Məhkəmə qərarları › İş №2(066)-1182/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1182/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1182/2024 03.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul, pul faizləri, vurulmuş maddi ziyanın ödənilməsi və çəkilən xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul, pul faizləri, vurulmuş maddi ziyanın ödənilməsi və çəkilən xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona torpaq satmaq adı ilə aldığı 5000 manat pulun, 400 manat sənədləşmə və torpağa görə çəkilən xərcin və 5000 manat pulun qanunsuz özündə indyədək 2 il ərzində saxlamasına görə 1500 manat illik bank faizinin və həmin 5000 manat pula görə sələmçiyə ödədiyi 1100 manat sələm faizinin və vəkil xidmət haqqına ödədiyi 300 manat xidmət haqqının və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında cavabdeh ondan 5000 manat alaraq Gəncə şəhəri, Kəpəz rayonu, X14 küçəsində yerləşən 400 kv.m torpaq sahəsini onun mülkiyyətinə və sahibliyinə vermək öhdəliyi götürmüşdür. Bununla əlaqədar ona 26 il 6 ay 8 gün müddətə etibarnamə, torpağa dair sərəncam, layihə və digər sənədlərvermişdir. Belə ki, o, həmin torpaq sahəsinə sahiblik etmək istəyərkən məlum olmuşdur ki, həmin yer mübahisəlidir. Başqa şəxslər onu torpaq sahəsinə buraxmamışlar və bildirmişdirlər ki, torpaq onlarındır. O, cavabdehə müraciət edərək öhdəliyini sonadək yerinə yetirməsini, yəni ondan pul alıb satdığı torpaq sahəsini onun qanuni sahibliyinə və mülkiyyətinə verməsini tələb etdikdə, cavabdeh bildirmişdir ki, özün gedib mübahisəni həll et. Beləliklə də cavabdeh onu aldadaraq 5000 manat pulunu mənimsəmiş, ona zərər vurmuşdur. Torpağı satarkən onu tələsdirmişdir ki, tez ol pulu ver, heyvan almalıyam. O, isə nəğd pulu olmadığı üçün tələsik faizlə pul götürüb ona ödəmişdir. 5000 manat pulu cavabdehə vermək üçün 1 il ərzində əlavə 3000 manat pul ödəməli olmuşdur. Nəticədə cavabdeh ona 8000 manat zərər vurmuşdur. 5000 manatı ödəmək üçün mal-qarasını da satmışdır. 1 il ərzində min-bir əziyyətlə borcunu və faizləri ödəmişdir. Bundan əlavə hazırda həmin ərazidə torpaq sahəsinin qiyməti də artmış, cavabdehin ona verməli olduğu torpaq sahəsi kimi yerin qiyməti minimum 8000 manat olmuşdur. Cavabdeh onu aldadaraq mübahisəli torpaq sahəsinə görə ondan 5000 manat pul almış və mənimsəmiş öhdəliyinə isə əməl etməmişdir. Həmçinin torpağa abadlıq üçün və sənədləşmə işlərinə 400 manat əlavə xərc çəkmişdir. O, artıq görmüşdür ki, cavabdeh bir neçə ay keçməsinə baxmayaraq, ondan aldığı pulu qaytarmaq istəmir, o, dəfələrlə pulunu geri istəsədə o, müxtəlif bəhanələrlə borc pulu qaytarmaqdan imtina etməyə başlamış və müxtəlif bəhanələrlə hazırda da onu süründürür. O, hazırda məcburiyyət qarşısında qalaraq, məhkəmədə pul tələbinə dair iddia qaldırmalı olmuş və düşünür ki, məhkəmə ədalətli araşdırma apararaq, iddianı təmin etmiş olacaqdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o ev tikdirmək üçün Cavabdeh Gəncə şəhərində Kəlbəcər qəsəbəsinin arxasında 4 sot torpaq sahəsini 4600 manata almış, onlara yer göstərilmiş və onlar ilk dəfə həmin yerə gedəndə orada olanlar ona həmin torpağın onlara məxsus olmasını bildirmiş, daha sonra isə ona ikinci dəfə başqa torpaq göstərmiş və topağın ətrafını hasara almaq istəyərkən həmin torpağın sahibi gələrək torpağın ona məxsus olmasını bildirmişdir. O Cavabdeh notariat ofisində xx.xx.2022-ci il tarixdə 4600 manat pulu şəxsən özünə vermişdir. Həmin vaxt onun yanında xalası oğlu Şahid4, İlqarın atası Şahid3 və öz anası Şahid5 yanında vermişdir. Torpağı almadan əvvəl o torpaq sahəsinə gedib baxmışdır. Onlar ilk dəfə göstərilən torpaq sahəsinin ətrafını qazdırmaq üçün getdikdə oranın sahibi çıxmış, daha sonra onlara başqa yer göstərilmiş və həmin torpaq sahəsinin də sahibi başqa adam çıxmışdır. Onlar bu haqqda cavabdehə bildirdikdə cavabdeh özü gəlmiş lakin torpaq sahəsinin sahibi sənədləri göstərdikdə cavabdeh onlara onun aldadıldığını və özünün bu məsələni həll edəcəyini bildirmiş, lakin sonra cavabdeh onlara onun aldadılmadığını həmin torpağın onların olmasını və gedib torpaqlarına yiyələnmələrini, onlara heç kəsin heçnə deyə bilməyəcəyini bildirmişdir. O həmin iki torpaq sahəsində binə qazdırmışdır. Hazırda həmin qazınıtını edən traktor sürücüsü hərbidə olduğu üçün məhkəmə iclasına gələ bilməmiş və onlara görüntülü danışa biləcəyini bildirmişdir. Həmçinin o vəkilə 300 manat xidmət haqqı ödəmişdir. Sələmə götürdüyü pula görə illik neçə faiz ödəməsini bilmir. O bir ildən sonra cavabdehdən torpağını istəmişdir. Belə ki, torpağı alarkən onun imkanı olmamış və daha sonra torpaq sahəsində bünövrə qazarkən başqa adama məxsus olması bilinmiş, bundan sonra cavabdeh onlara başqa yer göstərmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ona müraciət etmiş və müqavilə imzalanmışdır. Cavabdeh əvvəl iddiaçıya torpaq sahəsini göstərmiş və notariusda etibarnamə almaq üçün getmişlər, notariusda etibarnamə alındıqdan sonra iddiaçının imkanı olmadığından bir müddət sonra torpaq sahəsində qazmaq üçün getmişlər və həmin vaxt bir nəfər gələrək həmin torpaq sahəsinin onun olduğunu bildirmişdir. Bundan sonra onlar Cavabdeh müraciət etmişlər, həmin vaxt cavabdeh başqa torpaq sahəsini göstərmişdir. Bunda sonra həmin torpaq sahəsində bünövrə qazılarkən təkrar bir vətandaş gələrək torpaq sahəsinin onun olduğunu bildirmiş və sənədlərini göstərmişdir. Həmin vaxt Cavabdeh gələrək torpaq sahəsinə və sənədlərə baxmış və onu aldatdıqlarını və iddiaçıya başqa torpaq sahəsi verəcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra torpaq sahəsi verilmədiyinə görə və cavabdehin iddiaçıya torpaq sahəsinin ora olmasını və gedib tikintilərini etməsini bildirmişdir. İddiaçı tərəf isə torpaq sahəsi başqa adamın olması səbəbindən bununla razılaşmamışdır. Torpaq sahəsi naturada iddiaçıya verilmədiyinə və torpaq sahəsini sənədləşdirmək mümkün olmadığı üçün hazırkı iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşlar. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsinə İddiaçı tərəfindən 4600 manat pul verilmişdir. Həmçinin torpaq sahəsində abadlıq işi görmüş traxtor sürücüsü gələ bilmədiyi üçün məhkəmədə konfrans vasitəsilə dindirilə bilər. İddiaçı torpağı almamışdan əvvəl Cavabdeh torpaq sahəsini göstərmiş və bundan sonra isə notariat ofisində etibarnamə almaq üçün getmişlər və həmin vaxt iddiaçı cavabdehin pulunu sayaraq vermişdir. Həmin vaxt torpaq sahəsinin rəsmi çıxarışı olmadığı üçün alqı-satqı edilə bilməmişdir. Həmçinin torpaq sahəsinin ilkin kötüyü olmadığı üçün hesab edir ki, torpaq sahəsinə çıxarış alınması mümkün olmamışdır. Cavabdehə verilmiş pula uyğun olaraq illik bank uçot dərəcəsinə uyğun faiz borcunu istəyirlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək ifadəsində bildirdi ki, onlar həmin torpağı Kənan Axundov adlı şəxsdən almışlar. Onun imkanı olmadığı üçün torpağı onun dayısı almışdır. Onun oğlu 2020-ci ildə şəhid olmuş, bundan sonra dayısı ona torpağı satmasını bildirmişdir. Bundan sonra makler tapmış və iddiaçı tərəfə torpaq sahəsini olduğunu bildirmiş, bundan sonra onlar gedib torpaq sahəsinə baxmışlar, ölçmüşlər və razılaşmışlar. Onlara ilk dəfə torpağı düzgün göstərməmişlər, belə ki, iddiaçı tərəf tikinti apararkən problem olmuş həmin torpaq sahəsinin sahibi olmasını görmüşlər, bundan sonra həmin ərazinin inzibati nümayəndəsi, bələdiyyəsi və sahə rəisi tərəfindən baxış keçirildikdən sonra həmin torpağın yerinin səhf olmasını müəyyən etmişlər. Bundan sonra iddiaçı tərəf oradan 3 ev aşağıda gedib onun verdiyi sənədlə tikinti aparmışlar, lakin yalandan ondan təkrar pul almaq istəyirlər. Əlavə olaraq bildirdi ki, o ilk dəfə səhf düşmüş və iddiaçıya səhf yer göstərmişdir. Onun torpağının sənədləri iddiaçıdadır. O həmin torpaq sahəsini necə almışsa elə də vermişdir. Onlar torpaq sahəsini yalnız sərancamla almışlar. İddiaçı topağı satmaq üçün 4600 manat pulu o almışdır. Lakin həmin torpaq sahəsini araşıdırılmış və torpaq sahəsinin 2 ev aşağıda olması göstərilmiş və iddiaçı göstərilən yerdə ev tiksə də təkrar ondan pul istəyir. Ona pulu İddiaçı anası və atası vermişdir. Torpağı almaqla bağlı İddiaçı atası ilə razılamış, lakin notariat ofisində torpaq sahəsinin İddiaçı adına keçirilməsini istəmişlər. O torpağa ait hansı kordinatları verməsini bilməmiş, torpağı necə almışsa həmin qaydada da İddiaçı satmışdır. Hətda torpağı 5000 manata almış və 4600 manata satmışdır. Ona torpağı aldığı Kənan Axundov torpağın yerini səhf göstərdiyi üçün o da iddiaçı tərəfə ilk dəfə səhf göstərmiş, lakin sonra icra nümayəndəliyi və bələdiyyə tərəfindən ölçmə işləri aparılmış və iddiaçıya düzgün yer göstərilmişdir. O iddiaçıdan aldığı pulu torpaq dayısına məxsus olduğundan ona vermişdir. Torpaq sahəsi Gəncə şəhəri X14 küçəsində olmuşdur. X5 adına olmuşdur. Onlar torpağı Kənan Axundovdan almışlar. Torpaq sahəsi qaçqınlar binasının arxa tərəfində 2-ci küçədə yerləşir. Həmin pulu iddiaçıya imkanı olmadığı üçün qaytarmamışdır. Ona torpağın yerini Kənan Axundov və icra hakimiyyətində işləyən bir nəfər göstərmişdir. İlk dəfə ona göstərilən torpağın yeri səhf çıxdıqdan sonra, həmin yerə sahə rəisi və icra hakimiyyətindən xüsusi avadanlıqla əməkdaşlar gəlmiş, ölçmə işləri aparmışlar və həmin torpaq sahəsinin başqa adama məxsus olması onların torpaq sahəsinin isə 2 ev aşağıda olmasını bildirmişlər. Bundan sonra isə iddiaçı tərəf gedib həmin evdə ev tikdirmişlər. Lakin hazırda iddiaçı tərəf gəlib ilk dəfə göstərdiyi yeri istəyirlər. Ona təxminən 1 il sonra həmin torpağı qaytarmalarını istəmişlər. O bir neçə dəfə icra nümayəndəsinin yanına getmiş və özüdə görmüşdür ki, iddiaçı tərəf orada yaşamış və ev tikmişdir. O iddiaçı tərəfə yalnız bir torpaq sahəsi göstərmişdir. O iddiaçı tərəfə ikinci və üçüncü yer göstərməmişdir. O satdığı torpağın yerini alıcılara göstərməmişdir. O yalnız bir yer göstərmiş, həmin torpaq sahəsi səhf çıxmış və daha sonra onun tərəfindən heç bir torpaq sahəsi göstərilməmişdir. O Kənan Axundovdan pulun alınıb iddiaçılara verilməsinə köməklik edilməsini istəyir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, onlar İddiaçı torpaq alası olmuşlar və həmin torpaq sahəsinin pulunu min bir əziyyətlə qazanmışlar. Qəpik-qəpik yığmaqla 5000 manat pul düzəltmişlər. Daşın üzərində olan nömrəyə zəng vurmuşlar və bundan sonra Əbülfət adlı şəxs gələrək Cavabdeh gətimiş və torpaq sahəsi satdığını bildirmişdir. Cavabdeh ilk dəfə başqa adamın torpaq sahəsini göstərmiş, bünövrə qazılarkən bunu bilmişlər və onların nim qazdırmaq üçün verdikləri pulda getmişdir. Daha sonra Cavabdeh gəlib onlara səhf deyildiyini yolun altında olan torpaq sahəsini aldığını bildirmişdir. Onlar həmin torpaq sahəsində Ramiz adlı şəxsə 400 manat pul verib abadlıq işləri aparmışdır. Cavabdeh onları aldatmış və onlara sənədlərini düzəldəcəyini və ya pullarını qaytaracağını bildirsə də sözünə əməl etməmişdir. Əlavə olaraq bildirdi ki, Cavabdeh notariat ofisində əlləri ilə sayıb 4600 manat pul vermişdir. Cavabdeh onlara iki dəfə torpaq sahəsi göstərmişdir. İlk dəfə göstərdiyi torpaq sahəsində qazıntı işləri aparılarkən bir nəfər şəxs gəlib həmin torpaq sahəsinin onun bibisinə məxsus olmasını bildirmişdir. Bundan sonra Cavabdeh bununla bağlı bildirdikdə o gəlmiş və onlara başqa bir yer göstərmiş, daha sonra isə yolun altında bir yer göstərmiş və and içmişdir ki, onun yeridir. Həmin yerdə torpaq topa-topa olduğu üçün traktor gətizdirmişlər və torpağı düzəltdirmək üçün 400 manat pul vermişlər. Daha sonra bir nəfər gələrək həmin torpağın ona məxsus olmasını və hansı cəsarətlə onun torpağını kürütdürüb bünövrə qazdırmasını bildirmiş, o isə həmin torpaq sahəsini aldığını bildirirək Cavabdeh məlumat vermiş lakin onun göstərdiyi üçüncü yerdə düz çıxmamışdır. Cavabdeh göstəriyi 2-ci yerdə o nim qazdırmamışdır. Belə ki, orada olan qonşu ona həmin torpaq sahəsinin başqa adama məxsus olmasını bildirmiş və ondan boş yerə pul verib nim qazdırıb ziyana düşməməsini bildirmişdir. Cavabdeh onlara göstəriyi yerdə ev tikdirməsini yalan deyir. Belə ki, onlar ev tikdirməmişlər bacısı almış və ev tikdirmiş, o isə orada fəhlə işləmişdir. Onların orada torpaq sahəsi və evi yoxdur. Bacısı torpaq sahəsini Rasim adlı şəxsdən almışdır. Onların hazırda heç bir torpaq sahəsi yoxdur. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Xanlar rayon Pənahlılar kəndində anadan olmuşdur və Göygöl rayon Pənahlılar kəndində qeydiyyatdadır. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şahid5 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İşdə olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 1644 nömrəli fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında sərəncamında görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X14 küçəsində yerləşən 400,0 kv.m torpaq sahəsində X8 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İşdə olan 2 noyabr 2017-ci il tarixli İNİL-967/2017 qeydiyyat nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirmək üçün "xxxx" MMC-yə lisenziya verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli AR-İİ seriyalı, 744870 nömrəli etibarnamədən görünür ki, X4 Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, X14 küçəsində yerləşən 400,0 kv.m torpaq sahəsinə dair səlahiyyətlərini İddiaçı ötürməsi ilə bağlı xx.xx.2049-cu il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İşdə olan AZE seriyalı 13147014 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Xanlar rayon Y.Ə.Bayramlı kəndində anadan olmuşdur və Göygöl rayon Mollacəlilli kəndində qeydiyyatdadır. İşdə olan notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X2 şəhəri, Kəpəz rayonu, X14 küçəsində yerləşən 400,0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında sərəncamdan Cavabdeh xeyrinə imtina etdiyini göstərmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, X14 küçəsində yerləşən 400,0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında sərəncamdan Cavabdeh xeyrinə imtina etdiyini göstərmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şahid5 xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 2-ci Polis Şöbəsinə təqdim etdiyi ərizəsi üzrə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Göygöl rayon İHB-nın Pənahlılar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-47-35/3-2-91/2024 və xx.xx.2024-cü il tarixli 5- 47-35/3-2-92/2024 saylı arayışlarda İddiaçı və Şahid5 Göygöl rayon Pənahlılar kəndində yaşadıqları və qeydiyyatda olduqları göstərilmişdir. Məhkəmə baxışında müəyyən edilmiş işin faktiki halı bundan ibarətdir ki, İddiaçı torpaq sahəsini satın almaq üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh 4600 (dörd min altı yüz) manat pul vermişdir. Lakin Cavabdeh İddiaçı satmaq adı altında göstərdiyi torpaq sahəsi başqa şəxslərə məxsus olmuş, cavabdeh iddiaçıya razılaşadıqları və dəyərini aldığı torpaq sahəsini iddiaçıya təhvil verməmiş və həmçinin bu müddət ərizində pulunu geri qaytarmamışdır. Göstərilən xüsusatla bağlı xx.xx.2024-cü il tarixdə Şahid5 xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 2-ci Polis Şöbəsinə təqdim etdiyi ərizəsi üzrə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra İddiaçı Cavabdeh qarşı “pul, pul faizləri, vurulmuş maddi ziyanın ödənilməsi və çəkilən xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona torpaq satmaq adı ilə aldığı 5000 manat pulun, 400 manat sənədləşmə və torpağa görə çəkilən xərcin və 5000 manat pulun qanunsuz özündə indyədək 2 il ərzində saxlamasına görə 1500 manat illik bank faizinin və həmin 5000 manat pula görə sələmçiyə ödədiyi 1100 manat sələm faizinin və vəkil xidmət haqqına ödədiyi 300 manat xidmət haqqının və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir, Cavabdeh İddiaçı torpaq sahəsi satmaq üçün xx.xx.2022-ci il tarixdə 4600 (dörd min altı yüz) manat pul almış lakin torpaq sahəsini təhvil verməmiş, altı-satqı bağlanılmamış və bu müddət ərzində ondan aldığı pulu geri qaytarmamış və əsassız olaraq iddiaçının hesabına varlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hərkəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyulabilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməletməli başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsindəisəqeydolunurki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hərkəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2.-ci maddəsinin əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 449.1.-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2.-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3.-cü maddəsinə görə əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.7.-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən--Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qanunvericiliyin tələbləri baxımından məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən əsassız olaraq özündə saxladığı 4600 (dörd min altı yüz) manat məbləğində pul və həmin pulun verildiyi xx.xx.2022-ci il tarixdən hesablanmaqla həmin məbləğə gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 498 (dörd yüz doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin torpağın sənədləşmə və torpağa görə çəkilən xərcə görə iddia tələbində göstərilən məbləğdə maddi ziyanın vurulması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəf hesab olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 100 manat dövlət rüsumu və 300 manat vəkilə ödənilmiş xidmət haqqından ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 300 (üç yüz) manat vəkilə ödənilmiş məbləğ, 73,98 (yetmiş üç manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya verilməli, ödənilmiş 26,02 (iyirmi altı manat iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində pul və həmin məbləğin gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 498 (dörd yüz doxsan səkkiz qəpik) manat məbləğində pul, vəkil xidmət haqqı üçün ödənilən 300 (üç yüz) manat və 73,98 (yetmiş üç manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 5471,98 (beş min dörd yüz yetmiş bir manat doxsan səkkiz qəpik) manat pul tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar