Məhkəmə qərarları › İş №2(066)-1174/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1174/2024

22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1174/2024 22.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 Zilfli qızının Cavabdeh qarşı “pul, pul faizləri, vurulmuş maddi ziyanın ödənilməsi və çəkilən xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Zilfli qızının Cavabdeh qarşı “pul, pul faizləri, vurulmuş maddi ziyanın ödənilməsi və çəkilən xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona torpaq satmaq adı ilə aldığı 5000 min manat pulun, 400 manat sənədləşmə və torpağa görə çəkilən xərcin və 5000 min manat pulun qanunsuz özündə indiyədək 2 il ərzində saxlamağına görə 1500 manat illik bank faizinin və həmin 5000 min manat pula görə sələmçiyə ödədiyi 1100 manat sələm faizinin və vəkil xidmət haqqına ödədiyi 300 manat xidmət haqqının və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik, tələb dəqiqləşdirilmədən və zəruri məlumatlar göstərilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Zilfli qızı Cavabdeh ona torpaq satmaq adı ilə aldığı 5000 min manat pulun, 400 manat sənədləşmə və torpağa görə çəkilən xərcin və 5000 min manat pulun qanunsuz özündə indiyədək 2 il ərzində saxlamağına görə 1500 manat illik bank faizinin və həmin 5000 min manat pula görə sələmçiyə ödədiyi 1100 manat sələm faizinin və vəkil xidmət haqqına ödədiyi 300 manat xidmət haqqının və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia ərizəsi və tələbin əsaslandırılması tək bir şəxsin sözündən yazılmaqla yanaşı tələbin tək bir şəxsə aid olması və cavabdehdən alınacaq pulun tək bir şəxsə ödənilməsi göstərilməsinə baxmayaraq, iddia ərizəsi iki iddiaçı şəxs tərəfindən verilmiş və imzalanmış, həmçinin iddia tələbinin dəlillərində pulun hansı iddiaçıya məxsus olması və həmin pulun hansı iddiaçı tərəfindən cavabdehə ödənilməsi, həmçinin tələb olunan pulun hansı iddiaçıya cavabdeh tərəfindən ödənməli olması göstərilməyərək qeyri müəyyən tələb irəli sürülmüşdür. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair və zəruri tələblərə əməl edilmədən və ərizədə olan zəruri məlumatlar göstərilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. İddiaçılaraq izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüquqları vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Zilfli qızının Cavabdeh qarşı “pul, pul faizləri, vurulmuş maddi ziyanın ödənilməsi və çəkilən xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar