Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1393/2025 16.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən qanunsuz və əsassız olaraq ona yazılmış 432 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında mülkiyyətlərində yaşayış evi var. Qeyd olunan yaşayış evinə kommunal xidmətlərə görə sayğaclar quraşdırılıb, o cümlədən təbii qaza görə də qaz sayğacı quraşdırılıb. 26 yanvar 2022-ci il tarixdə ona məxsus qaz sayğacına baxış keçirilib və guya müəyyən edilib ki, sayğacın hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Buna görə də qanunsuz və əsassız olaraq ona 432 manat məbləğində cərimə yazılıb. Halbu ki, qeyd olunan hadisə ilə bağlı onun heç bir günahı yoxdur, cavabdeh tərəfindən qaz sayğacı quraşdırılıb, blomb qoyulub və hər ay sərf etdiyi təbii qaza görə ödənişi vaxtında ödəmişdir. Qaz sayğacının blombu sınmayıb və digər qaydada müdaxilə olunmayıb. Sayğac hasardan çöldə quraşdırılıb və cavabdehin nümayəndəsi də hər ay 2 dəfə sayğaca baxış keçirib və sərfiyyatı yazmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 2 ünvanda yaşadığı müddətdə cavabdeh qurumun nümayəndələri tərəfindən sayğac əvəz edilməsi üçün gəlinmiş və sayğac əvəz olunarkən ona hər hansı irad və ya bildiriş verilməmiş və gedilmişdir. 2020-ci ildə götürülən sayğacdan ona 2022-ci ildə bildiriş gəlmişdir ki sayğaca müdaxilə edilmişdir. O bununla bağlı Azəriqaz İB-nə getmiş və bunu aydınlaşdırdıqda idarənin müdiri də nəzarətçiyə bildirmişdir ki, əgər sayğacda müdaxilə olmuşsa abonentə niyə bildiriş təqdim edilməmişdir. Qış aylarında onun sayğacını borca görə ayırmaq istədikdə o çalışıb hissə-hissə ödəyəcəyini bildirmiş, lakin sonradan ödəyə bilməmişdir. Həmçinin ona razılaşma olmasa və məhkəməyə müraciət edərsə qazını kəsəcəyini bildirmişlər. Əlavə olaraq bildirdi ki, evdə körpə uşaq olduğundan qazın kəsilməməsi üçün ilk razılaşmaq istəmiş, lakin onun həmin sayğaca heç bir müdaxiləsi olmamışdır. Ona sayğac çıxarılarkən yerində gözlə görünən nöqsan olması bildirilməmişdir. Sayğac götürülərkən o iştirak etmişdir. Sayğac dəyişdirilərkən onun adına keçirilmişdir. Sayğac çıxarılarkən o və qardaşı iştirak etmişdir. Həmin vaxt sahə müvəkkili və iki nəfər sayğacı dəyişən mexaniki işçi olmuşdur. Sayğac istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. Həmin çıxarılan sayğac təxminən 2010-cu ildə quraşdırılmışdır. O, sayğacın işləməsini və sayğacın dəyişdirilməsinə razı olmamasını bildirmiş, lakin cavabdehin nümayəndələri sayğacın istismar müddətinin bitməsini və hər kəsdə dəyişdirilməsini bildirmişlər. Sayğac götürüldükdən sonra qablaşdırılmamış və şəxsi avtomobilin yük hissəsinə yığmışlar. Ona kağıza qol çəkdirmişlər və onluq bir şey olmamasını bildirmişlər. Sayğaca baxış keçirən zaman onları laborotoriyaya çağrılmamışlar. Sayğacın möhürləri üzərində olmuşdur. Həmçinin sayğac götürülən zaman qablaşdırılmamış, sadəcə avtomobilin yük hissəsinə qoyub aparmışlar. Onlara sayğaca baxış keçiriləcəyi bildirilməmiş və bununla bağlı hər hansı yerə dəvət edilməmişlər. Ona daha sonra bilmişdir ki, laborotoriyada yoxlama zamanı sayğacda müdaxilə olması bildirilmiş və bu səbəbdən cərimə olunması bildirilmiş, o isə sayğaca baxış keçirən zaman niyə məlumat verilməməsini, həmçinin gözlə görünən nöqsanı niyə sayğac çıxarılan zaman ona bildirmədiklərini, sayğac çıxarıldıqdan sonra həmin nöqsanın yaranmasını bildirmişdir. Sayğacı şəxsən o təhvil vermişdir. İmkanı olmadığı üçün yazılan cəriməni ödəyə bilmir. Məhkəmədən borcun silinməsini və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, sayğac sökülən zaman iddiaçı orada olmamış, həmin vaxt orada Vüsal Abışov olmuşdur. Sayğacın blomp vurulan hissədə problemi olmuş və bununla bağlı akt tərtib edilərək, qarşı tərəfə 432 manat hesablama aparılmışdır. Əlavə olaraq bildirdi ki, İddiaçı orda olmamış, belə ki tərtib edilmiş akta Vüsal Abışov imza etmişdir. Sayğacın çıxarılmasında o özü iştirak etməmişdir. Sayğacın qablaşdırılması ilə bağlı onlarda hər hansı sübut və sənəd yoxdur. Sayğacı əvəz etmə əsas ilə istismar müddəti bitdiyindən götürülmüşdür. Sayğacda gözlə görülən vizual görüntülər aktda göstərilməli idi. Laborotoriya rəyi 2022-ci ilin yanvar ayında vermişdir. Rəyin gecikməsinin səbəbi pandemiya olmuşdur. Sayğaclar müayinə olunması üçün Bakı şəhərinə göndərilmişdir. Abonentə sayğaca baxış keçirilməsi üçün dəvət edilməsi ilə bağlı hazırda sübut təqdim edə bilmirlər. Həmçinin göstərmişdir ki, ay ərzində 200-250 ədəd sayğac çıxarılır. Həmin sayğacların laboratoriyaya göndərilməsi və laboratoriyada baxılması ilə bağlı bütün vətəndaşlar məlumatlandırılır. Lakin həmin vaxt hansı səbəbdən getməməsi barədə məlumat yoxdu. Böyük ehtimal pandemiya zamanına düşdüyü üçün iştirakı alınmayıb. Vətəndaşlara məlumatlar bildirişlər əsasında verilir, lakin həmin bildirişlər arxivləşdirilmir. Yerində sayğac çıxarılıb aktlaşdırılan zaman vətandaşa məlumat verilir. Eyni zamanda laborotoriya rəyinin gec verilməsi ilə bağlı xidmət sahəsi ilə əlaqə saxlamış, rəyin gec verilməsinin pandemiya ilə əlaqələndirərək ləngimələr olduğunu bildiriblər. Abonentə sayğaca baxış keçirilməsi ilə bağlı bildirişin təqdim edilməsində arxivləşdirilmə olmadığı üçün heç bir sənəd məhkəməyə təqdim edə bilmir. Qarşı tərəfin qaldırdığı iddia əsassız olduğu üçün, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Xanlar şəhərində anadan olmuşdur və Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 113-də qeydiyyatdadır. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent X9 rayon, Nigar Rəfibəyli küçəsi 03 ünvanda yerləşən fərdi yaşayış evində Elister G-4 markalı ******* nömrəli sayğac növbəti yoxlama zamanı əvəz olma əsası ilə çıxarılmış və Zinner G-4 markalı **********7 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent X4 evinə quraşdırılan sayğaca ARDNŞ-i Azəriqaz İB-i Qaz sayğacının yoxlanması barədə AKT № 29/1710-00341-1 nömrəli rəyinə əsasən baxış keçirilmiş sayğacdan qaz keçməsi, hesablama mexanizminin keçən qazı qeyd etməməsi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plomb yuvasının qırılması, qapağın çıxarılmasının mümkün olması, dəymiş ziyanın hesablanması və dəyərinin ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 28 yanvar 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710- 00341-1 nömrəli Aktına əsasən G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plombun yuvası qırılıb. Qapağın çıxarılması mümkün olduğu aşkar edilmiş və cəmi 4320 m3 ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı abonent hesabına 2022-ci ilin yanvar ayı üzrə akt əsasında 432 manat borc hesablanmışdır. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, Cavabdeh Gəncə X11 İdarəsinin nümayəndələri abonent olan İddiaçı yaşadığı Göygöl şəhəri Nigar Rəfıbəyli küçəsi 03 nömrəli evə quraşdırılmış Elister G-4 markalı ******* nömrəli sayğac növbəti yoxlama zamanı istismar müddəti bitməsi və əvəz olma əsası ilə xx.xx.2020-ci il tarixli, ******* saylı aktla çıxarılmış və Zinner G-4 markalı **********7 nömrəli sayğac quraşdırılmış, bundan sonra xx.xx.2022-ci il tarixli ******* nömrəli Aktına əsasən G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plombun yuvası qırılıb. Qapağın çıxarılması mümkün olduğu aşkar edilmiş və cəmi 4320 m3 ziyan hesablanmışdır. Cavabdeh aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent və ya həmin evdə yaşayan ailə üzvlərinə sayğacda problem olması bildirilməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmiş, həmçinin abonentə məlumat vermədən sayğac ekspertizadan keçirilmiş, aşkarlanmış qüsurların yaranmasında abonentin və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, lakin köhnə sayğac çıxarılarkən nasazlığın olması aşkar edilməmiş və abonentə və ailə üzvlərinə bildirilməmişdir. Həmçinin sayğac ekspertizadan keçirilərkən aşkarlanmış həmin qüsurun yaranmasında abonentin və ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plombun yuvası qırılması və qapağın çıxarılmasının mümkün olması gözlə görünən nöqsan olmaqla, sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olması ehtimal ediləcəyi halda, sayğac çıxarılarkən aktda qeyd edilməli idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt sayğacı yenisi ilə əvəz etmiş şəxslər tərəfindən aşkar edilməmiş və həmin vaxt abonent və həmin evdə yaşayan ailə üzvlərinə sayğaca müdaxilə ilə bağlı heç bir irad bildirilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə Cavabdeh Göygöl X8 İdarəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktına əsasən sayğacın hesablama mexanizmi keçən qaz həcmini qeyd etmədiyi qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunmasını, bu müdaxilənin abonent tərəfindən edilməli bir hərəkət olmasını və qaz sərfiyyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Gəncə X8 İdarəsinin abonent İddiaçı barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi 432 (dörd yüz otuz iki) manat ziyan olaraq hesablanmış məbləğ İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 432 (dörd yüz otuz iki) manat borc məbləği abonent İddiaçı (**********00000) abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1393/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1393/2025
16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver