Məhkəmə qərarları › İş №2(066)-1374/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1374/2023

29.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1374/2023 29.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh onun xeyrinə 2000 (iki min ) manat pulun, ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bibisi oğlu Cavabdeh ona müraciət edərək cücə saxladığını yem və dərman almaq üçün pulu çatmadığını yem və dərman almaq üçün 2 ay müddətinə 2000 manat məbləğində borc istəmiş, o, isə pulu iki aya necə qaytaracağını soruşduqda bildirmiş ki, dediyi vaxtdan artıq cücə satışına başlayacağını və pulu qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə debet kartı vasitəsi ilə Cavabdeh məxsus karta 2000 manat məbləğində pul köçürmüş, iki ay sonra pulu istədikdə bildirmişdir ki, hələ cücə satışını tam həyata keçirməmiş, az miqdarda satılıb dıgər xırda borclarını bağlamış, ona olan borcunu cücə satışını tam həyata keçırdıkdən sonra verəcəyini demiş , sonra pulu istədikdə isə hər dəfə müxtəlif bəhanələr gətirərərək onun pulunu verməmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X2 ərizə göndərərək xx.xx.02023-cü il tarixə saat 09:50-yə və bundan sonra təyin olunmuş məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərib məhkəmə baxışı iclaslarının onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə məhkəmə işə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, selebris cücələri satmaqla məşğul olurdu dayısı oğlu olan İddiaçı şərikli cücə saxlamaq üçün ona 2000 manat pul vermişdir. O, həmin pula cücə almış lakin cücələr öldüyündən biznesləri batmışdır. İddiaçı pulunu hissə-hissə ödəyəcəyini desədə maddi imkanı olmadığından verə bilməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan qəbzdən görünür ki, 11 may 2023-sü il tarixdə karta köçürmə yolu ilə «Asim Q» adına 2000.00 AZN pul köçürülmüş və köçürülmə uğurla tamamlanmışdır. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh ərizəsində, iddianı qəbul etdiyini İddiaçı ona 2 min manat şərik cücə saxlamaq üçün pul verdiyini, 3 min manat isə onun özü kredit götürdüyünü, cücə satışına qoyduqları pulu götürüb, 500 manatda Ələkbərə qazanc verməli olduğunu, cücələr 2 aya çatmamış qırıldığını və şəkillərinı ona göstərdıyını göstərmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri Nəsimi rayonu 2-ci Məmmədyarov Bül.ev 9, mənzil 24-də qeydiyyatda olan. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı 40 (qırx) manat dövlət rüsumu və 40 qəpik xidmət daqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min ) manat pul, ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb İddiaçı verilməlidir. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min ) manat pul, ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar