Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1188/2024 21.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X8 iclas katibliyi, X2 onun vəkili Vəkil iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı «Pul tələbinə dair» iddia ərizəsi üzrə mülki Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı «Pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 alınan börca görə 6700 (altı min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 88 (səksən səkkiz) manat pulunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı X4 iddianı müdafiə etməklə verdiyi izahatında göstərdi ki, o, Cavabdeh onunla qonşuluqda yaşamaqla onu uşaq vaxtından tanıyır. 2021-ci ilin noyabr ayında Cavabdeh anası Tünzalə ona zəng edərək, Cavabdeh əri Elməddinin işə düşməsi ilə əlaqədar olaraq ondan 2000 (iki min) manat borc pul istəmişdir. O, həmin vaxtı 7000 (yeddi min) manata mebel satmışdır və bunu da Cavabdeh və anası bilmişdir. O, Cavabdeh anası Tünzaləyə inanmasına görə, mebeli satdığı Aygün adlı şəxsin, bacısı və qızının yanında ona 2000 (iki min) manat borc pul vermişdir. Cavabdeh bankdan pul götürüb, qısa müddət ərzində pulunu qaytaracağına söz verdi. Aradan 1 ay müddət keçdikdən sonra isə Cavabdeh onun yanına iş yerinə gələrək, bildirmişdir ki, əri Elməddini komandirinin maşınını aşırmasına görə tuturlar, iş yoldaşı Nəsibənin yanında ondan 2000 (iki min) manat borc pul istəmişdir. O, da evə qızına zəng edərək, ona Cavabdeh 2000 (iki min) manat borc pul verməsini bildirmiş, qızı da bacısı Zəminə İbrahimovanın yanında ona 2000 (iki min) manat borc pul vermişdir. Aradan təxminən 1 ay müddət keçdikdən sonra isə Cavabdeh onların evinə gələrək yalvararaq əri Elməddinin işə düşməsi ilə əlaqədar olaraq ondan daha da 2000 (iki min) manat borc pul istəmişdir. O, da bacısı Zəminə İbrahimovanın və qızının yanında ona 2000 (iki min) manat borc pul vermişdir. Aradan təxminən 15 gün müddət keçdikdən sonra isə Cavabdeh onların evinə gələrək yalvararaq ondan daha da 1000 (min) manat borc pul istəmişdir. O, da Zəminə İbrahimovanın və qızının yanında ona 1000 (min) manat borc pul vermişdir. Cavabdeh cəmi 7000 (yeddi min) manat pul vermiş, o, isə ona cəmi 300 (üç yüz) manat pul qaytarmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə baxışı iclasına gəlməmisinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəssinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 məhkəmə iclasında göstərdi ki, iddiaçı X4 onun anasıdır. O, 2021-ci ilin noyabr ayında 7000 (yeddi min) manata mebel satmışdır və bunu da Cavabdeh və onun anası bilmişdir. Cavabdeh həmin vaxtı anasından 2000 (iki min) manat borc pul istəmişdir. Anası Aygünün, onun və xalasının yanında Cavabdeh 2000 (iki min) manat borc pul vermişdir. Bundan 1 ay sonra isə anası, İddiaçı iş yerindən ona zəng edərək evdə olan puldan Cavabdeh 2000 (iki min) manat borc pul verməyi tapşırmış, o, da xalasının yanında Cavabdeh 2000 (iki min) manat borc pul vermişdir. Bundan başqa 1 ay müddət keçdikdən sonra isə Cavabdeh onların evinə gələrək anasına yalvararaq əri Elməddinin işə düşməsi ilə əlaqədar olaraq ondan daha da 2000 (iki min) manat borc pul istəmişdir. Anası, İddiaçı da onun və xalasının yanında Cavabdeh 2000 (iki min) manat borc pul vermişdir. Bundan başqa 15 gün sonra Cavabdeh onların evinə gələrək anasına yalvararaq anasında 1000 (min) manat borc istəmiş, anası ona 1000 (min) manat borc pul vermişdir. Məhkəmə iclasında dindirilən şahid X9 da əsasən şahid X6 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən şahid X11 məhkəmə iclasında göstərdi ki, o, 2021-ci ilin noyabr ayında iddiaçı X1 7000 (yeddi min) manata nisyə olaraq mebel almışdır. Həmin vaxtı iddiaçı X4 ona zəng edərək, mebelin pulundan 2000 (iki min) manat gətirməsini bildirmiş, o, da 2000 (iki min) manat pulu iddiaçı X3 vermiş o, da həmin 2000 (iki min) manat pulu borc olaraq Cavabdeh vermişdir. Məhkəmə iclasında dindirilən şahid X7 məhkəmə iclasında göstərdi ki, o, iddiaçı X4 ilə bir yerdə işləyir. 2021-ci ilin axırlarında onlar iş yerində olarkən Cavabdeh ora gəlmiş və iddiaçı X1 2000 (iki min) manat borc pul istəmişdir. O, da evə, qızına zəng edərək, Cavabdeh 2000 (iki min) manat borc pul verməsini bildirmişdir. Cavabdeh gedib, 2000 (iki min) manat borc pul almışdır. Məhkəmə iddiaçı X2 izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 xx xxxxxx 1980-cı il tarixdə anadan olmuşdur. Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 1/20-də yaşayır. Beləliklə məhkəmə iclasında aydın oldu ki, iddiaçı X4 Cavabdeh qarşı 6700 (altı min yeddi yüz) manat pul tələbinə dair iddia ərizəsi ilə müraciət edib, Cavabdeh inanmasına görə 2021-ci ilin axırlarında qısa müddətə qaytarmaq şərti ilə 6700 (altı min yeddi yüz) manat borc pul verməsini bildirmiş olsa da həmin halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədi. Belə ki, iddiaçı X4 Cavabdeh ilk dəfə verdiyi 2000 (iki min) manat borc pulu Cavabdeh qaytarmadığı halda təkrarən 3 dəfə bor pul verməsini əsaslandıra bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh qarşı «Pul tələbinə dair» iddiası əsassız olduğundan təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-1188/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1188/2024
21.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver