Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1111/2023 07.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz hesablanmış 216 (iki yüz on altı) məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə cavabdeh şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Göygöl şəhəri, A.Şəmşir küçəsı 73 ünvanında yaşayır və həmin fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir."Azəriqaz" İB-nin X2 İstismarı İdarəsinin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinin qaz sayğacı xx.xx.2020-ci il tarixdə dəyişdirilərək yenisi ilə əvəzlənmişdir. Daha sonra iddiaçıdan 216 manat yaranmış borc tələb edilmiş və o, isə qazdan istifadəyə görə heç bir borcunun olmadığını onlara bildirmişdir." Azərıqaz" İB bundan sonra ona qarşı Göygöl Rayon Məhkəməsində "borc tələbinə" dair iddia qaldırmışdır. Göygöl Rayon Məhkəməsi tərəfindən iddia tələbinə baxılaraq iş əsaslı araşdırılmış və məhkəmənin 2(066)-98/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə "Azəriqaz" İstehsalat Birliyinin iddiası əsassız olduğundan təmin edilməmişdir. "Azəriqaz" İstehsalat Birliyi məhkəmə qətnaməsindən naraz qalaraq apellyasiya şıkayətı verdiyindən işə Gəncə Apellyasiya Məhkəməsində yenidən baxılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1102/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə "Azəriqaz" İB-nin apellyasiya şikayəti təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-989/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr tərəfindən iş araşdırılan zaman da iddiaçının hər hansı bir borcunun olmadığı sübut olunmasına baxmayaraq “Azəriqaz” İB ondan borc kimi tələb etdiyi 216 manat silinməmişdir. Hazırda heç bir əsasları olmadığından “Azəriqaz” İstehsalat Birliyi borcu silmədyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-98/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "Azəriqaz" İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı 216 (iki yüz on altı) manat borc tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1102/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "Azəriqaz" İB-nin apellyasiya şikayəti təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)- 989/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun iddiaçının hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından və iş materiallarında olan Göygöl rayon Məhkəmsinin və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələrindən də göründüyü kimi İddiaçı hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması məhkəmə araşdırılmasında sübuta yetirilməmişdir. Buna baxmayaraq cavabdeh "Azəriqaz" İB tərəfindən İddiaçı tələb olunan 216 (iki yüz on altı) manat borc onun hesabından silinməmişdir. Ona görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hesabında borc kimi göstərilən 216 manatın onun hesabından silinməməsi yolverilməzdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında X1 Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz»» İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc onun hesabından silinsin. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1111/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1111/2023
07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver