Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1065/2024 14.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi, İddiaçı onun vəkili və nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilməyən borc pulun alınması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göygöl rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı Göygöl rayonu Qızıl qaya qəsəbəsi ərazisində ğzünə məxsus yem mağazası vardır. Cavabdeh alıcı kimi müştəri qismində mağazaya gəlmiş və cücə saxlayıb,satdığını bildirmişdir. 5 ildən artıqdır ki, mağazadan yem məhsulları alır.Aralarında etibarlı münasibət formalaşmışdır.ona görədə yem məhsullarını əsasən nisyə yəni pulunu sonradan ödəməklə mağazadan almış və cücələrini satdıqdan sonra pulu qaytarmışdır.2022-ci ilə qədər hər hansı problem yaranmamışdır.2022-ci ilin yaz aylarında yenidən sonradan ödəmək şərti ilə 48000 (qırx səkkiz min) manatlıq cücə yemi götürmüş və xx.xx.2022-ci ildə ödəyəcəyinə dair qəbz yazmışdır.2023-cü ilin iyun ayında bəslədiyi cücələrin xəstəliyə yoluxduğunu və dərman vasitələrinin satışı üçün cavabdeh iddiaçıdan 10000 (on min) manat borc pulu nəğd şəkildə almışdır. Sonrakı aylar ərzində Cavabdeh hissə-hissə olmaqla iddiaçıdan ümumilikdə 57.734 (əlli yeddi min üç yüz otuz dörd) manat dəyərinə cücə yemi götürmüşdür.Bundan cavabdeh borcunu ödəməkdən yayınmağa başladığına görə iddiaçı ondan xx.xx.2023-cü il tarixdə yenidən qəbz almaqla 57.734 (əlli yeddi min üç yüz otuz dörd) manat borcu olduğunu qeyd etmişdir. Cavabdeh borcunu qaytarmaqdan yayındığına görə iddiaçı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması üçün Göygöl rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Göygöl rayon Polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqinin xx.xx.20224-cü il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğuna görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı ödənilməyən borc pulun alınması və dəymiş maddi ziyanın ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl rayon məhkəməsinə müraciət edərək cavabdehdən 115734 (bir yüz on beş min yeddi yüz otuz dörd) manat əsas borcun,14577(on dörd min beş yüz yetmiş yeddi) manat vurulmuş zərərə görə pulun və ödənilmiş 422 (dörd yüz iyirmi iki) manat dövlət rüsumunun ona alınıb verilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2022-ci ilin yaz aylarında sonradan ödəmək şərti ilə iddiaçıya məxsus yem satışı mağazasından 48000 (qırx səkkiz min) manatlıq cücə yemi götürmüş və xx.xx.2022-ci ildə ödəyəcəyinə dair qəbz yazmışdır.2023-cü ilin iyun ayında bəslədiyi cücələrin xəstəliyə yoluxduğunu və dərman vasitələrinin satışı üçün cavabdeh iddiaçıdan 10000 (on min) manat borc pulu nəğd şəkildə almışdır.Sonrakı aylar ərzində Cavabdeh hissə-hissə olmaqla iddiaçıdan ümumilikdə 57.734(əlli yeddi min üç yüz otuz dörd) manat dəyərinə cücə yemi götürmüşdür.Bundan cavabdeh borcunu ödəməkdən yayınmağa başladığına görə iddiaçı ondan xx.xx.2023-cü il tarixdə yenidən qəbz almaqla 57.734 (əlli yeddi min yeddi yüz otuz dörd) manat borcu olduğunu qeyd etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilən xususatları bir daha da təsdiq etməklə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbinə dair münasibət bildirərək iddianı 115734 (bir yüz on beş min yeddi yüz otuz dörd) manat olan hissəsədə etiraf etdiyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (kreditor) başqa şəxsin (borclu) xeyrinə müəyyən hərəkətlər etməlidir,məsələn pul ödəməli,iş görməli,xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətlərdən çəkinməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş üzrə sübutlara qiymət verərək öz daxili inamına və qanuna əsaslanaraq hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı 115734 (bir yüz on beş min yeddi yüz otuz dörd) manat borcu olmasını etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında şifahi müqavilə hüquq münasibəti mövcud olmuş və müqavilə şərtinə uyğun olaraq iddiaçı öhdəliyini yerinə yetirərək cavabdehə razilaşdıqları məhsulu və nəğd pulu vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş zərərə görə 14577(on dörd min beş yüz yetmiş yeddi) manat tələbi hissəsində isə təmin edilməməlidir. Belə ki, İddiaçı həmin halı, cavabdehin ona ziyan vurmasını, təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələbləri qismən təmin edilməsinə mütanasib olaraq cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 422 (dörd yüz iyirmi iki) manat dövlət rüsumuna görə cavabdehdən 405 (dörd yüz beş) manat məbləğində pul cavabdehdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ödənilməyən borc pulun alınması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 115734 (bir yüz on beş min yeddi yüz otuz dörd) manat pul və ödənilmiş dövlət rüsumuna görə 405 (dörd yüz beş) manat tutularaq İddiaçı verilsin. İddia tələbi 14577 (on dörd min beş yüz yetmiş yeddi) manat hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-1065/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1065/2024
14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver