Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1065/2025 30.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh 2500 manat məbləğində borc pul verməsini, Cavabdeh isə borcunu onun fermasında işləyib maaşından hissə-hissə tutulmaqla ödəyəcəyini öhdəsinə götürdüyünü bildirmişdir. Lakin, Cavabdeh borc üzrə öhdəliyini yerinə yetirməmişdir.
Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2500 manat məbləğində pulun, həmçinin ərizə pulu 50 manat və məhkəməyə ödədiyi 45 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bir neçə illər idi ki, tanıyır, yaxşı ünsiyyəti olmuşdur. Cavabdeh ona bildirib ki, onu tuturlar, ona borc 2500 azn pul lazımdır, borca köməlik etsin geri qaytaracaq və sonralar pulunu istəsə də pulunu mənimsəyib, pulu geri qaytarmayıb. Hal-hazırda ona 2500 azn borcu var. Əsas kimi isə tərəflər arasındakı mübahisənin mülki xarakterli olması göstərilmişdir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalıb. Bununla bağlı ikisinin arasında danışıqlar var. Özü etiraf edir ki, borcu olduğuna görə və iki şahidin yanında olub borca pul verilməsinə görə. Bir şahid Cavabdeh qohumu X3 və onun tanışı Şahid1dur. Xahiş edir ki, şahidlər də dindirilsin. 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh onun fermasında işləyirdi, ona etibar etdiyindən borcunun bağlanması üçün ona borc vermiş, maaşından tutulmasını fikirləşmişdir. Lakin cavabdeh işdən ayrılmışdır. 5.Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirdi ki, Cavabdeh ilə tanışlığı var. Qeyd edib ki, Cavabdeh ona zəng edərək xahiş edib ki, İddiaçılə danışmasını, ona borc pul verməsini xahiş etsin. O danışdıqdan sonra İddiaçı ona 2500 manat borc pul verib. Hissə-hissə maaşından ödəyəcəyini bildirib. Samiq Nüsrətin mal-heyvanına baxıb qarşılığında pul alırmış. Bir müddət sonra aralarındakı iş alınmayıb. Samiq hal-hazırda Çeçenistandadır. Məhkəmə iclasından xəbərdardır. Borcunu hissə-hissə ödəmək niyyəti var. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Nüsrətin fermasında Samiq ilə biryerdə işləyiblər. Samiq onlardan borc pul istəyib, Nüsrət onun yanında pulu oğluna verib ki, Samiqə versin. 3000-ə qədər pul olduğunu 400-500 manat ödədikdən sonra 2500 manat borcu qaldığını bildirib. Sms yazışmalarının hamısının telefonda olduğunu qeyd etdi. Nüsrət məhkəməyə müraciət etdikdən sonra Samiq ona zəng edib, borcu ödəmək niyyətinin olduğunu ancaq hələ imkan olmadığını bildirib. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, xəbərnaməli poçt göndərilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Poçt xəbərnaməsi qeydindən cavabdehin ünvanında olan ailə üzvü tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağa haqlıdır. 8.Məhkəmə iclasında “votsap” platformasinda tərəflərin, eyni zamanda şahid ilə Cavabdeh audio səs yazışmalarına baxış keçirildi. Audio mətnlərdə hazırki tələb üzrə qeyd edilən borc məbləğinə dair etirafedici ifadələr olmuş, ödəniş ediləcəyi bildirilmişdir.
Tətbiq edilən hüquq: 9.Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 12.Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını və şahidləri dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. 13.İşin hallarından görünür ki, İddiaçı öz fermasında Cavabdeh ilə birlikdə əmək münasibətlərində olmuşlar, sonuncu orada çobanlıq etmişdir. Yaranmış inam əsasında İddiaçı Cavabdeh şəxsi ehtiyacı üçün borc pul vermişdir. Hazırki borcun qaytarılmaması iddiası ilə borc verən tərəf olaraq məhkəməyə müraciət etmişdir.
14. İddiaçı tərəfin iddiası üzrə sübut qismində məhkəməyə şahidlər və audio yazı təqdim edilmiş, məhkəmə sübutları MPM-nin 14,77,88-ci maddələrinin tələblərinə əsasən tədqiq edərək qiymətləndirmişdir.
15. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirdi ki, Cavabdeh ilə tanışlığı var. Qeyd edib ki, Cavabdeh ona zəng edərək xahiş edib ki, İddiaçılə danışmasını, ona borc pul verməsini xahiş etsin. O danışdıqdan sonra İddiaçı ona 2500 manat borc pul verib. Hissə-hissə maaşından ödəyəcəyini bildirib. Samiq Nüsrətin mal-heyvanına baxıb qarşılığında pul alırmış. Bir müddət sonra aralarındakı iş alınmayıb. Samiq hal-hazırda Çeçenistandadır. Məhkəmə iclasından xəbərdardır. Borcunu hissə-hissə ödəmək niyyəti var. 16.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Nüsrətin fermasında Samiq ilə biryerdə işləyiblər. Samiq onlardan borc pul istəyib, Nüsrət onun yanında pulu oğluna verib ki, Samiqə versin. 3000-ə qədər pul olduğunu 400-500 manat ödədikdən sonra 2500 manat borcu qaldığını bildirib. Sms yazışmalarının hamısının telefonda olduğunu qeyd etdi. Nüsrət məhkəməyə müraciət etdikdən sonra Samiq ona zəng edib, borcu ödəmək niyyətinin olduğunu ancaq hələ imkan olmadığını bildirib.
17. Məhkəmə iclasında “votsap” platformasinda tərəflərin, eyni zamanda şahid ilə Cavabdeh audio səs yazışmalarına baxış keçirildi. Audio mətnlərdə hazırki tələb üzrə qeyd edilən borc məbləğinə dair etirafedici ifadələr olmuş, ödəniş ediləcəyi bildirilmişdir.
18. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
19. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
20. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 21.Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların vəhdət şəklində qiymətləndirilməsi nöqteyi-nəzərindən əsaslıdır. 22.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 manat məbləğində borc pul və 50 manat ərizə xərci alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir.
24. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq 45 (qırx beş) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 25.Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2550 (iki min beş yüz əlli) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Məhkəmə xərci 45 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə