Məhkəmə qərarları › İş №2(066)-1328/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1328/2023

20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1328/2023 20.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında 20 dekabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2880 (iki min səkkiz yüz səksən) manat pulun və həmçinin ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Belə olan halda məhkəmə işə qeyd olunan cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il sentyabr ayında iddiaçı instaqram sosial şəbəkəsində İPHONE 13 pro telefonunu satmaq haqqında paylaşım etmişdir. 11 sentyabrda Cavabdeh onunla əlaqə saxladı və telefonu almaq istədiyini, ancaq pulunu hissə-hissə ödəmək istədiyini ona bildirmişdir. İddiaçı da razılaşmışdır. Danışıq əsasında xx.xx.2022-ci il tarixdə cavabdehin öz kimliyi ilə iddiaçıya qalan borcunu öz xətti ilə yazıb qeyd edib imzalamasını iddiaçı cavabdehə bildirmişdir. Cavabdeh də bununla razılaşmışdır. Cavabdeh 500 azn iddiaçıya vermişdir. Qalan borc məbləğini hər ay 160 manat olmaqla 18 aya ödəyəcəyini öz imzası ilə qeyd edib təsdiqləmişdir. Cavabdeh qalan 2880 azn borcunu ödəməkdən boyun qaçırdır. O, hər dəfə müxtəlif bəhanələr tapır və borcunu ödəməkdən imtina edir. Cavabdehin belə hərəkət etməsinə görə iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Çünki artıq başqa yolu yoxdur. Məcburdur ki, bu mübahisənin həllini məhkəmədə axtarsın. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, cavabdehlə əlaqə saxlayıb özünə məxsus telefonu ona satmasını, cavabdehin aldığı telefonun pulunu hissə-hissə ödəyəcəyini ona bildirməsini, onun əvvəllər polis işçisi olmasını, işdən çıxandan sonra isə onunla əlaqə kəsilməsini və cavabdehin ona olan 2880 manat borcunu indiyədək ödəməməsini bildirdi və göstərdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan polis vəsiqəsinin sürəti olan 11 sentyabr 2022 -ci il tarixdə yazılmış vərəqdən görünür ki, Cavabdeh öz xətti ilə qeyd etmişdir ki, mən Cavabdeh İPHONE 13 pro modelini İddiaçı aldım, 500 azn verdim, qalan hissəsini hər ay 160 azn olmaqla 18 aya ödəyəcəm. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. İşdə olan 06 sentyabr 2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı 49 manat dövlət rüsumunu ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatından və tərəflərin arasında razılaşma əsasında tərtib edilən əl yazmadan müəyyən olur ki, İddiaçı özünə məxsus olan İPHONE 13 pro markalı telefonunu satmaq üçün İnstaqram sosial şəbəkəsində paylaşmış, cavabdeh isə paylaşımı görərək onunla əlaqə saxlayaraq mobil telefonunu ondan almaq istədiyini bildirmişdir. Sonra İddiaçı Cavabdeh telefonu satmış və aralarında olan razılaşmaya əsasən cavabdeh mobil telefonu aldığı vaxt iddiaçıya 500 manat vermiş və yerdə qalan pulu cavabdeh hər ay 160 manat olmaqla 18 aya iddiaçıya ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin razılaşmanı özünə məxsus polis vəsiqəsinin sürəti olan vərəqdə öz xətti ilə qeyd edib imzası ilə təsdiq etmişdir. Buna baxmayaraq cavabdeh öhdəsinə götürdüyü borcu iddiaçıya ödəməkdən imtina etmişdir. İddiaçı cavabdehin borclu olduğu 2880 manat pulu ondan dəfələrlə tələb etsə də, cavabdeh halhazıra qədər həmin pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavabdeh qalıq 2880 manat məbləğində pul borcunu iddiaçıya qaytarmalı olduğu halda aralarındakı razılaşmanı pozaraq iddiaçıya heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 2880 manat borclu olması məhkəmədə öz əksini tapdığından iddia tələbi təmin edilməli və Cavabdeh 2880 manat alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 49 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə göstərilənlərii nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2880 (iki min səkkiz yüz səksən) manat pul və ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar