Məhkəmə qərarları › İş №2(066)-1201/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1201/2024

20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1201/2024 20.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh VAZ-21074 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin rənglənməsi üçün verdiyi 700 (yeddi yüz) manat, hquqlarının müdafiəşisi üçün ödəmiş olduğu pul vəsaitinə görə 50 (əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş emişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, VAZ-21074 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun sahibliyindədir. Həmin avtomobilin rənginin korlanmasına görə onun rənglənməsi üçün 20 noyabr 2023-cü il tarixdə avtomobil ustası olan Cavabdeht oğluna müraciət etmiş, buna görə də ona şahidlərin iştirakı ilə 700 (yeddi yüz) manat pul vermişdir. Cavabdeh dediyi vaxtda VAZ-21074 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili götürdükdə isə məlum olmuşdur ki, Cavabdeh avtomobili keyfiyyətsiz rəngləməsinə görə avtomobil yararsız hala düşmüşdür. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeht oğlu iddianı qəbul etdi izahat verərək göstərdi ki, o, İddiaçı qabaqcadan tanıyır. İddiaçı VAZ-21074 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin rənginin korlanmasına görə onun rənglənməsi üçün 20 noyabr 2023-cü il tarixdə avtomobili ona vermiş, işinin çox olmasına görə o, avtomobilin üzərində keyfiyyətsiz rəngləmə görmüşdür. Ancaq o, yenidən VAZ-21074 markalı, **-DR- *** dövlət qeydiyyat nişanlı avtomobili rəngləmək iostəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləlikdə məhkəmə iclasında müəyyən olundu ki, VAZ-21074 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı etibarnamə əsasında onun sahibliyindədir. Həmin avtomobilin rənginin korlanmasına görə onun rənglənməsi üçün 20 noyabr 2023-cü il tarixdə avtomobil ustası olan Cavabdeht oğluna müraciət etmiş, buna görə də ona şahidlərin iştirakı ilə 700 (yeddi yüz) manat pul vermişdir. Cavabdeh dediyi vaxtda VAZ- 21074 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili keyfiyyətsiz rəngləməsinə görə avtomobil yararsız hala düşmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki mülki işdə isə cavabdeh X1 tərəfindən sayt yığılması üçün ilkin olaraq cavabdeh X2 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənilmiş olsa da, cavabdeh X3 vəd edilən işləri görməmiş, 1000 (bir min) ABŞ dolları məbləğində pulu isə geri qaytarmamaqla, özündə saxlayıb, əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (MPM-in 191.3-cü maddəsi). Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 79 (yetmiş doqquz) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası təmin olunsun. Cavabdeh 700 (yeddi yüz) manat, hquqlarının müdafiəşisi üçün ödəmiş olduğu pul vəsaitinə görə 50 (əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar