Məhkəmə qərarları › İş №2(066)-104/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-104/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-104/2025 22.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı1 nümayəndəsi (atası) Nümayəndə2 və nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi,vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Keçmiş Xanlar rayon AİK-nın müvafiq xx.xx.2002-ci il tarixli 06 saylı qərarına əsasən onlara verilmiş 1,28 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair qanunsuz pulla həmin torpaq sahələri cavabdehlər tərəfindən ələ keçirildiyinə və hal-hazırda üçüncü şəxslərin mülkiyyətində olduğuna görə onlara həmin torpaq sahəsinin dəyəri olan 01 hektarına görə 3000 min manat olmaqla, cəmi 0,426 hektar torpağın ümumilikdə dəyərini torpağın ümumilikdə dəyərinin və həmin torpaq sahəsi itirdiklərinə görə məhkəmələrdə süründürməçiliyə məruz qaldıqlarına görə 4000 min manat mənəvi ziyanın və həmçinin əldən çıxmış fayda olan hər il həmin torpağa görə əldə edəcəkləri və edə bilmiyəcəkləri 3000 manat pulun, ümumilikdə 15 il ərzində əldən çıxmış faydanın ümumi dəyərinin cavabdehlərdən alınaraq, onlara ödənilməsi və verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə hazırlıq iclasında baxılarkən İddiaçı1 nümayəndəsi (atası) Nümayəndə2 və nümayəndəsi (vəkili) X3 tərəfindən məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Digər iddiaçı və cabadehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi,vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar