhkəmə qərarları › İş №2(064)-857/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-857/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-857/2023 25.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı verdiyi “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 4428 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat olmaqla, cəmi 4493 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə iddia ərizəsində cavabdehin Füzuli rayonu, Babı kəndində rəsmi qeydə alındığı göstərilsə də, məhkəmənin hazırlıq iclasında elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasında cavabdehin ünvan 1 ünvanında rəsmi qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən edilmiş prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğuna, iş üzrə cavabdeh Bakı şəhəri, Pirallahı rayonu ərazisində rəsmi qeydə alındığına görə hazırki mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də mülki işin materialları Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35.1, 45.1, 45.2, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı verdiyi “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi” tələbinə dair 2(064)-857/2023 nömrəli mülki işin materialları baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar