Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1353/2023 09.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, məhkəmə iclas kаtibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pul” tələbinə dair qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o, iddiaçı ilə barışmışdır və iddiaçı barışıqla bağlı ona ərizə vermişdir. İddiaçı hal-hazırda məhkəmə iclasına gəlməmişdir. O da, öz növbəsində işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, işin baxılmamış saxlanılmasını xahiş eetdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, MPM-nin 108.1.6-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 259, 260, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-23-84 İş № 2(066)-1353/2023 «09» oktyabr 2023-cü il İddiaçı Daşkəsən rayonu, Astaf kəndi Cavabdeh1 Göygöl rayonu, Üçtəpə kəndi Cavabdeh2 Göygöl rayonu, Yalqışlaq kəndi Göygöl Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(066)-1353/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti “ ” vərəqdə. Hörmətlə, hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-1353/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1353/2023
09.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver