Məhkəmə qərarları › İş №2(066)-1121/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1121/2023

14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1121/2023 14.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında 14 noyabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat pulun alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh torpaq sahəsi almaq üçün həyat yoldaşı X3 ilə birlikdə ona yaxınlaşmışlar. Onunla aralarında olan razılğa əsasən ondan 5 sot torpaq sahəsi almışlar. Cavabdehdən qeyd olunan torpaq sahəsini almaq üçün ona 5000 manat pul ödənilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçıya verdiyi torpaq sahəsi 3 sot olduğundan onunla aralarında olan razılıqları pozulmuş və ondan 5000 manat pulunu iddiaçı geri istəyərkən cavabdeh pulu qaytaracağını bildirsə də, hələ də iddiaçının 5000 manat pulunu qaytarmaqdan imtina edir. Bununla bağlı cavabdehə qarşı Göygöl rayon Polis şöbəsinə müraciət etsə də, polis orqanı tərəfindən ona mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 5000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulan müddətdə deyil, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəməyə müraciət etmişdir və nəticədə iddiaçı aralarında olan şifahi alqı-satqı müqaviləsinin bağlanmasından xeyli müddət keçdikdən sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. İddia müddəti ötürüldüyünə görə hazırki iddia tələbinin araşdırılmasına heç bir ehtiyac yoxdur və məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddiadan imtina edilməsi barədə qətnamə çıxarılması zəruridir. Odur ki, İddiaçı ona qarşı ondan 5000 manat məbləğində pul alınaraq iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası ilə bağlı iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, torpağa dair aralarında olan razılığın pozulmasına baxmayaraq cavabdehin ondan aldığı 5000 manat pulu indiyədək ona qaytarmamasını, həmin vaxt torpağa dair sənədləri də cavabdehin düzgün verməməsini, dəfələrlə ona verdiyi pulu tələb etsə də, cavabdehin bundan boyun qaçırmasını və indiyədək ona olan borcunu verməməsini, həmçinin Cavabdeh borca dair bütün verdiyi ifadalərin yalan və uydurma olmasını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X5 verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etməməsini, 10-12 il əvvəl İddiaçı onunla əlaqə saxlayaraq ondan boş torpaq sahəsinin olub-olmamasını soruşmasını, özünün isə torpaq sahəsinin olmasını iddiaçıya bildirməsini, bundan sonra onunla razılığa gəlib 5000 manat ondan alaraq özünə məxsus torpaq sahəsini ona satmasını, sonradan aralarında olan razılaşmanın pozulmasını, iddiaçıdan aldığı pulu hissə-hissə ona müxtəlif vaxtlarda qaytarmasını, pulu qaytaran vaxt yanında heç kimin olmamasını, hazırda isə cəmi 1350 manat iddiaçıya borcu qalmasını bildirdi və göstərdiklərinə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəməni əvvəlki iclasında iştirak edən Cavabdeh vəkili X7 izahatında cavabdehin iddiaçıya cəmi 1350 manat borcu qalmasını, iddiaçının hazırda iddia müddətini ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini bildirdi və odur ki, həmin iddia ilə bağlı iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında göstərdi ki, iddiaçı ilə qohumdur. 2016-cı ildə özünün rəhmətlik anası ilə İddiaçı Cavabdeh 10 sot, yəni hərəsinə 5 sot torpaq sahəsi almalarını, həmin torpağa dair 5000 manat iddiaçının 5000 manat anasının Cavabdeh verməsini, əlavə olaraq isə 500 manat da sənədləşmə işlərinə görə cavabdehə vermələrini və Cavabdeh həmin vaxt torpağa dair sənədləri onlara yubadaraq verməməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında Səbahətin bacısı olmasını, Simayla bir yerdə gedib Cavabdeh onun evində 4500 manat pul vermələrini, sonradan kəsr qalan 500 manatı da cavabdehə vermələrini, onlara həmin vaxt cavabdehin bir dənə dövlət aktını verməsini, cavabdehin sənədləşmə işlərini yubatmasını, Nizaməddinin və özlərinin sənədləşmə işinə əlavə olaraq hər birinin 500 manat da cavabdehə vermələrini öz ifadəsi ilə təsdiq etdi. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olur ki, İddiaçı Cavabdeh məxsus 5 sot torpaq sahəsinə dair aralarında şifahi alqı-satqı müqaviləsi bağlamışlar. Həmin vaxt İddiaçı Cavabdeh məxsus 5 sot torpaq sahəsini satın almasına görə ona 5000 manat məbləğində pul vermişdir. Sonradan cavabdehə məlum olmuşdur ki, iddiaçı ona satdığı torpaq sahəsi 3 sotdur. Ona görə onların aralarında olan razılaşma pozulmuş və alqı-satqı baş tutmamışdır. Bundan sonra iddiaçı cavabdehə verdiyi 5000 manat pulu tələb etsə də, cavabdeh hal-hazıra qədər həmin pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavadeh Cavabdeh verdiyi izahatında iddiaçıdan pul almasını etiraf etmiş, lakin sözügedən pulun iddiaçıya hissə-hissə qaytarmasını, hazırda isə iddiaçıya cəmi 1350 manat borcu qalmasını bildirsə də, bunu məhkəmədə heç nə ilə sübüt edə bilmədi. İş materiallarından görünür ki, Cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında torpaq sahəsinə dair şifahi alqı-satqı müqaviləsi 2016-cı ildə bağlanmışdır. Bundan sonra müxtəlif vaxtlarda və 2022-ci ildə həmin torpağa dair aralarında mübahisə yaranmışdır. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum pulun cavabdehdən tutulmasına dair iddianın tələb etmə müddəti İddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf aralarında olan alqısatqı müqaviləsinin baş tutmamasından sonra iddiaçıya olan borcunu etiraf etdiyindən iddia müddətinin axımı kəsilmiş və iddia müddəti yenidən başlamışdır. Bununla belə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı vaxtında məhkəməyə müraciət etmişdir, yəni pul tələbi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin ərizəsi əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə araşdırılması və iş materialları ilə təsdiq edilir ki, Cavabdeh ilə İddiaçı arasında 5 sot torpağa dair şifahi qaydada alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin torpaq sahəsinə dair cavabdehə 5000 manat məbləğində pul vermişdir. Sonradan tərəflərin aralarında olan razılaşma pozulsa da, cavabdeh satdığı torpağa dair iddiaçıdan aldığı 5000 manatı qaytarmamışdır. İddiaçı həmin pulu dəfələrlə cavabdehdən tələb etməsinə baxmayaraq cavabdeh qeyd olunan pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavabdeh 5000 manat puldan 3650 manatını iddiaçıya qaytarmasını, hazırda isə İddiaçı cəmi 1350 manat borcu qalmasını göstərsə də, məhkəmədə bunu təsdiq edən hər hansı hal aşkar edilmədi və cavabdeh 5000 manat borcundan hissə-hissə iddiaçıya ödəməsini və cəmi 1350 manat borcu qalmasını əsaslandıran hallara dair heç bir sübut növü təqdim edə bilmədi. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 5000 manat borclu olması tərəflərin və şahidlərin izahatlarında öz əksini tapdığından iddia tələbi təmin edilməli və Cavabdeh 5000 manat alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 70 manat iddiaçının özünə aid edilməlidir. Məhkəmə göstərilənlərii nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar