Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1199/2023 19.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dаir mülki işə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz hesablanmış 773 (yeddi yüz yetmiş üç) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilmiş, buna baxyamaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-79/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, 619,2 manat məbləğində yazılmış cərimə məbləğin 570 manat hissəsinin silinməsi, 216 manat məbləğində yazılmış cərimə pulunun 203 manat hissəsinin silinməsi və 619,2 manat və 216 manat borc puldan qalan cəmi 62,2 manat pul İddiaçı X1 borcunun hesab edilməsi qət edilmişdir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə hesab edir ki, hazırki işə məhkəmə qaydasında baxıla bilməz. MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-nin 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-1199/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1199/2023
19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver