Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1160/2023 28.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Amaladdin oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Amaladdin oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldırıb cavabdehlər Cavabdeh1, Cavabdeh2 Amaladdin oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 yetkinlik yaşına çatmamış uşaqları X4 və X3 ünvan 1 ünvanda yerləşən ona məxsus evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə məhkəməyə yazılı ərizəni təqdim etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur.Həmin evi 24 oktyabr 2007-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə cavabdehlərdən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat №-li çıxarışdan göründüyü kimi ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0925 ha torpaq sahəsi onun adına Daşınmaz əmakın dövlət reyesrində 1 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində qeydiyyata alınmışdır.Cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 2007-ci ildən köçüb özlərinə məxsus evlərində yaşamalarına baxmayaraq onun mülkiyyətində olan ünvan 2 ünvanda qeydiyyatdadırlar. Dəfələrlə cavabdehlərdən ona məxsus evdən qeydiyyatdan çıxmalarını tələb etsə də, cavabdehlər könüllü olaraq qeydiyyatdan çıxmamışlar. Cavabdehlər ona məxsus evdə pasport qeydiyyatında olduqlarına görə əlavə təsərüffat xərcləri ödəmək məcburiyyətində qaldığından məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Amaladdin oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 yetkinlik yaşına çatmamış uşaqları X4 və X3 ünvan 1 ünvanda yerləşən ona məxsus evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində göstərdi ki, Göygöl şəhəri S.Hacıyev küçəsi ev 50 saylı evdə yaşayır. İddiaçı ilə uzun illərdir ki, qonşudur. Cavabdehləri iddiaçıya məxsus evdə 14-15 ildir ki, görməmişdir.Cavabdehlərin ünvan 1 evdə yaşamamalarını təsdiq edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 izahatında şahid X6 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını, şahidlərin ifadəsini, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat №-li çıxarışdan göründüyü kimi ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0925 ha torpaq sahəsi İddiaçı adına Daşınmaz əmakın dövlət reyesrində 1 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışda İddiaçı, X11, X2, X13 və X7 ünvan 2 ünvanda qeydiyyatda olduqları göstərilmişdir. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 07.07. 2023-cü il tarixli, 2095 saylı arayışda İddiaçı ünvan 1 ünvandaqeydiyyatda olması və hal-hazırda da həmin ünvanda yaşaması, Cavabdeh1, Cavabdeh2 Amaladdin oğlunun, Cavabdeh3, Cavabdeh4, X4 və X3 həmin ünvanda qeydiyyatda olmaları lakin həmin ünvanda yaşamamaları göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, şahidlərin ifadəsi və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Amaladdin oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 yetkinlik yaşına çatmamış uşaqları X4 və X1 şəhəri S.Hacıyev küçəsi ev 52, mənzil 4 saylı iddiaçıya məxsus yaşayış evində pasport qeydiyyatında olsalar da, həmin evdə uzun müddətdir ki, yaşamırlar. Hazırda onlar, mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər. Cavabdehlərin formal olaraq mübahisəli evdə qeydiyyatda qalmaları mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur olur. Məhkəmə hesab edir ki, iddiaçı ünvan 4ünvanda yerləşən yaşayış evi bütövlükdə İddiaçı mülkiyyətidir və İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı və onun mükiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalıdır. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qannunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Amaladdin oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 yetkinlik yaşına çatmamış uşaqları X4 və X3 iddiaçının mülkiyyətində olan ünvan 4 evdən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 evdən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Amaladdin oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 yetkinlik yaşına çatmamış uşaqları X4 və X3 istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə Cavabdeh1, Cavabdeh2 Amaladdin oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 yetkinlik yaşına çatmamış uşaqları X4 və X3 həmin evə olan qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Amaladdin oğlu, Cavabdeh3, Cavabdeh4 qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1160/2023
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-1160/2023
28.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver