Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-122/2024 01.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “cehiz əçyalarının çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “cehiz əçyalarının çıxarılması” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, hazırda paylı mülkiyyətdə olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində olan 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termosu, 1 ədəd çarpayı və tabletka), 1 ədəd qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik-(1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminium qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd yekə qazan, 3 ədəd podnos, 2 ədəd üzərlik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin ehtiyyat hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabıgüllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 ədəd çay dəsti, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd böyük və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd böyük göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəkı, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli dahada balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis 6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli kralinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı böyük, 1 ədəd çay dəsti gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oyuncaq, 1 ədəd uşaq kravatı lə ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş, 1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd (skater) süfrə, 8 ədəd (prastinya) çarşaf 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi yeni, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə (prastinya) çarşaf, 8 ədəd yeni əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturma döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd (spalni) yataq üçün yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ǝdyal, 1 ədəd divan üzlüyünün ona məxsus evdən çıxarılaraq boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının oğlu X1 2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışdır. Hazırda cavabdeh iddiaçının oğlu ilə boşanmasına baxmayaraq həmin əşyalar iddiaçının evində qalmışdır. Həmin əşyaların iddiaçının evində qalması onun evi üzərində mülkiyyət hüquqularının həyata keçirilməsinə maneçilik yaradır. O, cümlədən qeyd olunan əşyların iddiaçının evində qalması həmçinin evin otağının bərbad hala düşməsinə səbəb olur. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Xanlar rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 361 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xanlar (indiki Göygöl) rayonu, Üçtəpə kəndində yerləşən 24,6 kvadratmetr 1 (bir) yaşayış otağı İddiaçı adına reyestr kitabında 12/429 nömrə ilə qeydiyyata alınmışdır. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 440678 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və Cavabdeh nikahı xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin 11-ci ayının 12-ci günündə 222 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Məmmədova soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qаrşı “cehiz əçyalarının çıxarılması” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ilə iddiaçının oğlu X1 2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışdır. Hazırda cavabdeh iddiaçının oğlu ilə boşanmasına baxmayaraq həmin əşyalar iddiaçının evində qalmışdır. Həmin əşyaların iddiaçının evində qalması onun evi üzərində mülkiyyət hüquqularının həyata keçirilməsinə maneçilik yaradır. O, cümlədən qeyd olunan əşyların iddiaçının evində qalması həmçinin evin otağının bərbad hala düşməsinə səbəb olur. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən,daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşin faktiki hallarından müəyyən olunur ki: Cavabdeh cehiz əşyalarının yerləşdirildiyi ev İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə rəsmi nikah münasibətində olmuş, ailə quran zaman iddiaçıya məxsus olan evdə yaşamışlar, cavabdehə məxsus əmlaklar iddiaçıya məxsus evə yığılmışdır. Onlar arasındakı nikah pozulduqdan sonra cavabdeh özü evdən çıxsa da əşyalarını evdən çıxarmamışdır. Beləliklə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı olması, Cavabdeh həmin evdə yaşamaması, lakin ona məxsus əşyaların evdə qalması, bununla da iddiaçının öz evinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tam olaraq müəyyən edilmişdir. Odur ki, iddia tələbi təmin edilərək Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evinə iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması üçün cavabdehə məxsus əşyalar həmin evdən çıxarılmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır (Mülki Prosessual Məcəllə 14; 77; 88; 217). Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 100 (yüz) manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh məxsus - 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termosu, 1 ədəd çarpayı və tabletka), 1 ədəd qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd çarpayı, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik (1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminium qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd böyük qazan, 3 ədəd podnos, 2 ədəd üzərlik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin ehtiyyat hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabı-güllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 ədəd çay dəsti, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd böyük və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd böyük göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəkı, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli dahada balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis 6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli krafinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı böyük, 1 ədəd çay dəsti gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oyuncaq, 1 ədəd uşaq kravatı, 1 ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş, 1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd (skater) süfrə, 8 ədəd (prastinya) çarşaf 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi yeni, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə (prastinya) çarşaf, 8 ədəd yeni əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturma döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd (spalni) yataq üçün yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ǝdyal, 1 ədəd divan üzlüyü olan cehiz əşyaları İddiaçı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evindən çıxarılaraq ev boşaldılsın. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov İş № 2(066)-122/2024 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 01 fevral 2024-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “cehiz əçyalarının çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh məxsus - 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termosu, 1 ədəd çarpayı və tabletka), 1 ədəd qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd çarpayı, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik (1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminium qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd böyük qazan, 3 ədəd podnos, 2 ədəd üzərlik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin ehtiyyat hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabı-güllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 ədəd çay dəsti, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd böyük və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd böyük göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəkı, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli dahada balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis 6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli krafinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı böyük, 1 ədəd çay dəsti gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oyuncaq, 1 ədəd uşaq kravatı, 1 ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş, 1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd (skater) süfrə, 8 ədəd (prastinya) çarşaf 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi yeni, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə (prastinya) çarşaf, 8 ədəd yeni əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturma döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd (spalni) yataq üçün yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ǝdyal, 1 ədəd divan üzlüyü olan cehiz əşyaları İddiaçı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evindən çıxarılaraq ev boşaldılsın. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(066)-122/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-122/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver