Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-117/2024 24.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi və naturada bölünməsi tələbi barədə” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi və naturada bölünməsi tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətlərində olan, Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********61, qeydiyyat nömrəsi **********, ********** və **********, qeydiyyat tarixi 28 fevral 2023-cü il və 25 fevral 2023-cü il olan Çıxarışda qeyd edilən Göygöl rayonu Topalhəsənli kəndi ərazisində yerləşən, yaşayış məntəqələri torpaqları koteqoriyasına aid olan 0,07 hektar torpaq sahəsində paylarının müəyyən edilməsi və naturada bölünməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********61, qeydiyyat nömrəsi **********, ********** və **********, qeydiyyat tarixi 28 fevral 2023-cü il və 25 fevral 2023-cü il olan Çıxarışda qeyd edilən Göygöl rayonu Topalhəsənli kəndi ərazisində yerləşən, yaşayış məntəqələri torpaqları koteqoriyasına aid olan 0,07 hektar torpaq sahəsi onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətindədir. Belə ki, həmin 0,07 hektar torpaq sahəsi onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin üçdə bir hissədə payı vardır. Buna baxmayaraq onlar paylı mülkiyyətində olan həmin 0,07 hektar torpaq sahəsindən istifadə edə bilmirlər. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul edir. Belə ki, onlar paylı mülkiyyətində olan həmin 0,07 hektar torpaq sahəsindən istifadə edə bilmirlər. Ona görə də, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahalartını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1973-cü il tarixdə, Cavabdeh1 xx xxxx 1956-cı il tarixdə və Cavabdeh2 05 oktyabr 1959-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********61, qeydiyyat nömrəsi **********, ********** və **********, qeydiyyat tarixi 28 fevral 2023-cü il və 25 fevral 2023-cü il olan Çıxarışda məlum olur ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində, hər birinin üçdə bir hissədə apyı olmaqla Göygöl rayonu Topalhəsənli kəndi ərazisində yerləşən, yaşayış məntəqələri torpaqları koteqoriyasına aid olan 0,07 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 14 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/803 saylı rəyindən məlum olur ki, Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********61, qeydiyyat nömrəsi **********, ********** və **********, qeydiyyat tarixi 28 fevral 2023-cü il və 25 fevral 2023-cü il olan Çıxarışda məlum olur ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində, hər birinin üçdə bir hissədə apyı olmaqla Göygöl rayonu Topalhəsənli kəndi ərazisində yerləşən, yaşayış məntəqələri torpaqları koteqoriyasına aid olan 0,07 hektar torpaq sahəsini gediş-gəliş yolu ayıran sərhəd hasarına bitişik rnşa edildiyti nəzərə alınaraq, həmin torpaq sahəsindən İddiaçı üçdə bir hissə payının naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********61, qeydiyyat nömrəsi **********, ********** və **********, qeydiyyat tarixi 28 fevral 2023-cü il və 25 fevral 2023-cü il olan Çıxarışda məlum olur ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində, hər birinin üçdə bir hissədə apyı olmaqla Göygöl rayonu Topalhəsənli kəndi ərazisində yerləşən, yaşayış məntəqələri torpaqları koteqoriyasına aid olan 0,07 hektar torpaq sahəsini naturada bölünməsi mümükün deyildir. Məhkəmə iclaslnda həmçinin o da aydın oldu ki, qeyd edilən torpaq sahəsində tərəflərin paylarının müəyyən edilməsinə (hər birinə üçdə bir hissədə) baxmayaraq İddiaçı iddia tələbində yenidən payların müəyyən edilməsini xahiş edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi və naturada bölünməsi tələbi barədə” iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov.