Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1155/2024 03.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Ödənilmiş pulun reqres qaydasında geri alınması tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Ödənilmiş pulun reqres qaydasında geri alınması tələbinə dair” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 24012 (iyirmi dörd min on iki) manat, məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Cavabdeh "xxxx" ASC ilə 20 noyabr 2017-ci il tarixli 150GTKR173240008 nömrəli kredit müqaviləsi bağlayaraq 14000 (on dörd min) manat məbləğində kredit götürmüşdür. O, həmin kredit müqaviləsi üzrə 20 noyabr 2017-ci il tarixli Z-150GTKR173240008 nömrəli zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh kredit müqaviləsi üzrə kredit borcunu ödəmədiyindən "xxxx" ASC ona və cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Göygöl rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli məhkəmə qətnaməsinə və icra vərəqəsinə əsasən ondan və cavabdehdən cəmi 22612,11 manat pulun tutulması qət edilmişdir. Cavabdeh 2018-ci ilin aprel ayında hərbi hissədən tərxis olunandan sonra borcunu ödəmədiyindən həmin borc onun əmək haqqından tutulmuşdur. Onunla Kapitalbank” ASC-nin Göygöl filalı 25 iyul 2018-ci il tarixli, 183RGTK2301521AA nömrəli razılaşmaya əsasən onun əmək haqqısından tutulan pulun aylıq məbləği azaldılmışdır. Belə ki, onun əmək haqqından ümumilikdə 24012 (iyirmi dörd min on iki) manat, pul "xxxx" ASC -nin hesabına tutulmuşdur. O, cavabdehdən onun əmək haqqından tutulmuş pulu geri tələb etdə də, cavabdeh 24012 (iyirmi dörd min on iki) manat məbləğindəki pulu qaytarmaqdan yayınmışdır. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə digər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1982ci il tarixdə, Cavabdeh xx xxx 1988-ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş 20 noyabr 2017-ci il tarixli Z-150GTKR173240008 nömrəli zaminlik müqaviləsindən məlum olur ki, zamin İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2017-ci il tarixli 150GTKR173240008 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təmin edilməsi üçün zamin durmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin 22 noyabr 2024-cü il tarixli 2024/104/31133 nömrəli arayışından məlum olur ki, zamin İddiaçı "xxxx" ASC-nin Göygöl filalı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2018-ci il tarixli, 183RGTK2301521AA nömrəli 20713,75 manat kredit üzrə zamin durmuş İddiaçı tərəfindən 10 aprel 2023-cü il tarixə "xxxx" ASCyə kredit üzrə cəmi 19061 (on doqquz min altmış bir) manat 64 (altmış dörd) qəpik ödəniş etmiş, 10 aprel 2023-cü il tarixə kredit borcunu bağlamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 14000 (on dörd min) manat məbləğində kredit götürmüşdür. İddiaçı isə həmin kredit müqaviləsi üzrə zaminlik müqaviləsini bağlamışdır. İddiaçı icra sənədi üzrə 19061 (on doqquz min altmış bir) manat 64 (altmış dörd) qəpik tutulub "xxxx" ASCnin hesabına köçürülmüşdür. Həmçinin, iş materiallarından da görünür ki, iddia edilən 19061 (on doqquz min altmış bir) manat 64 (altmış dörd) qəpik həqiqətən də, iddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in)385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Qanunun bu müddəasına əsaslanaraq öhdəliyi icra etmiş zamin borcluya qarşı reqres hüquq əldə etmişdir və iddia tələbində haqlıdır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “Ödənilmiş pulun reqres qaydasında geri alınması tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh 19061 (on doqquz min altmış bir) manat 64 (altmış dörd) qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-1155/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1155/2024
03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver