Məhkəmə qərarları › İş №2(066)-1373/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1373/2024

16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1373/2024 16.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçılar İddiaçı MMC-nin direktoru X3 və X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “İcra məmurunun xx.xx.2014-cü il tarixli "xxxx" hərrac mərkəzi” MMC-yə göndərdiyi sifariş məktubunun ləğv olunması barədə” iddia tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasından kənar baxaraq, müəyyənetdim: İddiaçılar İddiaçı MMC-nin direktoru X3 və X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “İcra məmurunun xx.xx.2014-cü il tarixli "xxxx" hərrac mərkəzi” MMC-yə göndərdiyi sifariş məktubunun ləğv olunması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İcra məmurunun 1.70 ha torpaq sahəsində yerləşən 441kv/m. Daş sexinin 360.000 (üç yüz altmış min) manata xx.xx.2014cü ildə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifariş məktubunun ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-166/2011 saylı, 04 mart 2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Cavabdeh İcra məmurunun hərraca sifariş məktubunun ləğv olunmasını məhkəmədən xahiş edir. İş materiallarından görsənirki, Cavabdeh icra məmuru xx.xx.2024-cü il tarixdə iddia ərizəsində qeyd olunmuş əmlakın hərracda satılması üçün hərraca sifariş verərək icra hərəkəti aparmışdır. “İcra Haqqında” qanunun 61.2-ci maddəsinin tələbinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirir. Sözügedən qanunun 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci 2 ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının "xxxx" MMC-nin Astara rayon İcra Şöbəsinə qarşı 2-1(102)-2042/2017 iş üzrə 12 dekabr 2017-ci il tarix qərarında göstərilmiş hüquqi mövqeyinə əsasən, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verildikdə, onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında tələbkar) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, icra sənədi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-166/2011 saylı, 04 mart 2011-ci il tarixli qətnaməsi əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən icra sənədi verilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edir ki, hazırkı halda icra məmurunun hərəkətinin yəni, hərraca sifarişin verilməsi icra hərəkətinin qanunsuz hesab edilməsi məsələsi araşdırma predmetini təşkil edir. Qeyd olunanlara əsasən icra məmurunun hərəkətindən şikayətin verilməsini qanunvericilik mümkün hesab edir. Bu halda isə qətnamənin icrası qaydasında aparılan icra icraatı çərçivəsində müvafiq ərizənin verilməsi qanuna uyğun və məqsədə müvafiq hesab olunur. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 153.2-ci maddəsində iddia ərizəsi qəbul etməkdən imtina barədə müddəalar öz qeyd olunur. Həmin məcəllənin 153.2.1-ci maddəsində imperativ qaydada müəyyən olunur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina edir. Sözügedən məcəllənin 153.3-cü maddəsinin tələbinə görə hakim ərizəni təmin etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana və ya məhkəməyə şikayət etməli olmasını orada göstərir. Mülki Prossesual məcəllənin 153.4-cü maddəsində göstərilir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Hesab edirəm ki, icra sənədinin icrasının ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkət və hərəkətsizliyə yol verildikdə, onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir, bu halda qeyd edilən məsələyə iddia icraatı qaydasında müstəqil olaraq məhkəmədə baxılmalı deyil. Bu səbəddən iddiaçılar İddiaçı MMC-nin direktoru X3 və X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “İcra məmurunun xx.xx.2014-cü il tarixli "xxxx" hərrac mərkəzi” MMC-yə sifariş məktubunun ləğv olunması barədə” iddia ərizəsinin icraata götürülməsindən imtina edilməli və iddiaçılara izah edilməlidir ki, iddiaçı müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkət və hərəkətsizliyinə qiymət verilməsi üçün icra sənədi üzrə icra icraatına nəzarət edən məhkəməyə yəni Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı MMC-nin direktoru X3 və X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “İcra məmurunun xx.xx.2014-cü il tarixli "xxxx" hərrac mərkəzi” MMC-yə sifariş məktubunun ləğv olunması barədə” iddia ərizəsinin məhkəmənin icraatına götürülməsindən imtina edilsin. İddiaçılara izah olunur ki, qeyd edilən tələblə baglı icra icraatı qaydasında şikayət ərizəsi ilə icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. İddia ərizəsi ona əlavə olunmuş bütün sənədlərlə birlikdə onu vermiş şəxslərə rəsmi qaydada geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1373/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan iddiaçılar İddiaçı MMCnin direktoru X3 və X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “İcra məmurunun xx.xx.2014-cü il tarixli "xxxx" hərrac mərkəzi” MMCyə göndərdiyi sifariş məktubunun ləğv olunması barədə” iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkətə saat 09:05-də başladım. İşə baxan hakim olaraq ərizə və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul etdim. Prosessual hərəkəti saat 09:25-də başa çatdırdım. Hakim:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar