Məhkəmə qərarları › İş №2(066)-1302/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1302/2025

30.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1302/2025 30.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi» iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evin yerləşdiyi 0,11 hektar torpaq sahəsi onun və arvadı X1 xüsusi mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla evə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda həmin evə dair 22 may 2015-ci il tarixli **********56-10301 reyestr nömrəli Texniki pasport verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 05 mart 2025ci il tarixli ******* nömrəli arayışa əsasən Cavabdeh onun mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olsa da, faktiki olaraq uzun illərdir orada yaşamır. Cavabdeh oğlu Eyvaz Hüseynovun arvadı olmuşdur. Onlar 1998-ci ildə el adəti ilə evlənib ailə qursalar da, nikahları 27 yanvar 2003-cü il tarixdə Xanlar rayonu VVADQ şöbəsində qeydiyyata alınmış, Göygöl Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli 2(066)-396/2011 nömrəli qətnaməsi ilə Cavabdeh ilə Eyvaz Hüseynovun arasında olan nikah qeydi pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, 13 oktyabr 2011-ci il tarixdə Cavabdeh ilə Eyvaz Hüseynovun arasında olan nikah Göygöl rayon Qeydiyyat şöbəsində ləğv edilmişdir. Oğlu uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, Cavabdeh da ailə qurduqdan sonra əvvəllər oğlu ilə birlikdə Rusiya Federasiyasında yaşamışdır. Nikah pozulduqdan sonra isə özünə başqa yaşayış yeri seçmişdir. Hazırda Cavabdeh qeydiyyatı formal xarakter daşıyır və ona məxsus fərdi yaşayış evində qeydiyyatda saxlanılması əlavə kommunal xərclər ödəməyinə səbəb olmaqla, mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Hazırda Cavabdeh ilə heç bir qohumluq əlaqəsi yoxdur. Qeyd olunan halla bağlı cavabdeh Maraqlı şəxsnə müraciət etsə də, cavabdehin 01 mart 2025-ci il tarixli 77/2-H-3897/11/25 nömrəli məktubu ilə ona bildirilmişdir ki, Cavabdeh Göygöl rayonu, Üçtəpə kəndində yerləşən ona məxsus evdən qeydiyyatdan çıxarılması "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hallar olduqda mümkündür. Odur ki, maraqlı şəxs inzibati orqanb tərəfindən müraciəti müsbət həll olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdeh uzun müddətdir ki, ona məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində yaşamadığından istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 6 ilə yaxındır ki, Rusiyada yaşayır. 2011-ci ildə oğlu ilə boşanıb, boşandıqdan sonra da birlikdə Rusiyada yaşayıblar. Gəlin gəldikdə, deyiblər ki, qeydiyyata salmalısız. Bu səbəbdən də onu pasport qeydiyyatına saldırıb. Evdən istifadı hüququnun tanınmasına dair hər hansı qarşı tərəfin iddiası olmamış və bununla bağlı məhkəmə qətnaməsi olmamışdır. Cavabdehi qeydiyyatdan çıxartmaq istəyir. Boşandıqdan sonra cavabdeh qeyd olunan evdə yaşamayıb. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildir” müddəası həm də şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin pozuntusu ilə müşayiət olunan mübahisənin yoxluğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı ilə aşağıdakılar müəyyən edilmişdir;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçının tələbindən görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadır, lakin cavabdeh qeyd edilən mənzildə uzun müddətdir yaşamır. Cavabdeh iddiaçı ilə hazırda qohumluq münasibətlərində (ailə üzvü) deyildir. İddiaçı cavabdehin istifadə hüququnun olmamasına istinad edərək onun istifadə hüququnun itirilməsi tələbini irəli sürmüşdür. Mövcud olmayan hüququn itirilməsi isə məhkəmə baxışın predmeti ola bilməz. İddiaçının cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi» iddiası üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar