Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-114/2023 26.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, məhkəmə iclas kаtibi X5 oğlunun katibliyi, Cavabdeh və 3-cü şəxs X1 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh və 3-cü şəxs X2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı İB Cavabdeh və 3-cü şəxs X2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işin baxılmamış saxlanmasına etiraz etmədi. Məhkəmə iclasında 3-cü şəxs X3 işin baxılmamış saxlanmasına etiraz etmədi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, MPM-nin 108.1.6-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 259, 260, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı İB-nin Cavabdeh və 3-cü şəxs X2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-114/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-114/2023
26.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver