Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-113/2024 22.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və 10 saylı Regional X3 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Göygöl Regional X3 Cavabdeh qarşı X12 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı 10 saylı X4 Mərkəzi Cavabdeh qarşı X12 vurulmuş zərərin ödətdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonunun Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X12 vurulmuş 41.44 (qırx bir manat 44 qəpik) manat məbləğində ziyanın ödənilməsinə dair qərar çıxarılaraq ziyanın ödətdirilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, iddiaçı ETSN-nin ona qarşı olan vurulmuş maddi ziyanla bağlı tələbini qəbul edir. Borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 29 avqust 2023-cü il tarixdə Mərkəzin əməkdaşları Zurnabad kəndində reyd keçirən zaman Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh özünə məxsus QAZ-69 markalı dövlət nömrə nişanı olmayan avtomaşınla qanunsuz olaraq 2 kub metr quru vələs cinsindən meşə məhsulunun gətirməsi barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X12 41 (qırx bir) manat 44 qəpik məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Göygöl Regional X3 nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında Cavabdeh meşədə ağac kəsməsini, bunu meşə gözətçisinin tutmasını və bu barədə məlumatı Elmir Musayevin mərkəzə ötürməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında 2 saylı dolayıda Cavabdeh ağac kəsib gətirən zaman onu tutmasını və bu barədə akt tərtib edilməsini təsdiq etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidlərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zurnabad meşəbəyliyinin meşəbəyisi X5, mərkəzin Göygöl rayon üzrə meşə mühafizə mühəndisi X6 tərəfindən tərtib olunmuş 29 avqust 2023-cü il tarixli aktın surətindən görünür ki, Göygöl rayonunun Zurnabad kənd sakini Cavabdeh özünə məxsus QAZ-69 markalı, dövlət nömrə nişanı olmayan avtomobillə 2 m3 quru vələs cinsindən olan odun gətirərkən Zurnabad kəndinin meşədən gələn yolda tərəflərindən tutulmuşdur. Cavabdeh qanunsuz olaraq gətirdiyi oduna görə heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. Onun 2 m3 həcmində apardığı oduncağı əməkdaşların nəqliyyat vasitəsi olmamasına görə oduncaq Cavabdeh öhdəsində qalmışdır. İş materiallarında olan Zurnabad meşəbəyliyinin vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, Göygöl rayonu Zurnabad kənd sakini Cavabdeh qanunsuz olaraq özünə məxsus QAZ 69 markalı maşınla 2 m3 odun gətirərkən tutulduğundan o, X12 41 manat 44 qəpik məbləğində ziyan ödəməlidir. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli Cavabdeh ünvanlanmış məktubdan görünür ki, 29 avqust 2023-cü il tarixdə Mərkəzin mühafizə xidmətinin əməkdaşları tərəfindən Cavabdeh barəsində akt tərtib edilmişdir. Akta əsasən 41 manat 44 qəpik məbləğində DMF-na ziyan vurmuşdur. Odur ki, Cavabdeh üzərində olan cəriməni 10 iş günü müddətində könüllü olaraq ödəməsi tələb olunmuşdur. Əks halda qanunverciliyə uyğun olaraq barəsində daha ciddi tədbir görüləcəyi qeyd olunmuşdur. Məhkəmə iddia üzrə mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və zərər vurulması ilə nəticələnən hüquqazid əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə iclasında Cavabdeh tərəfindən Göygöl X4 Mərkəzinə 41.44 (qırx bir manat 44 qəpik) manat dəyərində maddi ziyan yetirilməsi iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri və işdə olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğu üçün iddia təmin edilməli, Cavabdeh 41.44 (qırx bir manat 44 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı 10 saylı Göygöl Regional X3 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Odur ki, şərh edillənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 41.44 (qırx bir manat 44 qəpik) manat məbləğində maddi ziyan iddiaçı Göygöl Regional X3 xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-113/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-113/2024
22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver