Məhkəmə qərarları › İş №2(066)-1205/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1205/2024

28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1205/2024 28.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı Hüseynqulu oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Hüseynqulu oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Hüseynqulu oğlu Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 - cü il tarixdə, tələbkar İddiaçı Hüseynqulu oğlu, şahid qismində Şahid2 və borclu Cavabdeh aralarında bağlanmış müqaviləyə əsasən borclu Cavabdeh AKT əsasında borcun 10000 (on min) manat məbləğində pulun alınıb iddiaçı tələbkar İddiaçı Hüseynqulu oğluna verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsində Cavabdeh vərəsəliklə bağlı onlar cavabdehlər İddiaçı Hüseynqulu oğluna, (İmanova Məmmədova) Zibər Hüseynqulu qızına, X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia təmin edilmiş, tərəflərindən apellyasiya şikayəti verilən zaman, vəkillər Kollegiyasının üzvü, Göygöl Şəhər Vəkil bürosunun vəkili Şahlar Tağıyev tərəfindən hansı ki, Cavabdeh məhkəmələrdə onun müdafiəçisi olmuşdur, o, ona müraciət edərək xahiş etmişdir ki, tərəflərindən apellyasiya şikayəti verilməsin, kompensasiya verilməsi barədə AKT tərtib edilməsi razılıq əldə olunmuşdur. Göygöl şəhəri, xx.xx.2024-cü il tarixdə, tələbkar İddiaçı Hüseynqulu oğlu, şahid qismində Şahid2 və borclu Cavabdeh aralarında müqavilə bağlanmışdır ki, "xxxx" QSC tərəfindən, miras əmlaka görə ödəniləcək kompensasiyaya görə 10 000 manat məbləğində birdəfəlik ödəniş edilməklə ona, tələbkara İddiaçı Hüseynqulu oğluna borclu Cavabdeh tərəfindən ödənilməlidir. Göygöl şəhərində fəaliyyət göstərən vəkil bürosunun vəkili Vəkillər Kolegiyasının üzvü Şahlar Tağıyev tərəfindən təkidlər nəticəsində onu inandırmaqla xx.xx.2024 - cü il tarixli AKT - a imza etdirmişdir. Borclu Cavabdeh tərəfindən 75000 manat məbləğində Kompensasiya alınmış və ona verilməli olan 10000 manat məbləğində kompensasiya verilməmişdir. Mötəbər yerlərdən aldığı məlumatlara əsasən borclu tərəfindən 75000 manat məbləğində kompensasiya aldığı barədə vəkil Şahlar Tağıyevə məlumat vermiş, lakin borcun ödənilməsi istiqamətində vəkil tərəfindən heç bir hərəkətlər olunmamışdır. Bu barədə çoxsaylı müraciətlərinə məhəl qoymayaraq, məhkəməyə müraciət etməsini tövsiyə vermişdir. Gecdə olsa məlum olmuşdur ki, borclu Cavabdeh və onun vəkili Şahlar Tağıyev, onun etibarından sui - istifadə etməklə, talama yolu ilə onu aldadaraq, AKT-a imza etdirməklə, ona çatası 10000 manat məbləğində kompensasiyanı öz vəkilliyindən suiistifadə etməklə, ona dolayısı təsir etməklə öz çirkin əməlini həyata keçirməklə, bu dələduzluq hərəkətlərini borclu Cavabdehlə cinayətkar dəstə yaratmaqla cinayəti törətmişlər. AKT tərtib edilən zaman vəkil tərəfindən həmişə qeyd edilmişdir ki, bütün məsuliyyət onun yəni vəkilin üzərinə düşür. Buna inanaraq, 10000 manat məbləğində kompensasiya Cavabdeh tərəfindən alındıqdan sonra verilməsi razılaşdırılmışdır. Hazırda, borclu Cavabdeh və ona dələduzluq məktəbi keçən Vəkillər Kollegiyasının Vəkili, Göygöl şəhər vəkil Bürosunun vəkili Şahlar Tağıyev tərəfindən dələduzluq hərəkətlərinə məruz qalmışdır. Onun Dövlət qarşısında xidmətlərinə, Əfqanıstan Müharibəsi və X9 Veteranı, İİ qrup əlil olmasına hörmətsizliklər olunur. Məhkəmə iclasında İddiaçı Hüseynqulu oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, o, Göygöl rayonu, Tülallar kəndində yerləşən anasının adına olan evdə böyümüş və başa çatmışdır. Onun Cavabdeh ilə qohumluq münasibəti var belə ki, Rauf onun bacısının oğludur. Onun xəbəri olmadan cavabdeh həmin evdə yaşayıb. O, cavabdehi həmin evdən çıxartmağa cəhd etmiş (istəmiş), lakin qohumları ona imkan verməmişdir. İndi ki vaxtda Göygöl rayonu, Tülallar kəndində yerləşən ev plana gedir və ev plana getdiyi üçün kompensasiya verilir. Onlar öz aralarında razılığa gəlmişlər və razılıq əsasında akt tərtib olunaraq imzalanmışdır. Onlar razılığa Şahlar Tağıyevin vasitəçiliyi ilə gəlmişlər. Əlavə olaraq bildirdi ki, Göygöl rayonu, Tülallar kəndində yerləşən ev onun anasının adına olmuşdur. O, akta imza çəkən vaxt yanında Azər Ələkbərov olmuşdur. Həmin aktı Şahlar Tağıyev öz ofisində tərtib etmişdir. Həmin aktı sonuncu o imzalamışdır. O, razılığa əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməmiş və həmin qətnamə ilə bağlı digər cavabdehlər tərəfindən apellyasiya şikayəti verilməmişdir. O, Cavabdehlə razılığa gəlmək üçün onunla üzbə-üz heç bir söhbət etməmiş, onların aralarında razılığa gəlmələrinə Şahlar Tağıyevin vasitəçili ilə olmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsi çıxandan sonra onlar razılığa gələrək akt tərtib olunmuş və imzalandığı üçün onun tərəfindən Cavabdeh heç bir iddia qaldırmamışdır. O, məhkəmə prosesində iştirak edən bacısı ilə razılığa gəlmişdir ki, ona verilən puldan bacısı ilə bölüşəcək. O qeyd olunan razılıq aktına sonuncu imza çəkmişdir. Onlar arasında qeyd olunan razılıq aktı 3 (üç) nüsxədə tərtib olunmuş, həmin nüxsələrdən biri onda qalmış, digərləri isə Şahlar Tağıyevdə. Məhkəmədən iddianın təmin edilməsini və Cavabdeh 10000 manat alınaraq ona verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, Göygöl rayonu, Tülallar kəndində yerləşən ev 1971-ci ilə qədər onun babasının adına olmuş, babası rəhmətə gedəndən sonra isə nənəsinin adına keçmişdir (rəsmləşdirilmişdir). Nənəsi gözdən əlil olduğu üçün 1984-cü ildən Tülallar kəndindən qeydiyyatdan çıxıb Gəncə şəhərinə köçmüş və orada daimi yaşamışdır. Nənəsi qeydiyyatdan çıxdıqdan sonra ev onun adından çıxmış, nənəsinin adına yalnız 20 sot torpaq qalmış və sonradan həmin 20 sot torpaqda onun adından çıxmışdır. 1984-cü ildən 1995-ci ilə qədər həmin evdə heç kəs yaşamamış və ev uçub dağılmışdır. 1995-ci ildə o ailə qurmuş və Göygöl rayonu, Tülallar kəndində yerləşən evi almaq üçün nənəsinə 2 paçka şirvan verib həmin evi nənəsindən almış, nənəsi isə evi aldığı üçün ona xeyir dua oxumuşdur. 1997-ci ildə onun adına iki şəhadətnamə çıxmış. O həmin evdə düz 28 il yaşamışdır. Ev yiyəsiz qalan müddət ərzində, nənəsi rəhmətə gedəndən sonra onun övladlarının heç biri vərəsəliyi qəbul etməmiş və heç biri hüquqi varis olmamışdır. Göygöl rayonu, Tülallar kəndində qızıl yatağı aşkarlanmış və həmin ərazidə yerləşən 24-25 yer plana gedəsi olmuşdur. Həmin ərəfələrdə o evin sənədlərini toplamağa başlamışdır. Kompensasiya ilə bağlı söhbət Qoçəliyə çatmış və bundan sonra Qoçəli ona qarşı inzibati məhkəmədə iddia qaldırmışdır. Qoçəli qaldırdığı iddia onun xeyirinə çıxmış və Qoçəli tərəfindən verilmiş şikayət Ali Məhkəmə tərəfindən təmin edilməmişdir. O, Göygöl Rayon Məhkəməsində vərəsəliklə iddia qaldırmış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsinə əsasən onun iddiası təmin olunmuşdur. Həmin iş üzrə Şahlar Tağıyev onun vəkili olmuş, onun Qoçəli ilə razılıqlarının əmələ gəlməsi məhz onun təşəbüsü və təklifi ilə olmuşdur. Şahlar Tağıyev onu qorxuzmuşdur ki, qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilə bilər və apellyasiya şikayəti verilərsə qətnamə ləğv edilə bilər və bu səbəbdən o aldanaraq Şahlar Tağıyevə inanmış və qeyd olunan aktı imzalamışdır. Sonra isə o gedib Gəncə şəhərindəki vəkillərlə bu haqqda məsləhətləşmiş, həmin vaxt vəkillər ona Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 66/2023 saylı onun xeyrinə çıxmış qətnaməsinin təmamilə əsaslı olmasını bildirmişlər. Bu səbədən o qərara gəlmişdir ki, Qoçəliyə pul verməsin. Əlavə olaraq bildirdi ki, "xxxx" QSC tərəfindən ona 70000 manat kompensasiya ödənilib. "xxxx" QSC tərəfindən ona ödənilmiş 70000 manat pulu aprel ayında almışdır. Cavabdehlər tərəfindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilsə idi o "xxxx" QSC tərəfindən ödənilmiş 70000 manat pulu aprel ayında ala bilməyəcəkdi. Onun Qoçəlinin qardaş və bacıları ilə heç biz razılığı olmamışdır. Tərtib olunmuş razılıq aktının onun tərəfindən imzalanmasına Şahlar Tağıyev o məcbur etmişdir. O, Şahlar Tağıyevə dəfələrlə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 66/2023 saylı qətnaməsindən cavabdehlərin apellyasiya şikayəti vermələrini demişdir. O, razılıq aktını birinci imzalamış və aktı imlalayarkən yanında Şahlar Tağıyevdən başqa heç kəs olmamışdır. O, razılıq aktını özü imzalamış, 10000 manat pulu verməyə özü razılaşmışdır. O, razılıq aktını imzalayandan sonra Gəncə şəhərində yerləşən vəkillər kolleqiyasına getmiş və orada olan vəkillərlə danışaraq başa düşmüşdür ki, o aldadılmışlar və razılıq aktında göstərilən 10000 manatın verilməməsi qərarına gəlmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsi çıxandan sonra cavabdehlərdən onu heç kəs məhkəməyə verməmiş və həmin qətnamədən qarşı cavabdehlər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Onun Qoçəli ilə razılığa gəlməyində, razılıq aktı tərtib olunarkən həmin aktı imzalamaqda, həyat və ya sağlamlığının təhlükəsi ilə bağlı ona heç kəs hədə-qorxu gəlməmişdir. İddia ərizəsində yalnış olaraq 75000 manat alınması göstərilmiş, lakin o, 70000 manat almış və həmin pulu 6 övladının arasında bölmüş, o Qoçəliyə pul verməyə çalışmış lakin, onun övladları buna imkan verməmiş və ona onlar imza çəkməsə idilər o pulu verməyəcəklərini bildirmişlər. Özünə çatan 10000 manat pulu ilə evini rahatlamışdır. Onun evi yarımçıq qaldığı üçün iki bankdan kredit almışdır. Əgər o pulun hamsı ona çatmış olsa idi o kreditə girməzdi. Qeyd olunan pulldan övladlarına verməsə idi onun evladları imza çəkməyəcəkdi. O şirkətdə 15 gecə 15 gündüz olmaqla işləyir və 400 manat əmək haqqı almaqla 2 banka kredit ödəyir. Onun pulu ödəməyə imkanı yoxdur. Bundan əlavə Qoçəli ondan qabaq iddia qaldırmış vərəsəlik barədə lakin onun qanuni vərəsəliyi tanınmamışdır. Lakin o faktiki sənədlər təqdim etmiş ki, nənəsi 1984-cü ildə o evdən qeydiyyatdan çıxmışdır. Onların anası onun verdiyi pulla dəfn edilmişdir. 2004-cü il də tufan olmuş və ətrafda olan evlər dağılmış lakin o evin dağılmağına imkan verməmişdir. Onun övladlarının da həmin puldan haqqı var. Qızının övladları onun üzərindədir. O pulu övladları arasında bölmüşdür. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, hazırda İddiaçı ilə Cavabdeh arasında öhdəlik müqaviləsi (razılıq aktı) vardır. Həmin müqavilə (razılıq aktı) Şahlar Tağıyevin təklifi ilə tərtib olunmuşdur. X14 Məmmədova zəng edərək öz ofisinə çağırmış və İddiaçı ona onunla getməyini xahiş etmişdir. X14 Məmmədova Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verməməsini və tərəflər öz aralarında razılaşmalarını demişdir. Şahlar Tağıyev həmin mülki iş üzrə Cavabdeh vəkili olmuşdur. X14 ilə söhbət edən zaman köməkçisi Günay xanımda iştirak etmişdir. Şahlar Tağıyevin sözləri ilə köməkçisi Günay xanım razılıq aktın mətnini yazıb çıxarmış, həmin vaxt o həmin razılıq aktını oxumuş və Qəçəliyə öz müsbət rəyini bildirmişdir. Razılıq aktı İddiaçı ilə Cavabdeh tərəfindən imzalandıqdan sonra o xəbər tutmuşdur ki, "xxxx" QSC tərəfindən pullar ödənilir və bundan sonra Qoçəliyə bununla bağlı xəbər vermişdir. X13 zəng vuran vaxt X16 Haqverdiyevin "xxxx" QSC tərəfindən pulu almamasını bildirmişdir. Bundan sonra isə onlar möhtəbər yerlərdən öyrənərək bilmişlər ki, "xxxx" QSC tərəfindən pullar artıq bir aydır ödənmişdir. Əlavə olaraq bildirdi ki, o tərtib olunmuş razılıq aktına qol çəkməmiş, həmin razılıq aktını Cavabdeh, İddiaçı və Şahlar Tağıyevin köməkçisi Günay imzalamışdır. O, tərtib olunmuş razılıq aktın mətnini oxumuşdur. O, tərtib olunmuş razılıq aktının Cavabdeh tərəfindən imza çəkilən vaxt olmamışdır. İddiaçı razılıq aktını imzalayanda o, Qoçəlinin yanında olmamış, onun yanında razılıq aktının qaralama forması hazırlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, İddiaçı vərəsəlik işləri ilə bağlı vəkili olmuş, Cavabdeh vəkili isə Şahlar Tağıyev olmuşdur. Onlar tərəfləri iki dəfə razılaşdırmışlar. İddiaçı Cavabdeh ilə aralarında olan ikinci razılaşmalarında razılıq aktı tərtib olunmuş və həmin akt tətib olunan zaman və akta qol çəkilən zaman Şahlar Tağıyev və onun köməkçisi Günay xanım iştirak etmişlər. O, həmin akta qol çəkməmiş və həmin akta imzalar çəkilən vaxt iştirak etməmiş, lakin o İddiaçı soruşduqda Qoçəli ona artıq həmin aktın tərəflər aralarında imzalanmasını və apellyasiya şikayəti verməyəcəyini bildirmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsindən apellyasiya şikayəti həqiqətən verilməmiş və həmin qətnamə üzrə apellyasiya şikayətinin vermə müddəti ötürülməmişdir. İddiaçı ilə Cavabdeh razılaşdıqdan sonra Cavabdeh İddiaçı pulu verməmiş və bu səbəbdən Qoçəli ona Şahlar Tağıyevlə danışıb söhbəti həll etməsini istəmişdir. O bundan sonra dərhal Şahlar Tağıyevə zəng etmiş və həmin vaxt Şahlar Tağıyev ona Cavabdeh pulu verməkdən imtina etməsini bildirmişdir. Bundan sonra o, Şahlar Tağıyevlə görüşmüş, Şahlar Tağıyev onun yanında 2- 3 dəfə Cavabdeh zəng etmiş, lakin Cavabdeh telefonu açmamışdır. Əlavə olaraq bildirdi ki, tərəflər aralarında tərtib olunan razılıq aktının yazılmasında və imzalanmasında o iştirak etməmişdir. O, Şahlar Tağıyevdən soruşarkən, Şahlar Tağıyev ona İddiaçı ilə Cavabdeh artıq razılıq aktı imzaladıqlarını və onları barışdırdığını bildirmişdir. Şahlar Tağıyev ona İddiaçı ilə Cavabdeh razılığa gətirməsi sözlərini demişdir. O, Şahlar Tağıyevlə dəfələrlə tərəflərin razılaşması ilə bağlı söhbət etmişlər. Razılıq aktı Şahlar Tağıyevin ofisində imzalanmış və razılıqla bağlı bütün danışıqlar onun ofisində aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Göygöl rayon vəkil bürosunda müqavilə əsasında işləyir. O, tərəfləri bir rayon sakinləri kimi tanıyır. Şahlar müəllim Raufun vəkili olmuşdur, Qoçəlini isə tanıyır onların qohumluq münasibətləri yoxdur və onu görmək belə gözü yoxdur. 2023-cü ilin sonunda Raufun Qoçəli ilə aralarında məhkəmədə işi getmişdir. O, öz evindən taksi vasitəsi ilə iş yerinə getmiş və iş yerinə daxil olaraq Cavabdeh və Şahlar Tağıyevi orada görmüşdür. Onlar öz aralarında danışıq aparmış və danışıqda Cavabdeh Qoçəlinin apellyasiya şikayəti verməməsini və buna görə Qoçəliyə 10000 manat pul verəcəyini bildirmişdir. Akt tərtib olunan günü Cavabdeh onların ofisində olmuş və otaqda Şahlar Tağıyevlə ikisi olmuşlar. Cavabdeh aktı imzalayan vaxt o Raufa bildirmişdir ki, Qoçəli çətin adamdır və pulu alarkən onları pis vəziyyətdə qoymasın, həmin vaxtı isə Cavabdeh balalarının canlarına and içərək akta göstərilən pulu verməsini bildirmiş, pulu verməsə isə nakişi olar sözlərini demişdir. O, iş yerinə gələn zaman həmin akt artıq yazılmışdı və tərəflər Şahlar Tağıyev vasitəsi ilə artıq razılığa gəlmişdilər. Həmin akt tərtib olunub imzalandıqdan sonra İddiaçı xx.xx.2023cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişdir. O, aktı Cavabdeh sonra imzalamışdır. Son vaxtlarda o, notariusa işlə bağlı sənədlər təstiq etməyə getmiş və orada təsadüfən Cavabdehlə rastlaşmış, Rauf həmin vaxt öz ailə üzvləri ilə olmuş və o Raufdan Qoçəliyə pulu verib-verməməsini soruşmuşdu, Rauf isə pulları almadığını və pulu alan kimi verəcəyini bildirmişdir. Həmin akt imzalandıqdan sonra o, Cavabdeh 2-3 dəfə görmüş və Rauf daim bildirmişdir ki, narahat olmayın Qoçəliyə pulu ödəyəcək. Buna baxmayaraq Rauf Qoçəliyə pulu ödəməklə bağlı söz versədə, Qoçəliyə pulu verməmiş və onları pis vəziyyətdə qoymuşdur. Əlavə olaraq bildirdi ki, həmin aktı o yazmamış və ona heç kəs diktə etməmiş, o ofisə gələrkən akt hazır olmuş və Cavabdeh aktı özü imzalamışdır. O, Göygöl rayon vəkil bürusunda işləyərək bütün büronun işlərini görür. O, büroya gələn zaman akt artıq yazılmışdı. İddiaçı aktı nə vaxt imazalaması ilə bağlı onun heç bir məlumatı yoxdur. Cavabdehlə o bir yerdə eyni vaxtda aktı imzalamışlar. Həmin aktın bağlanmasının səbəbkarı Cavabdeh olmuşdur. Cavabdeh pulları tezliklə almaq üçün Şahlar Tağıyevin yanına dəfələrlə yaxınlaşaraq Qoçəlini razılığa salmağını istəmiş və Qoçəli apellyasiya şikayəti verməmək üçün Qoçəliyə 10000 manat pul verəcəyini demişdir. X14 Məmmədovu ofisə çağırmış və İddiaçı Cavabdehlə razılığa gəlməyini demişdir. Aktın tərtib olunması təklifi Cavabdeh öz təşəbbüsü olmuşdur. O, Şahlar Tağıyevə dəfələrlə demişdir ki, qoy Cavabdehlə İddiaçı öz mübahisələrini öz aralarında onlardan uzaq həll etsinlər, lakin Cavabdeh dəfələrlə Şahlar Tağıyevin yanına gələrək həmin pulları tezliklə almaq üçün onları razılığa gətirməsini istəmişdir. İş materiallarına əlavə edilmiş DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən verilmiş 020176 nömrəli vəsiqənin sürətindən görünür ki, İddiaçı Hüseynqulu oğlu İİ qurup əlildir. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Hüseynqulu oğlu xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Hüseynqulu oğlu xx.xx.1957-ci il tarixdə Xanlar, Tülallar kəndində doğulmuş, xx.xx.2002-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh və İddiaçı öhdəlik götürür ki, Göygöl rayonu, Tülallar kəndində X5 miras qalmış yaşayış evinin Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsindən X3 və qeyriləri tərəfindən apellyasiya şikayəti verilməyəcək, Cavabdeh isə öhdəlik götürür ki, qeyd olunan qətnamədən şikayət verilməzsə həmin miras əmlak üzrə "xxxx" QSC tərəfindən miras əmlaka görə ödəniləcək konpessasiyadan 10000 (on min) manat İddiaçı ödəyəcək. Aktın doğruluğu Cavabdeh, İddiaçı Hüseynqulu oğlu və Şahid2 tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı Hüseynqulu oğluna, X1, X2, Məmmədova (İmanova) Zibər Hüseynqulu qızına, Məmmədova (Novruzova) Zərəngiz Hüseynqulu qızına, Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızına və Məmmədova (Xəlilova) Yaqut Hüseynqulu qızına qarşı vərəsəliyin açılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün, yəni Cavabdeh mərhum nənəsi X6 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun, Tülallar kəndində yerləşən ümumi sahəsi 51,6 kvm. olan yaşayış evinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və iddiaçı Cavabdeh mərhum nənəsi X6 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun Tülallar kəndində yerləşən ümumi sahəsi 51.6 kv.m olan yaşayış evinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 197 nömrəli məktubdan görünür ki, Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 1985-2010-cu illərə aid təsərrüfat başına kitabları əsasında araşdırma aparılarkən X6 adına mülki və torpaq sahəsinin olması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: Həmin Məcəllənin 881.2.1-ci maddəsinə əsasən hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; Həmin Məcəllənin 881.2.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Həmin Məcəllənin 881.3-cü maddəsinə əsasən barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Həmin Məcəllənin 881.5-ci maddəsinə əsasən əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, iddiaçı Cavabdehlər İddiaçı Hüseynqulu oğluna, X1, X2, Məmmədova (İmanova) Zibər Hüseynqulu qızına, Məmmədova (Novruzova) Zərəngiz Hüseynqulu qızına, Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızına və Məmmədova (Xəlilova) Yaqut Hüseynqulu qızına qarşı vərəsəliyin açılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün, yəni Cavabdeh mərhum nənəsi X6 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun, Tülallar kəndində yerləşən ümumi sahəsi 51,6 kvm. olan yaşayış evinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və iddiaçı Cavabdeh mərhum nənəsi X6 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun Tülallar kəndində yerləşən ümumi sahəsi 51.6 kv.m olan yaşayış evinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilməsi qət edilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və həmin barışıq razılığına əsasən Cavabdeh və İddiaçı öhdəlik götürmüşdür ki, Göygöl rayonu, Tülallar kəndində X5 miras qalmış yaşayış evinin Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsindən X3 və qeyriləri tərəfindən apellyasiya şikayəti verilməyəcək, Cavabdeh isə öhdəlik götürür ki, qeyd olunan qətnamədən şikayət verilməzsə həmin miras əmlak üzrə "xxxx" QSC tərəfindən miras əmlaka görə ödəniləcək konpessasiyadan 10000 (on min) manat İddiaçı ödəyəcək. Qeyd olunan akt üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən X3 və qeyriləri tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. "xxxx" QSC tərəfindən miras əmlaka görə ödəniləcək kompessasiya məbləği 70000 (yetmiş min) manat Cavabdeh tərəfindən qəbul edilmiş və tərəflər arasında imzalanmış akta əsasən üzrinə düşmüş öhdəliyə əməl etməmiş və "xxxx" QSC tərəfindən miras əmlaka görə ödəniləcək kompessasiya məbləğindən 10000 (on min) manat İddiaçı ödəməmişdir. Bundan sonra İddiaçı Hüseynqulu oğlu Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 - cü il tarixdə, tələbkar İddiaçı Hüseynqulu oğlu, şahid qismində Şahid2 və borclu Cavabdeh aralarında bağlanmış müqaviləyə əsasən borclu Cavabdeh AKT əsasında borcun 10000 (on min) manat məbləğində pulun alınıb iddiaçı tələbkar İddiaçı Hüseynqulu oğluna verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmədə işə baxılarkən Cavabdeh bildirmişdir ki, Göygöl Rayon Məhkəməsində vərəsəliklə iddia qaldırmış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-66/2023 saylı qətnaməsinə əsasən onun iddiası təmin olunmuşdur. Həmin iş üzrə Şahlar Tağıyev onun vəkili olmuş, onun Qoçəli ilə razılıqlarının əmələ gəlməsi məhz onun təşəbüsü və təklifi ilə olmuşdur. Şahlar Tağıyev onu qorxuzmuşdur ki, qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilə bilər və apellyasiya şikayəti verilərsə qətnamə ləğv edilə bilər və bu səbəbdən o aldanaraq Şahlar Tağıyevə inanmış və qeyd olunan aktı imzalamışdır. Sonra isə o gedib Gəncə şəhərindəki vəkillərlə bu haqqda məsləhətləşmiş, həmin vaxt vəkillər ona Göygöl Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(066)-66/2023 saylı onun xeyrinə çıxmış qətnaməsinin təmamilə əsaslı olmasını bildirmişlər. Bu səbəddən o qərara gəlmişdir ki, Qoçəliyə pul verməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər iddiaçının iddia ərizəsində gösətirdiyi xüsustaları bir daha təsdiq etmişdir. Bununla da, barışıq razılığı əsasında Cavabdeh İddiaçı Hüseynqulu oğluna 10000 (on min) manat borcu olması öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin iddia tələbinin qəbul etməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, Cavabdeh İddiaçı ilə razılığa gəlməsində, razılıq aktı tərtib olunarkən həmin aktı imzalamaqda, həyat və ya sağlamlığının təhlükəsi ilə bağlı ona heç kəsin hədə-qorxu gəlməməsini bildirmiş, iddia tələbinin əsassız olmasına dair əsaslı bir dəlil irəli sürməmiş, həmçinin cavabdeh iddiaçı ilə aralarında barışıq razılaşmasının imzalanması barədə onun məcbur edilməsi, aldadılması və ya barışıq razılaşmasının şərtlərinə əməl edilməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiqini tapmamışdır. Bununla da müəyyən edilmişdir tərəflər arasında sərbəst irədə ifədəsi olaraq qətnamədən apellyasiya şikayəti verilməməsi müqabilində barışıq razılaşmasına gəlinmiş və qeyd edilən aktın şərtələrini qəbul edərək imza etmişlər. Həmin razılaşmanın şərtlərinə uyğun olaraq qətnamədən İddiaçı və onun yaxınları tərəfindən apellyasiya şikayəti verilməmiş qətnamə qanuni qüvvəsini almış, Cavabdeh bundan sonra miras əmlakla bağlı konpensasiya məbləğini almış, lakin razılaşmanın şərtlərinə uyğun olaraq öhdəliyini icra etməmişdir. Bununla da İddiaçı razılaşma üzrə iddia tələbini irəli sürmüşdür. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli, Cavabdeh 10000 (on min) manat məbləğində pul tutularaq, İddiaçı Hüseynqulu oğluna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı ikinci qrup müharibə əlili olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul alınaraq, İddiaçı Hüseynqulu oğluna verilsin. Məhkəmə xərci 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar