Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1211/2023 19.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X14 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlərdən Cavabdeh1 anası X6 payını miras kimi qəbul etdiyinə görə 5000 (beş min) manat pulun, digər cavabdehlərin hər birindən isə ondan aldıqları 2500 manat pulun alınaraq ona ödənilməsi barədə və məhkəmə üçün ödənilmiş 97,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi X16 dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının 53-cü maddəsinə əsasən ərizə icraata qəbul edildi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən cavabdehlərdən Göygöl rayonu, Çaykənd kəndi ərazisində yerləşən onların birgə mülkiyyətində olan JN256 seriyalı, KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək torpaq sahəsinin hər birinin özünə düşən payına və hər birinə 2500 manat olmaqla pul ödəyərək, həmin torpaq sahəsini bütövlükdə iddiaçı almış və həmin torpaq sahəsini neçə illər əkməsə də faktiki sahiblik və istifadə etmişdir. Torpaq sahəsi paylı mülkiyyətçilərin müllkiyyətində olduğuna görə və paylı mülkiyyətçilərdən biri sonradan Rusiyada yaşadığına görə iddiaçı torpağın alğı-satqısını üzrlü səbəbdən rəsmləşdirə bilməmişdir. Daha sonra isə Cavabdeh1 anası Ziynət Nəsibova vəfat etdiyinə görə və onun ölümü ilə əlaqədar olaraq, vərəsəlik işi açılması səbəbinə görə yenidən torpağı sənədləşdirə bilməmişdir. Alğı-satqı prosesi yenidən dayandırılmalı olmuşdur. Bundan sonra paylı mülkiyyətçilərdən Zinyət Nəsibova vəfat etdiyinə görə digər paylı mülkiyyətçi Cavabdeh1 və onun kürəkəni Coşqun adlı şəxs iddiaçıdan ünvanlı sosial yardım düzəltmək adı ilə dövlət aktının əslini almış və geri qaytarmamışdır. İddiaçı sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən vərəsəlik yolu ilə həmin torpaq sahəsinin cavadehlərin öz adlarına mirası qəbul edərək, rəsmləşdirmələrini və başqa şəxslərə torpağın satılmasını öyrənmişdir. İddiaçı Cavabdeh1la uzaq qohumluq münasibəti olduğuna torpaq sahəsinin və yaxud da onun pulunun geri qaytarmasına görə vaxt vermişdir. Lakin həmin vaxtdan 1 (bir) il müddət keçməyinə baxmayaraq, nə digər cavabdehlər, nə də Cavabdeh1 nə torpaq sahəsini ona qaytarmaq istəməmiş, nədə ki, iddiaçının ona verdiyi və digər cavabdehlǝrǝ verdiyi pullarını geri qaytarmaq istəməmişlər. İddiaçı dəfələrlə pulunu geri istəsə də cavabdehlər müxtəlif bahanələrlə pulu geri qaytarmamışlar. İddiaçı bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X16 izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş qəbzlərdə olan imzalar onlara məxsusdur. Belə ki, onlar öz torpağını müəyyən məbləğ qarşılığında iddiaçıya 5 illik icarəyə vermişlər. Həmin qəbzlər də icarə müqaviləsi kimi bağlanmışdır. Lakin, onlar boş kağızı imzalamışlar. Sonradan onlara məlum olmuşdur ki, kağızda torpağın satılması qeyd edilmişdir. Bir daha qeyd edir ki, qəbzlər həqiqətən də onlar tərəfindən imzalansa da, onların fikri torpağı icarəyə vermək olmuşdur. Əlavə olaraq bildirdi ki, onlar torpağın icarəsinə görə iddiaçıdan müəyyən məbləğdə pul almışlar. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. Göygöl rayonu, Yeni Zod kəndində qeydiyyatdadır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1961-ci ildə doğulmuşdur. Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatdadır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1965-ci ildə doğulmuşdur. Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdaərisinin Göygöl rayon vəkil bürosuna ünvanladığı **********60 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Cavabdeh1, X6, Cavabdeh2, X3, X7, X11, X8 adlarına Göygöl rayonu, Çaykənd kəndində yerləşən 2,24 ha (0.356 ha və 1.8879 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.1998-ci il tarixli JN-256 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənilmişdir. Gəncə “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-583 və 2V-582 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X6 0.356 ha və 1.8879 ha torpaq sahələrində olan payları Cavabdeh1 adına keçmişdir. Cavabdeh1 2/7 pay, Cavabdeh2 1/7 pay, X4 1/7 pay, X9 1/7 pay, X12 1/7 pay, X10 1/7 pay adlarına Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0.356 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və 1.8879 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Gəncə “ASAN” xidmət mərkəzində notaraiat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-2400 və 4Ə-2399 saylı alğı-satqı müqavilələrinə əsasən 0.356 ha və 1.8879 ha torpaq sahələri X1. X5 Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0.356 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və 1.8879 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. xx.xx.2013-cü il tarixli Cavabdeh2 tərəfindən yazılmış qəbzdən görünür ki, birgə mülkiyyətdə olan JN256 KOD 50800058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək olan torpaq sahəsinə dair Göygöl rayonu, Yeni Zod kəndində yaşayan İddiaçı öz payına düşən torpaq sahəsinə görə 2500 manat pulu alması və torpaq sahəsini ona satmasını öz imzası ilə təsdiq etmişdir. xx.xx.2013-cü il tarixli Cavabdeh1 tərəfindən yazılmış qəbzdən görünür ki, birgə mülkiyyətdə olan JN256 KOD 50800058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək olan torpaq sahəsinə dair Göygöl rayonu, Yeni Zod kəndində yaşayan İddiaçı öz payına düşən torpaq sahəsinə görə 2500 manat pulu alması və torpaq sahəsini ona satmasını öz imzası ilə təsdiq etmişdir. xx.xx.2013-cü il tarixli X15 tərəfindən yazılmış qəbzdən görünür ki, birgə mülkiyyətdə olan JN256 KOD 50800058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək olan torpaq sahəsinə dair Göygöl rayonu, Yeni Zod kəndində yaşayan İddiaçı öz payına düşən torpaq sahəsinə görə 2500 manat pulu alması və torpaq sahəsini ona satmasını və İddiaçı ona heç bir verəcək pulunun qalmasını, Zinyət Nəsibova oxumağı və yazmağı bacarmadığına görə qəbzdə yazılanların ucadan oxunulmasına razı olmasını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, iddia ərizəsində göstərilən cavabdehlərdən Göygöl rayonu, Çaykənd kəndi ərazisində yerləşən onların birgə mülkiyyətində olan JN256 seriyalı, KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 2,24 ha əkənək və biçənək torpaq sahəsinin hər birinin özünə düşən payına və hər birinə 2500 manat olmaqla pul ödəyərək, həmin torpaq sahəsini bütövlükdə iddiaçı almış və həmin torpaq sahəsini neçə illər əkməsə də faktiki sahiblik və istifadə etmişdir. Torpaq sahəsi paylı mülkiyyətçilərin müllkiyyətində olduğuna görə və paylı mülkiyyətçilərdən biri sonradan Rusiyada yaşadığına görə iddiaçı torpağın alğı-satqısını üzrlü səbəbdən rəsmləşdirə bilməmişdir. Daha sonra isə Cavabdeh1 anası Ziynət Nəsibova vəfat etdiyinə görə və onun ölümü ilə əlaqədar olaraq, vərəsəlik işi açılması səbəbinə görə yenidən torpağı sənədləşdirə bilməmişdir. Alğı-satqı prosesi yenidən dayandırılmalı olmuşdur. Bundan sonra paylı mülkiyyətçilərdən Zinyət Nəsibova vəfat etdiyinə görə digər paylı mülkiyyətçi Cavabdeh1 və onun kürəkəni Coşqun adlı şəxs iddiaçıdan ünvanlı sosial yardım düzəltmək adı ilə dövlət aktının əslini almış və geri qaytarmamışdır. İddiaçı sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən vərəsəlik yolu ilə həmin torpaq sahəsinin cavadehlərin öz adlarına mirası qəbul edərək, rəsmləşdirmələrini və başqa şəxslərə torpağın satılmasını öyrənmişdir. İddiaçı Cavabdeh1la uzaq qohumluq münasibəti olduğuna torpaq sahəsinin və yaxud da onun pulunun geri qaytarmasına görə vaxt vermişdir. Lakin həmin vaxtdan 1 (bir) il müddət keçməyinə baxmayaraq, nə digər cavabdehlər, nə də Cavabdeh1 nə torpaq sahəsini ona qaytarmaq istəməmiş, nədə ki, iddiaçının ona verdiyi və digər cavabdehlǝrǝ verdiyi pullarını geri qaytarmaq istəməmişlər. İddiaçı dəfələrlə pulunu geri istəsə də cavabdehlər müxtəlif bahanələrlə pulu geri qaytarmamışlar. İddiaçı bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Аzərbаycаn Respublikаsının Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmçinin həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunvericilik sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehlərə verməsinin sübut edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı 7500 manat borcu olması iş materialları ilə tam sübut olunur. Belə ki, iş materiallarına əlavə edilmiş qəzlərdən müəyyən edilir ki Cavabdeh2, Cavabdeh1 və X15 öz mülkiyyətlərində olan torpaq sahəsini hazırki iş üzrə İddiaçı 7500 manat qarşılığında satmışlar. Həmçinin, məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş qəbzlərdə olan imzalar onlara məxsusdur. Belə ki, onlar öz torpağını müəyyən məbləğ qarşılığında iddiaçıya 5 illik icarəyə vermişlər. Həmin qəbzlər də icarə müqaviləsi kimi bağlanmışdır. Lakin, onlar boş kağızı imzalamışlar. Sonradan onlara məlum olmuşdur ki, kağızda torpağın satılması qeyd edilmişdir. Bir daha qeyd edir ki, qəbzlər həqiqətən də onlar tərəfindən imzalansa da, onların fikri torpağı icarəyə vermək olmuşdur. Əlavə olaraq bildirdi ki, onlar torpağın icarəsinə görə iddiaçıdan müəyyən məbləğdə pul almışlar. Göründüyü kimi, iş üzrə tərəflər qanunvericiliyə uyğun olmasa da öz aralarında faktiki olaraq alğı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfə cəmi 7500 manat olmaqla pul verməli, cavabdehlər isə aldıqları pulun müqabilində torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməli idilər. İşdən daha sonra müəyyən edilir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehlərə və onlardan birinə cəmi 7500 manat pul vermişdir. Bu iş materiallarına əlavə edilmiş qəbzlərlə də öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdehlər isə öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməyərək satdıqları torpaq sahəsini hazırki iş üzrə iddiaçının adına rəsmiləşdirməkdən yayınmışlar. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Məhkəmə iddia tələbinin X13 verilmiş 2500 manat pulun hüquqi varisi Cavabdeh1 alınması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hisədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Gəncə “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-583 və 2V-582 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X6 0.356 ha və 1.8879 ha torpaq sahələrində olan payları Cavabdeh1 adına keçmişdir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehlərin üzərinə düşür. Hazırki işdən isə görünür ki, cavabdehlər borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdlər. Belə olan halda məhkəmə hesab edir ki, borcun qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyil. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu dacavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun 64.90 manatı alınaraq İddiaçı verilsin. Cavabdeh2 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 32.40 manatı alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov. İş № 2(066)-1211/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 19 sentyabr 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X14 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun 64.90 manatı alınaraq İddiaçı verilsin. Cavabdeh2 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 32.40 manatı alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-1211/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1211/2023
19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver