Məhkəmə qərarları › İş №2(066)-125/2023

Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-125/2023

27.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-125/2023 27.01.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 27 yanvar 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh 10.000 (on min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını xahiş edərək, bu barədə məhkəməyə yazılı ərizəni təqdim etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə əvvəldən şəxsi tanışlıqları olmaqla bir neçə dəfə aralarında pul haqq hesabı olmuşdur. Belə ki, 8 il bundan əvvəl cavabdeh Almaniyadan ona OPEL markalı avtomobil gətirmişdir .Bu səbəbdən onun Şahinə inamı yaranmışdır. 2020-ci ildə Şahinə ona yeni avtomobil gətirməsi üçün 10.000 mant pul vermişdir. Lakin cavabdeh pulu aldıqdan sonra vədinə əməl etməmiş ona nə avtomobil gətirməmiş nə də ki pulunu qaytarmamışdır. O, bu barədə Polis Şöbəsinə də şikayət etmiş. PŞ-də cavabdeh borcunu etiraf etmiş lakin pulu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu istəsə də cavabdeh onun pulunu könüllü olaraq qaytarmadığından məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, əri İddiaçı Cavabdehla danışmışdı ki, ona maşın gətirsin.Avtomaşını 10.000 manata və bundan əlavə Elxanın OPEL markalı avtomaşınını 5000 manata qiymət edib götürməyə razılaşmışdılar. Şahin dedi ki, «MERSEDES markalı maşın hal-hazırda kömrükdədi razılaşdığmız məbləği verin maşını qısa müddətdə gətirəcəm». Elxan 10.000 manat pulun 2000 manatını onun yanında, 8000 manatı isə notariusun yanında Şahinə vermişdir. Məhkəmə iddiaçının və şahidin izahatını dindəyib iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh ifadəsində göstərmişdir ki, pul qazanmaq məqsədilə digər dövlətlərdən avtomobil gətirib satışı ilə məşğul olur. İddiaçı tanıyır. Belə ki, onların qohumluq əlaqələri var və o, təxminən 9 il bundan əvvəl X3 markalı avtomobil gətirib satmışdır. 2020-ci ilin sentyabr ayında Elxan onunla əlaqə saxlayaraq ona başqa avtomobil gətirməsini istəmişdir. Onlar görüşüb söhbət edən zaman Elxan ondan Mercedes Benz markalı avtomobil gətirməsini istəmişdir. Elxandan sifariş verdiyi avtomobilin qiymətini maraqlandıqda ona 10000 manat verə biləcəyini, həmçinin öz avtomobilini yəni ona satdığı Opel Vectra markali avtomobilidə yeni alacağı avtomobil üçün 10000 manatla birlikdə verəcəyini demişdir. X7 markalı avtomobilini 5-6 min manat civarında hesablamışlar. Elxana avtomobilini 10-15 gün ərzində gətirəcəyini demişdir. Təxminən bir ay sonra X5 E class markalı avtomibili ölkəyə gətirib fotoşəklini Elxana göstərdikdə sonuncu həmin avtomobili bəyənməyərək əvəzində başqa avtomobil gətirməsini istəmişdir. X6 Doblo markalı avtomobil gətirdiyini və Elxan həmin avtomobilə baxdıqdan sonra bəyənmədiyi üçün sonuncuya gətirdiyi avtomobili satdıqdan sonra 10000 manatını qaytarmağı təklif etmişdir. Elxan razılaşmayaraq başqa avtomobil gətirməsini tələb etdiyi üçün hazırda Almaniyadan başqa avtomobil sifariş etdiyini və həmin avtomobil gəmi ilǝ Gürcüstan Respublikasına gətirildikdən sonra ölkəyə gətirib Elxana verəcəyini bildirmişdir. Həmçinin İddiaçı aldatmadığını, sonuncunun istəyi ilə ona iki avtomobil gətirdiyini, gətirdiyi avtomobilləri bəyənmədiyi halda satıb pulunu qaytarmağı təklif etdikdə İddiaçı razılaşmayaraq başqa avtomobil gətirməsini istədiyi üçün ona başqa avtomobil sifariş verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxıb yalnız onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim)öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1 maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmini Məcəllənin 399.1 maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmini Məcəllənin 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmini Məcəllənin 406.1maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmini Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmini Məcəllənin 443.1maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmini Məcəllənin 448.1maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar