Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-111/2024 11.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2444 (iki min dörd yüz qırx dörd) manat və ödənilmiş 44.44 (qırx dörd manat 44 qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə o, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, cavabdehin hal-hazırda harada olduğu barədə məlumatı olmamasını və odur ki, mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Cavabdeh tərəfindən məhkəməyə teleqram daxil olmuşdur. Qeyd olunan teleqramda göstərmişdir ki, 14 dekabr 2023-cü il tarixdə saat 10:20-yə təyin edilmiş pul tələbinə dair mülki iş üzrə cavabdeh keçir. Səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcək. Ona görə də işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Cavabdeh ilə qiyabi tanışlığı var. 2023-cü ildə X1 iddiaçının öz telefonunu satmaq istədiyini bilib ondan o telefonu oğlu Cavabdeh pulunu hissə-hissə verməklə satmasını xahiş etdi. xx.xx.2023 tarixdə iddiaçı Cavabdeh ilə görüşmüşdür. Cavabdeh ilə danışıq əsasında xx.xx.2023 cü il tarixdə onun öz kimliyi ilə iddiaçıya qalan borcunu öz xəti ilə yazıb, qeyd edib imzalamasını ona bildirmişdir. O da iddiaçı ilə razılaşmışdır. Cavabdeh **********60212 imey kodlu iphone 11 pro modelini ondan almışdır. 50 azn ona vermiş, qalan borc məbləğini hər ay 80 azn olmaqla 15 aya ödəyəcəyini (ümumi 1200 azn) öz imzası ilə qeyd edib təsdiqləmişdir. X2 xx.xx.2023-cü il tarixdə 80 azn, xx.xx.2023 tarixdə 80 azn, ümumilikdə 160 azn ödəniş etmişdir. Qalan 1040 azn borcu ödəməkdən boyun qacırdır. Cavabdeh xx.xx.2023 tarixdə iddiaçıya ödəniş edəndə iddiaçının işlətdiyi 11 pro-max telefonunu da almaq istədiyini ona bildirmişdir. İddiaçı yenə də onun yazıb imza atmağını istəmişdir. Cavabdeh onunla razılaşmışdır. Qərara gəlmişlər ki, **********16857 imei kodlu iphone 11 pro max modelini ondan alır. 100 azn ilkin verir, qalan hissəni hər ay 78 azn olmaqla 18 ay (ümumi 1404 azn) ödəyir. 2-ci götürdüyü telefona görə cavabdeh ümumiyyətlə ödəniş etməmişdir. Beləliklə Cavabdeh iddiaçıya olan ümumilikdə 2444 azn məbləği verməkdən boyun qacırdır. O, hər dəfə müxtəlif bəhanələr tapır və borc ödəmkdən boyun qacırdır. Cavabdehin belə hərəkət etməsi onu məcbur etdi ki, o, məhkəməyə müraciyət etsin, çünki artıq başqa yolu yoxdur, məcburdur ki, bu mübahisənin həllini məhkəmədə axtarsın. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, cavabdehin atası ilə tanışlığı olmasını, özünə məxsus telefonun sosial şəbəkədə satmağa görə paylaşım etməsini, sonra cavabdehin həmin telefonu görüb onunla aralarında razılığa gəlmələrini, cavabdehin 1-ci dəfə 50 manat, sonra 80 manat ödəməsini, sonra əlində olan telefonu da başqasına hədiyyə almaq adı ilə ondan satın almasını, onun iki telefon üzrə ümumilikdə 2444 manat borcu olmasını, sonradan cavabdehin yoxa çıxmasını, onun atası ilə telefon vasitəsi ilə də əlaqə saxlaya bilməməsini, cavabdehin indiyədək borcunu qaytarmamasını, onun telefon zənglərinə də cavab verməməsini bildirdi və işə cavabdehin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürəti olan 16 iyun 2023-cü il tarixdə yazılmış vərəqədən görünür ki, Cavabdeh öz xətti ilə qeyd etmişdir ki, mən Cavabdeh **********60212 imei kodlu olan İPHONE 11 pro modelini İddiaçı aldım, sabaha qədər 50 azn verəcəm, qalan hissəsini hər ay 80 azn olmaqla 15 aya ödəyəcəm. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürəti olan 20 avqust 2023-cü il tarixdə yazılmış vərəqədən görünür ki, Cavabdeh öz xətti ilə qeyd etmişdir ki, mən Cavabdeh **********16857 imei kodlu olan İPHONE 11 pro max modelini İddiaçı aldım, 100 azn verdim, qalan hissəsini hər ay 78 azn olmaqla 18 aya ödəyəcəm. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. İşdə olan 02 noyabr 2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı 44.44 manat dövlət rüsumunu ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatından və tərəflərin arasında razılaşma əsasında tərtib edilən əl yazmalardan müəyyən olur ki, Cavabdeh İddiaçı özünə məxsus olan **********60212 imei kodlu İPHONE 11 pro markalı telefonunu satmaq istədiyini bilib iddiaçıdan telefonu ona satmaq istəməsini xahiş etmiş, bundan sonra onlar görüşüb öz aralarında razılığa gəlmişlər və xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya 50 manat ödəniş etmiş və sonra cavabdeh öz şəxsiyyət vəsiqəsinin surətinin üzərinə iddiaçıya qalan 1200 manat borcunu 15 ay hər ay 80 manat ödəyəcəyini öz xətti ilə yazıb imzası ilə təsdiq etmişdir. Bundan sonra cavabdeh 2 ay 80 manat, cəmi 160 manat iddiaçıya ödəniş etmiş,qalan 1040 manat borcunu ödəmədən xx.xx.2023-cü il tarixdə yenidən iddiaçının özünün işlətdiyi İPHONE 11 pro-max markalı telefonunu da ondan satın almaq istədiyini iddiaçıya bildirmişdir. İddiaçı da yenidən onunla razılığa gələrək **********16857 imei kodu olan İPHONE 11 pro-max markalı telefonunu cavabdehə satmış, cavabdeh isə ilkin ödəniş olaraq iddiaçıya 100 azn verərək borcun qalan hissəsini hər ay 78 manat olmaqla 18 aya (ümumi 1404 manat) qaytaracağını yenə özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətinin üzərində öz xətti ilə yazıb imzası ilə təsdiq etmişdir. Buna baxmayaraq cavabdeh öhdəsinə götürdüyü borcu iddiaçıya ödəməkdən imtina etmişdir. İddiaçı cavabdehin borclu olduğu ümumilikdə iki telefona görə 2444 manat pulu ondan dəfələrlə tələb etsə də, cavabdeh hal-hazıra qədər həmin pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavabdeh qalıq 2444 manat pul borcunu iddiaçıya qaytarmalı olduğu halda aralarındakı razılaşmanı pozaraq iddiaçıya heç bir ödəniş etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation, (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 2444 manat məbləğində maddi ziyan yetirilmişdir. Hazırda cavabdehin 2444 manat borcu vardır. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2444 (iki min dörd yüz qırx dörd) manat və ödənilmiş 44.44 (qırx dörd manat 44 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutulmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2444 (iki min dörd yüz qırx dörd) manat və ödənilmiş 44.44 (qırx dörd manat 44 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-111/2024
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-111/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver