Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1095/2023 23.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı miras qalan torpaq sahəsinin qəbul etmə faktının müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi miras qalan torpaq sahəsinin qəbul etmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Gülüstan qəsəbəsi, İxtiyar Eyyubov küçəsində yerləşən mərhum həyat yoldaşı X1 miras qalmış 0.06 ha torpaq sahəsinin vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişlər, həmçinin Maraqlı şəxs2 da məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1973-cü ildə X5 ilə rəsmi nikah bağlamışlar və onların birgə nikahlarından Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 anadan olmuşlar. Ərizəçinin mərhum həyat yoldaşı X5 23 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Xanlar (indiki Göygöl) X10 İcraiyyə Komitəsinin 02 iyul 1991-ci il tarixli 13 saylı protokoluna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 09 nömrəli qərarı ilə kolxoz və sovxozlardan daxil olan məktubları nəzərə alaraq aşağıda adları göstərilən təsərrüfatlarda 1104 nəfərə 97.32 hektar örüş, dinc və yararsız torpaq sahəsindən ayrılıb fəhlə və qulluqçulara fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahələri verilmişdir. Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 251 nömrəli arxiv arayışına əsasən Xanlar rayon XDS-nin 02 iyul 1991-ci il tarixli 13 saylı qərarı əsasında 3 nömrəli radiostansiyanın torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. Həmin qərara əlavə edilmiş siyahıda mərhum Ağakişiyev Aydının adı qeydə alınmaqla ona veriləcək torpaq sahəsi 0.06 hektar göstərilmişdir. Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışda göstərilib ki, X2 ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: 1.Ərizəçi-arvadı; 2.X8-qızı; 3. Maraqlı şəxs3-oğlu; və 4. Maraqlı şəxs2 qız-qızı. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Qızılqaya qəsəbə İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla adları qeyd edilən maraqlı tərəflər ərizəçinin övladları olduğu qeyd edilmişdir. Mərhum həyat yoldaşı X1 miras qalmış 0.06 ha torpaq sahəsinin qanun üzrə vərəsəlik hüququnun tanınması ilə əlaqədar olaraq ərizəçi Göygöl rayon Dövlət Notariat Ofisinə müraciət etmiş və Notariat Ofisi tərəfindən aşağıdakı məzmunda ona imtina məktubu verilmişdir: "Siz mərhum əriniz- X2 xx.xx.2017-ci il tarixdə vəfat etdiyini və həmçinin qanunla nəzərdə tutulmuş mirasın qəbul müddətini ötürdüyünüzə baxmayaraq sizə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəyirsiniz. Bununla əlaqədar olaraq sizə izah olunur ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1246-cı maddəsinə əsasən "Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay ötürdüyünüzdən mirasın qəbuluna yol verilmir". Ona görə də izah olunur ki, qanunla nəzərdə tutulmuş mirasın qəbul müddətini ötürdüyünüzdən Sizə vərəsəlik hüququ haqqında şədətnamə verilə bilməz. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz Sizə tövsiyə olunur." Qeyd edir ki, həyat yoldaşından miras qalan 0.06 ha torpaq sahəsini ərizəçi qəbul etmiş və indiyə kimi də həmin torpaq sahəsindən sahiblik hüququ ilə istifadə edir. Onu da nəzərə çatdırır ki, torpaq sahəsinin yerləşdiyi ərazi əvvəllər Göygöl rayonuna aid olan torpaq sahəsi olub. 2012-ci ildə həmin torpaq sahəsi Nazirlər Kabinetinin Qərarı ilə həmin ərazi Gəncə şəhəri Nizami rayonunun ərazisinə daxil edilib və hal-hazırda 0.06 ha torpaq sahəsi Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində yerləşir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında iddianı müdafiə edərək göstərdi ki, mərhum həyat yoldaşı Aydın Ağakişiyevdən olan nikahlarından iki qızı və bir oğlu vardır. 1973-cü ildə mərhum həyat yoldaşı Aydın Ağakişiyevlə nikaha girmişlər. Ondan qalmış miras əmlaka dair arxiv sənədi var və tikintiyə də icazə verilib. Ancaq torpaq sahəsinə dair çıxarış ala bilməmişdir. Bununla bağlı bir neçə yerə müaciət etsə də sənəd əldə edə bilməmişdir. Torpağın iki tərəfində hasar vardır. İçində isə ev yoxdur. Miras qalmış torpaq həyat yoldaşının adınadır. Odur ki, miras qalmış əmlakın özünün adına keçirilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatında Ərizəçi qızı olmasını, mərhum atalarından miras əmlak qalmasını, həmin mirası özünün qəbul etməməsini və gələcəkdə də vərəsəlik haqqında şəhadətnamə almaq üçün ərizə verməyəcəyini, atasının ölümündən sonra miras qalan əmlakın anasının qəbul etməsini bildirdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında ərizəçinin onun anası olmasını, atası Aydın Ağakişiyevin 23 dekabr 2017-ci il tarixdə vəfat etməsini, onun ölümündən sonra ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla qəbul etməməsini, həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməməsini, miras əmlakının anası Ərizəçi qəbul etməsini və onun istifadə etməsini bildirdi və odur ki, ərizənin qanunauyğun həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə ərizəçinın və maraqlı şəxslərin izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan notariat ofisinə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 mərhum ataları X2 ölümündən sonra ona məxsus olan bütün miras əmlakdan onlara çatası miras payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmişlər, indi də etmirlər və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi nikahlarını 19 oktyabr 1973-cü ildə bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Maraqlı şəxs3, Maraqlı şəxs2 və X6 atası X5, anası isə Ərizəçidır. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 27 dekabr 2017-ci ildə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 dekabr 2017-ci ildə ölmüşdür. İş materiallarında olan Göygöl Rayon Qeydiyyat şöbəsinin 04 noyabr 2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X3 aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Onun doğum tarixi 16 sentyabr 1944-cü il, arvadı Ərizəçi (xx.xx.1947), qızı X8 (xx.xx.1973), oğlu Maraqlı şəxs3 (xx.xx.1983) və qızı Maraqlı şəxs2dır (xx.xx.1989). Göygöl rayon İcra Hakimiyyəti Başçısının Qızılqaya qəsəbə İnzibati ərazi üzrə nümayəndəliyinin 2022-ci il tarixli arayışından görünür ki, X5 23 dekabr 2017-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra bu günə qədər sağ qalan ailə üzvləri Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2dır. Mərhum ölən günədək ailə üzvləri ilə birgə yaşamışdır. Nümayəndəlikdə mərhumun valideynlərindən sağ qalanı haqqında məlumat yoxdur. İş materiallarında olan Göygöl rayon Notariat ofisinin 29 noyabr 2022-ci il tarixli Ərizəçi ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "Siz mərhum əriniz- X2 xx.xx.2017-ci il tarixdə vəfat etdiyini və həmçinin qanunla nəzərdə tutulmuş mirasın qəbul müddətini ötürdüyünüzə baxmayaraq sizə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəyirsiniz. Bununla əlaqədar olaraq sizə izah olunur ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1246-cı maddəsinə əsasən "Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay ötürdüyünüzdən mirasın qəbuluna yol verilmir". Ona görə də izah olunur ki, qanunla nəzərdə tutulmuş mirasın qəbul müddətini ötürdüyünüzdən Sizə vərəsəlik hüququ haqqında şədətnamə verilə bilməz. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz Sizə tövsiyə olunur." İş materiallarında olan Xanlar rayon İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli 227 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, Xanlar rayon Radiostansiya sakini vətəndaş Aydın Ağakişiyevə ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 90 kv.m, tikililəri 30 kv.m, smeta dəyəri 16972002 manat olan yaşayış evinin tikintisinə, genişləndirilməsinə icazə verilmişdir. İş materiallarında olna fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaqdan istifadə hüququna dair 01 avqust 1991-ci il tarixli aktdan görünür ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi X7 şəxsində Xanlar rayon İcra Hakimiyyəti Başçısının 13 nömrəli 02 iyul 1991-ci il tarixli sərəncamına əsasən vətəndaş X4 yaşayış evi tikmək üçün Radiostansiya küçəsində fasadı 15.0 metr, arxa cəhəti 15.0 m, sağ cəhəti 40.0 m, sol cəhəti 40.0 metr olmaqla 0.06 hektar müddətsiz istifadə etmək üçün torpaq sahəsi ölçülüb təhvil verilmişdir. İş materiallarında olan Göygöl rayon Dövlət Arxivinin 27 oktyabr 2022-ci il tarixli, 251 saylı Ərizəçi ünvanlanmış arxiv arayışından görünür ki, Xanlar rayon X10 İcraiyyə Komitəsinin 02 iyul 1991-ci il tarixli 13 saylı qərarı əsasında 3 nömrəli Radiostansiyanın torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. Qərara əlavə edilmiş siyahıda mərhum Ağakişiyev Aydının adı qeydə alınmaqla ona veriləcək torpaq sahəsi 0.6 ha göstərilmişdir. İş materiallarında olan Göygöl rayon Dövlət Arxivinin 27 oktyabr 2022-ci il tarixli, 252 saylı Ərizəçi ünvanlanmış arxiv çıxarışından görünür ki, Xanlar (indiki Göygöl) rayon X10 İcraiyyə Komitəsi qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 09 nömrəli qərarı ilə kolxoz və sovxozlardan daxil olan məktubları nəzərə alaraq aşağıda adları göstərilən təsərrüfatlarda 1104 nəfərə 97.32 hektar örüş, dinc və yararsız torpaq sahəsindən ayrılıb fəhlə və qulluqçulara fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahələri verilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, ərizəçi Gəncə şəhəri Gülüstan qəsəbəsi İxtiyar Eyyubov küçəsinndə yerləşən mərhum həyat yoldaşı X1 miras qalmış, sözügedən 0,06 ha torpaq sahəsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qeyd olunan qanun normalarını hazırki hala tətbiq edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində göstərilmiş Gəncə şəhəri Gülüstan qəsəbəsi, İxtiyar Eyyubov küçəsində yerləşən 0,06 həyətyanı torpaq sahəsinə dair mərhum X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış və qeyd olunan 0,06 ha torpaq sahəsinə dair mərhum Aydın Ağakişiyevin adına heç bir hüquqmüəyyənedici sənəd işlənilməmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində pul ərizə təmin edilmədiyindən ərizəçiyə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: Ərizəçi Gəncə şəhəri Gülüstan qəsəbəsi, İxtiyar Eyyubov küçəsində yerləşən mərhum həyat yoldaşı X1 miras qalmış 0.06 ha torpaq sahəsinin vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid olunsun. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1095/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1095/2023
23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver