Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-106/2024 27.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı «Pul tələbinə dair» iddiası üzrə mülki Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı «Pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu Çaykənd kəndində Cavabdeh məxsus olan torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı evə və həyətyanı sahəsə inşa edilmiş hamamın yerində müayinə edilməsi, tikilinin qiymətləndirilməsi və evin dəyərinin yarısının ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək, izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2003-cü ildə faktiki, 18 may 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından 18 fevral 2004-cü il təvəllüdlü X6 və 02 noyabr 2005-ci il təvəllüdlü X8 adında uşaqları olmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və uşaqları onun yanında saxlanılmışdır. 12 dekabr 2007-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə tərtib edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(040)-343/2018 saylı qətnaməsi ilə 18 fevral 2004-cü il təvəllüdlü X6 və 02 noyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 2(066)-300/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimrntin məbləği artırılaraq hər ay, hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. 30 noyabr 2007-ci il tarixli 1551 nömrəli “Torpaqların alqı-satqı aktına” əsasən Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsi tərəfindən Cavabdeh 0,10 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş olsa da onlar 2023-cü ilin sentyabr ayına kimi bir yerdə yaşmışlar. Cavabdeh hərbi qulluqçu olmaqla evlərinin olmasına laqeyid yanaşmışdır. O, qeyd edilən 0,10 hektar həyətyanı torpaq sahəsini aldıqdan sonra o, və qardaşı İddiaçı2 ona həmin torpaq sahəsində ev tikməyi tklif etsələrdə cavabdeh hərbiçi olmasına görə vaxtının olmamasını bildirmişdir. Ona görə də onlar qəara gəlmişlər ki, öz maddi imkanları hesabına orada ev tiksinlər. O, Cavabdeh ilə nikahda olmamasına baxmayaraq qardaşı İddiaçı2la qeyd edilən torpaq sahəsində 1 mərtəbəli ev tikmişlər. İddiaçı2 usta kimi evin tikintisində iştirak etmiş, Cavabdeh bəzi tikinti materiallarını almışdır. 1 mərtəbəli, 2 otaqlı ev hazır olandan sonra 2023-cü ilin sentyabr ayına kimi orada yaşamışlar. 2023-cü ilin sentyabr ayında isə Cavabdeh onları evdən çıxartmışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, izahat verərək bildirdi ki, o, usta kimi tikinti işləri ilə məşğul olur İddiaçı1 onun bacısdır. O, Cavabdeh ilə evli olmuş və boşanmışlar. Onlar boşanmış olsalar da 2023-cü ilin sentyabr ayına kimi 2 nəfər uşaqları ilə bir yerdə yaşmışlar. Cavabdeh adına Göygöl rayonu Çaykənd kəndində 0,10 hektar həyətyanı torpaq sahəsi vardır. Cavabdeh hərbiçi olmasına görə həmin torpaq sahəsində ev tikə bilməmiş, o, isə bacısının xahişi ilə həmin torpaq sahəsində 1 mərtəbəli 2 otaqlı ev tikmişdir. Bacısı İddiaçı1 görə zəhməthaqqı da almamışdır. Cavabdeh tikinti materiallarının alınmasında iştirak etmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi, izahat verərək bildirdi ki, İddiaçı1 ilə Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və uşaqları anasının yanında saxlanılmışdır. Göygöl Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 2(066)-300/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimrntin məbləği artırılaraq hər ay, hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 1551 nömrəli “Torpaqların alqı-satqı aktına” əsasən o, 0,10 hektar həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi hal-hazıra kimi də onun mülkiyyətinə qeydə alınmamışdır. Həmin 0,10 hektar həyətyanı torpaq sahəsində isə tikilən 1 mərtəbəli 2 otaqlı evi özü tikdirmiş, bütün xərcini də özü çəkmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilən şahid X2 göstərdi ki, tərəfləri tanıyır. İddiaçı1 və Cavabdeh onunla qonşuluqda yamışlar. Onlar məhkəmə qaydasında ayrılmış olsalarda 2023-cü ilin sentyabr ayına kimi 2 nəfər uşaqları ilə bir yerdə yaşmışlar. Onlara məxsus olan 0,10 hektar həyətyanı torpaq sahəsində bir nəçə il əvvəl 1 mərtəbəli 2 otaqlı ev tikmişlər. İddiaçı2 həmin evin tikintisində iştirak etmişdir. Orada işləyənlərin yeməklərini də İddiaçı1 hazırlamışdır. Məhkəmə baxışı iclasında dindirilən şahidlər X14, X16 və X17 da əsasən X2 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və məcburi köckün vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı1 xx xxxxxx 1979-cü il tarixdə anadan olmuşdur və 2 nəfər uşaqları ilə birlikdə Göygöl rayonu Çaykənd kəndində məskunlaşmışdır. Mülki işə əlavə edilmiş Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 15 nömrəli sərancamışdan, Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 1551 nömrəli “Torpaqların alqı-satqı aktından” məlum olur ki, Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsi tərəfindən Cavabdeh 0,10 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Mülki işə əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı1 ilə Cavabdeh arasında 18 may 2004-cü il tarixdə Xanlar rayon VVADQ şöbəsində qeyd edilmiş 69 nömrəli nikah akt qeydi ləğv edilmiş, onların uşaqları 18 fevral 2004-cü il təvəllüdlü X6 və 02 noyabr 2005-ci il təvəllüdlü X8 analarının yanında saxlanılmışdır. Mülki işə əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(040)- 343/2018 saylı qətnaməsindən məlum olur ki, 18 fevral 2004-cü il təvəllüdlü X6 və 02 noyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 2(066)-300/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimrntin məbləği artırılaraq hər ay, hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş 14 fevral 2014-cü il tarixli UNİ/F xx-xx/2024 nömrəli ekspert rəyindən məlum olur ki, Cavabdeh məxsus olan Xanlar (indiki Göygöl) rayonu Çaykənd kənd ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsində tikilmiş 1 mərtəbəli 2 otaqlı evin real bazar dəyəri 45600 manat, likvid qiyməti isə 39000 manat təşkil edir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, İddiaçı1 və Cavabdeh 18 may 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından 2 nəfər uşaqları olmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 30 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və məhkəmə qətanamələrinə əsasən 2 nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Xanlar (indiki Göygöl) rayonu Çaykənd bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 1551 nömrəli “Torpaqların alqı-satqı aktına” əsasən Cavabdeh Xanlar (indiki Göygöl) rayonu Çaykənd kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsi almışdır. Həmin 0,10 hektar həyətyanı torpaq sahəsi hal-hazırda da Cavabdeh mülkiyyətində deyildir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin 0,10 hektar həyətyanı torpaq sahəsində İddiaçı1 ilə Cavabdeh böşandıqdan sonra 1 mərtəbəli 2 otaqlı ev tikmələrini bildirmiş olsalarda həmin halı təsdiq edən mötəbər subutu məhkəməyə təqdim etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir, 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki mülki işdə isə cavabdehlər X3 və X1 cəmi 27198 (iyirmi yeddi min bir yüz doxsan səkkiz) manat pulu iddiaçı X9 verməməklə özündə saxlayıb, əsassız olaraq varlanması halı öz təsdiqini tapmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı «Pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-106/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-106/2024
27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver