Məhkəmə qərarları › İş №2(066)-1176/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1176/2024

10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1176/2024 10.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakl ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul, pulun gecikdirməyinə görə onun illik bank faizinin alınması tələbi barədə” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul, pulun gecikdirməyinə görə onun illik bank faizinin alınması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 verilmiş borca görə 4000 (dörd min) manat, borcun gecikdirilməsinə görə 400 (dörd yüz) manat bank faizinin pulun və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun, alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 4000 (dörd min) manat pulu 4 il ərzində özündə qanunsuz saxlamasına görə 800 (səkkiz yüz) manat bank uçot faizinin və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun Cavabdeh1 və Cavabdeh2 alınmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə etməklə izahatında göstərdi ki, o, Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin iyul-avqust ayında öz tanışı X2 vasitəsi ilə tanımışdır. Belə ki, X2 2020-ci ilin avqust ayında cavabdehləri onun yanına gətirib, onların uşaqlarının ağır xəstə olmasını və müalicəyə ehtiyacları olmasına görə onlara borc pul verməsini xahiş etmişdir. O, da onların uşaqlarının xəstə olmasına görə Cavabdeh1 və Cavabdeh2 4000 (dörd min) manat borc pul vermişdir. Ancaq 14 oktyabr 2021-ci il tarixdə ona məlum olmuşdur ki, cavabdehlər 4000 (dörd min) manat borclarını qaytarmaq istəmirlər. Ona görə də o, Cavabdeh1 pulunu tələb etmişdir. Cavabdeh1 14 oktyabr 2021ci il tarixdə özünə məxsus olan VAZ-2107 markalı avtomobilini ona girov qoyaraq, borcunu yaxın müddət ərzində qaytaracağına söz də verməklə bu barədə qəbz yazmışdır. Ancaq Cavabdeh1 borcunu qaytarmamış, 25 noyabr 2021-ci il tarixdə VAZ-2107 markalı avtomobilin ona lazım olmasını bildirib, 31 mart 2022-ci il tarixdə borcunu tamamilə qaytaracağını bildirb, VAZ-2107 markalı avtomobilini götürmüş və bu barədə qəbzdə yazmışdır. Ancaq Cavabdeh1 31 mart 2022-ci il tarixdə borcunu qaytarmamışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, tanışı X2 2020-ci ilin iyul ayında onu İddiaçı ilə tanış etmiş, o, da həmin vaxtı sələmçi olmasına görə İddiaçı 4000 (dörd min) manat borc almışdır. İddiaçı girov və hər ay 400 (dörd yüz) manat tələb etməsinə görə o da özünə məxsus olan VAZ-2107 markalı avtomobilini girov qoymuşdur. 4 ay isə ona hər ay 400 (dörd yüz) manat pul vermişdir. 2020-ci ilin axırlarında isə tanışı X1 3000 (üç min) manat pul vermişdir ki, avtomobilini girovluqdan çıxartsın. X2 pulu verib, avtomobilini girovluqdan çıxartmışdır. 2020-ci ilin dekabr ayında isə qalan 1000 (min manat) borcunu iddiaçıya ödəmişdir. Həmçinin hesab edir ki, İddiaçı iddia ərizəsini müəyyən edilmiş iddia müddətini buraxmaqla vermişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə baxışı iclasına gəlməmisinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəssinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə baxışı iclasında dindirilən şahid X2 ifadəsində göstərdi ki, o, Cavabdeh1nı və Cavabdeh2 qabaqcadan tanımışdır. 2020-ci ilin iyul-avqust ayında cavabdehlər onun yanına gələrək, uşaqlarının ağır xəstə olmasına görə onlara 4000 (dörd min) manat borc pul tapmasını xahiş etmişdir. O, onlara kömək etmək məqsədi ilə İddiaçı xahiş etmişdir ki, onlara 4000 (dörd min) manat borc pul versin. O, cavabdehlər ilə birlikdə İddiaçı yanına getmiş, İddiaçı onun yanında cavabdehlərə 4000 (dörd min) manat borc pul vermişdir. Cavabdehlər borclarını qaytarmalarına söz versələrdə qaytarmamışlar. Ona görə də Cavabdeh1 avtomobilini girov qoymuş, ancaq avtomobilini girovluqdan azad edilməsi üçün ona 3000 (üç min) manat pul verməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1972ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Cavabdeh1 tərəfindən imzalanmış 14 oktyabr 2021-ci il tarixli qəbzdən məlum olur ki, Cavabdeh1 borc götürdüyü 4000 (dörd min) manat pula görə VAZ- 2107 markalı avtomobilini İddiaçı girov qoymuşdur. Mülki işə əlavə edilmiş Cavabdeh1 tərəfindən imzalanmış 25 noyabr 2021-ci il tarixli qəbzdən məlum olur ki, o İddiaçı 4000 (dörd min) manat borc pul almış və VAZ-2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoymuşdur. 4000 (dörd min) manat borcunu 31 mart 2022-ci il tarixdə borcunu tamamilə ödəyəcəkdir. Ancaq 25 noyabr 2021-ci il tarixdə avtomobili ona lazım olmasına görə götürür. Mülki işə əlavə edilmiş hüquqi yardım göstərilməsi haqqında qəbzdən məlum olur ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün 300 (üç yüz) manat pul ödəmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 64 (altmış dörd) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 və Cavabdeh2 2020ci ilin iyul-avqust ayında İddiaçı 4000 (dörd min) manat borc pul almışlar. Onlar borclarını qaytarmadıqlarına görə Cavabdeh1 14 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan VAZ- 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoymuşdur. Cavabdeh1 25 noyabr 2021-ci il tarixdə özünə məxsus olan VAZ-2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüş 4000 (dörd min) manat borcunu 31 mart 2022-ci il tarixdə tamamilə ödəyəcəyinə söz vermişdir. Ancaq cavabdehlər hal-hazıra kimi 4000 (dörd min) manat borcu iddiaçıya qaytarmamışlar, üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişlər. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 borc götürdüyü pulu qaytarmasını bildirmiş olsa da həmin halları təsdiq edən subutu məhkəməyə təqdim etmədi. Məhkəmədə həmçinin o, da aydın oldu ki, tərəflər arasında verilmiş borca görə bank uçot faizi barəsində hər hansı bir razılaşma olmamasına görə iddia həmin hissədə təmin edilməməlidir. Eləcə də Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə tələbi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə iddia müddəti şəxsin hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu vaxtdan hesablanmalıdır. Hazırkı mülki iş üzrə Cavabdeh1 yazıb, imzaladığı qəbzdə borcunu 31 mart 2022-ci il tarixdə tamamilə ödəyəcəyinə söz vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Həmin Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı, 119-cu və 124cü maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumuna görə 60 (altmış) manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat pul cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul, pulun gecikdirməyinə görə onun illik bank faizinin alınması tələbi barədə” iddiası qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 verilmiş borca görə 4000 (dörd min) manat məbləğində, ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat məbləğində və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar