Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1132/2023 29.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ünvan 1 ünvanda yerləşən ona məxsus evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə məhkəməyə yazılı ərizəni təqdim etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Göygöl şəhəri D.Verdiyev küçəsi 38 saylı ünvanda yerləşən yaşayış evi onun mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan göründüyü kimi Göygöl şəhəri D.Verdiyev küçəsi 38 saylı ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,05 ha torpaq sahəsi onun adına Daşınmaz Əmlakın dövlət reyesrində 21 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onun evində qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh1 qardaşı, Cavabdeh2, onun həyat yoldaşı, Cavabdeh3, Cavabdeh4 onların övladlarıdır. Digər cavabdehler Cavabdeh5, X6, Cavabdeh7, Cavabdeh8, X1 qardaşı uşaqlarıdır. Həmin evdə hal-hazırda anası X3 ilə birlikdə yaşayır. Cavabdehlərin hər biri özlərinə məxsus evlərində yaşasalar da, formal olaraq onun evində qeydiyyatda dururlar. Bu səbəbdən də o, əlavə təsərrüfat xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlərdən qeydiyyatından çıxmalarını dəfələrə tələb etmiş, lakin cavabdehlər könüllü olaraq onun evindən qeydiyyatdan çıxmırlar. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, iddiaçı ilə qonşudur, daimi gediş-gəlişləri vardır. İddiaçı uzun müddətdir anasıyla birlikdə ünvan 2 ünvanda yaşamırlar. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır və onların mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X4 şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsini təsdiq etdilər. Məhkəmə iş üzrə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********81-05101-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl şəhəri, D.Verdiyev küç, 38-də istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli evin 40.8 kvadratmetr ümumi, 24 kvadratmetr yaşayış sahəsindən ibarət 1 otaqlı tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-ci il tarixdə tərtib edilmiş, **********81-05101-10301 reyestr nömrəli Daşınmaz əmlakın (mənzil) texniki pasportunun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl şəhəri, D.Verdiyev küç, 38 ünvanında yerləşən mənzilin hüquq subyekti kimi İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ QvŞV qrupunun xx.xx.2023-cü il tarixli, 3-13-77/2-12471/23 saylı məktubun surətindən görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması onların səlahiyyətində olmadığını və qanunamüvafiq qaydada aidiyyatı üzrə məhkəməyə müraciət etməsi ona bildirilmişdir. İş materiallarında olan Göygöl Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2023-ci il tarixli, 2123 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 mənzildə yaşayış qeydiyyatındadır və hal-hazırda həmin ünvanda yaşayır. İddiaçı qeydiyyatda olan və hal-hazırda yaşamayan qohumları 1962-ci il təvəllüdlü Cavabdeh1, 1963-cü il təvəllüdlü Cavabdeh2, 1992-ci il təvəllüdlü Cavabdeh3, 1990-ci il təvəllüdlü Cavabdeh4, 1997-ci il təvəllüdlü Cavabdeh8, 1995-ci il təvəllüdlü Cavabdeh9, 1974-ci il təvəllüdlü Cavabdeh5, 1976-ci il təvəllüdlü Cavabdeh6, 1986-cı il təvəllüdlü Cavabdeh7 kimidir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2023-ci il tarixli, 2443 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 mənzildə yaşayış qeydiyyatındadır, hal-hazırda xx.xx.1930-cu il təvəlüdlü anası X3 ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçı qeydiyyatında olduğu və yaşadığı ünvan 3 mənzil öz adınadır və xüsusi mülküdür Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir .Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçının və şahidlərin izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, cavabdehlər həmin mənzildə pasport qeydiyyatında olsa da həmin ünvanda uzun illərdir ki, yaşamırlar, hazırda mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər. Cavabdehlərin formal olaraq mübahisəli evdə qeydiyyatda qalması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddiaçı Göygöl şəhəri, D.Verdiyev küç, 38 ünvanda yerləşən və mülkiyyətdə olan mənzil bütövlükdə İddiaçı xüsusi mülkiyyətidir və İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı və mükiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalıdır. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qannunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238- 244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-1132/2023 29 sentyabr 2023-ci il İddiaçı Göygöl şəh, D.Verdiyev küç, 38 Cavabdeh1 Cavabdeh2 Cavabdeh3 Cavabdeh4 Göygöl şəh, 13 saylı Hərbi Şəhərcik, b.18 Cavabdeh8 Cavabdeh9 Cavabdeh5 Cavabdeh6 Cavabdeh7 Göygöl şəh, S.Hacıyev küç, ev 67 Göygöl Rayon Məhkəməsinin 29 sentyabr 2023-ci il tarixli, 2(066)-1132/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti « » vərəq. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun, 45A, Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-1132/2023 30 oktyabr 2023-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Göygöl şəhəri, Səməd Vurğun küçəsi, 45A İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə 29 sentyabr 2023-ci il tarixli, 2(066)-1132/2023 nömrəli qətnamənin surəti və icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti və icra vərəqəsi « » vərəq. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1132/2023
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-1132/2023
29.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver