Məhkəmə qərarları › İş №2(066)-1033/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1033/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1033/2025 03.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdim: İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” ASC-də işlədiyi son 5 il ərzində ona ödənilməmiş əmək məzuniyyətinə görə 3250 manat məzuniyyət pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 mart 2008-ci il tarixdə “X1” ASC-nin 4 nömrəli üzümçülük briqadasına briqadir vəzifəsinə qəbul olunmuşdur. 23 sentyabr 2014cü il tarixdə “X1” ASC tərəfindən "xxxx" MMC yaradılmış və 18 noyabr 2014-cü il tarixli, k/12 saylı əmrlə o, qeyd olunan "xxxx" MMC-nin 4 nömrəli briqadasında briqadir vəzifəsinə keçirilmişdir və həmin tarixdən də öz ərizəsilə işdən azad olunmuşdur. O, öz ərizəsilə işdən azad ediləndən sonra ona son haqq hesab hesablanmamışdır. Onu da qeyd etmişdir ki, işlədiyi son 5 ildə ona əmək məzuniyyəti verilməmiş, həmçinin əmək məzuniyyətinə görə də ona pul ödənilməmişdir. Onun aylıq əmək haqqı vergilər və digər ödənişlər çıxılandan sonra 650 manat olmuşdur. Ona görə də son haqq hesab olaraq ona 3250 manat ödənilməlidir. Buna baxmayaraq cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesab ödənilmir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq, İddiaçı mediasiya prosesində iştirak etməli olduğu halda, təqdim edilmiş sənədlərlə onun mediasiya prosesində iştirak etməsini müəyyən etmək mümkün olmamış və bu barədə heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə etməlidir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, məhkəməyə müraciət etməzdən əvvəl qanunverciliklə müəyyən olunmuş qaydada mediasiya prosesində iştirak edilməsini təsdiq edən sənəd əlavə etməklə iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hakim: Leyla Hüseynzadə İş № 2(066)-1033/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı tərəfindən İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan baxılır. Prosessual hərəkət saat 10:45-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 10:55-də başa çatdırdım. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar