Məhkəmə qərarları › İş №2(066)-142/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-142/2024

05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-142/2024 05.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq iddiasının təmin edilib, Cavabdeh iddia ərizəsində qeyd etdiyi 10.000 manat sığorta pullarının və ödədiyi 120 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh qismində göstərdiyi Cavabdeh iddiaçının qaynatasıdır. Onun oğlu Zülfüqarov Zülfiqar iddiaçının həyat yoldaşı olmaqla, onların birgə nikahdan xx.xx.2020- ci il tarixdə doğulmuş Ayxan adlı bir uşaqları vardır. Bildirir ki, 08 oktyabr 2022-ci il tarixdə axşam radələrində həyat yoldaşının sərnişin olduğu "Kia" markalı avtomobil Bakı şəhəri, Nardaran-Bilgəh yolunda, Bilgəh istiqamətində öz hərəkət zolağında hərəkət edərkən qarşıdan yüksək sürətlə gələn "Range Rover" markalı avtomobil ilə toqquşmuş, nəticədə həyat yoldaşı və digər sərnişin olan X7 hadisə yerində həlak olmuşlar. İstintaq müddətində iddiaçının körpə uşaqla birlikdə Gəncədən Bakıya gedib-gəlməsi çətinlik yaradacağı üçün, öz aralarında olan razılığa əsasən iddiaçının mərhum ərinin hüquqi varisi kimi qaynatası Cavabdeh tanınmışdır. Həmin avtoqəza ilə bağlı cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə işə baxılır. İstintaq prosesindən tam məlumatı olmasa da, artıq keçirilmiş bir neçə məhkəmə proseslərindən sonra ona məlum olmuşdur ki, qaynatası Cavabdeh təqsirləndirilən şəxsin ailəsi ilə gizlin razılığa gələrək, onlardan maddi təminat alaraq, bir tərəfli qaydada, yəni iddiaçı ilə razılaşmadan, onun və uşağının mənafeyi ziddinə olan hərəkətlərə yol vermişdir.! Əlavə olaraq bildirir ki, qaynatası iddiaçının ərinin faciəli ölümündən sonra onlara qarşı münasibətini dəyişmiş, onları evdən çıxarmış, ərinin ölümü ilə əlaqədar ailəsinə, yəni onlara ödənilən sığorta pullarını alaraq onlara verməkdən imtina etmişdir. Qeyd edir ki, ərinin vəfatından 6 ay sonra, onun qanun üzrə vərəsəsi kimi iddiaçı və oğlu Ayxan mirası qəbul edən birinci növbə vərəsələr kimi Gəncə Asan Xidmət Mərkəzindən xx.xx.2023-cü il tarixli, V-165/2023 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ərinin avtoqəza nəticəsində vəfatı ilə əlaqədar xx.xx.2023-cü il tarixli 50 saylı Sığorta Aktına əsasən "İpək yolu" Siğorta tərəfindən hüquqi varis kimi iddiaçının hesabına 5000 manat sığorta pulu köçürülmüşdür. Bundan əlavə Xalq sığorta tərəfindən də, iddiaçının həyat yoldaşının avtoqəzada ölməsi ilə bağlı 5000 manat da sığorta ödənilmişdir. Həmin pullar ödənilərkən iddiaçı cavabdehin ailəsi ilə birgə yaşadığı üçün, eyni zamanda cavabdeh nəvəsi olan iddiaçının oğluna onunla birlikdə ev almağı söz verdiyi üçün, qaynatası iddiaçının kart hesabına köçürülmüş pulu onun kartından çıxardıb özündə saxlamış, bundan əlavə "Xalq" sığortadan ödənilən digər 5000 manatı da, ondan etibarnamə əsasında götürərək öz kart hesabına daxil etmişdir. Yuxarıda da, qeyd etdiyi kimi iddiaçının qaynatası öz kart hesabında saxladığı pulun üstünü düzəldərək iddiaçıya ev alaçağına söz vermişdir. Hazırda onların arasında narazılıq yaranmış, cavabdeh onları yola vermədiyinə görə iddiaçı məcbur olub evdən çıxıb müvəqqəti qalmaq üçün anasının yanına köçmüşdür. Qaynatası həmin pulun üstünü düzəltmək yolu ilə onlara ev alacağını söz versə də, artıq bundan imtina edərək, evi uşağının 18 yaşına çatacağından sonra alacağını bildirir və onlara məxsus olan pulu verməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, Rəqsanə cavabdehin gəlinidir. Sığortadan cəmi iddiaçının həyat yoldaşına görə 10000 manat pul ödənilib. Həmin hadisədə hüquqi varis kimi Elçin və digər biri var. Təqsirləndirilən şəxs barışıq əldə edib. Hal-hazırda 10000 manat Cavabdehdır. O, pulu uşağa ev almaq adı ilə saxlayıb iddiaçıya qaytarmır. Odur ki, iddiaçı həmin 10000 manat pulu tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul etməsini, belə ki, həmin vaxt özünün başının qarışıq olmasını, bu səbəbdən vərəsəlik ala bilməməsini, sığortadan 5 min özünün, 5 min isə iddiaçının almasını, iddiaçı Rəqsanə ilə razılaşaraq həmin pulları banka qoymağı ona təklif etməsini, oğlunun yas mərasiminin ili çıxmamış Rəqsanənin özünə məxsus veşlərini aparıb satmasını, sonra iddiaçının onu şantaj edərək guya qarşı tərəfdən 50 min manat almasını ona bildirməsini, indiki cinayət işində özünün zərərçəkmiş qismində tanınmasını, oğlunun dəfn xərcinə və baş daşına özünün xeyli xərc çəkməsini, iddiaçının həmin dəfnə heç bir xərci çıxmamasını, nəvəsi ilə ona düzgün görüş də verməməsini, 10000 manat pulun özündə olmasını, lakin uşaq böyüyəndən sonra qeyd olunan pulu ona verəcəyini, bu səbəbdən hazırda iddiaçıya 5000 manat pulu hissə-hissə ödəyə biləcəyini bildirdi və göstərdiklərinə əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarına və çıxışlarına hüquqi qiymət verərək, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olur ki, iddiaçı Rəqsanə X1 həyat yoldaşıdır. Onların birgə nikahdan xx.xx.2020- ci il tarixdə doğulmuş Ayxan adlı bir uşaqları vardır. 08 oktyabr 2022-ci il tarixdə "Kia" markalı avtomobil Bakı şəhəri, Nardaran-Bilgəh yolunda, Bilgəh istiqamətində öz hərəkət zolağında hərəkət edərkən qarşıdan yüksək sürətlə gələn "Range Rover" markalı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçının həyat yoldaşı və digər sərnişin hadisə yerində həlak olmuşlar. İddiaçı ərinin vəfatından 6 ay sonra, onun qanun üzrə vərəsəsi kimi iddiaçı və oğlu Ayxan mirası qəbul edən birinci növbə vərəsələr kimi Gəncə Asan Xidmət Mərkəzindən xx.xx.2023-cü il tarixli, V-165/2023 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ərinin avtoqəza nəticəsində vəfatı ilə əlaqədar xx.xx.2023-cü il tarixli 50 saylı Sığorta Aktına əsasən "İpək yolu" Siğorta tərəfindən hüquqi varis kimi iddiaçının kart hesabına 5000 manat və Xalq sığorta tərəfindən də həyat yoldaşının avtoqəzada ölməsi ilə bağlı 5000 manat sığorta ödənilmişdir. Həmin pullar ödənilərkən iddiaçı cavabdehin ailəsi ilə birgə yaşadığı üçün, cavabdeh nəvəsi olan iddiaçının oğluna onunla birlikdə ev almağı söz vermiş və bu səbəbdən cavabdeh iddiaçının kart hesabına köçürülmüş pulu onun kartından çıxarıb özündə saxlamışdır. Bundan əlavə cavabdeh "Xalq" sığortadan da ödənilən digər 5000 manatı da, iddiaçıdan etibarnamə əsasında götürərək öz kart hesabına daxil etmişdir. Hazırda tərəflərin arasında narazılıq yaranmış və ona görə iddiaçı məcbur olub evdən çıxmış və müvəqqəti qalmaq üçün anasının yanına köçmüşdür. Cavabdeh həmin pulun üstünü düzəltmək yolu ilə iddiaçıya və onun uşağına ev alacağını söz versə də, bundan imtina etmiş və iddiaçıya bildirmişdir ki, evi uşağa 18 yaşına çatandan sonra alacaqdır. İddiaçının mərhum əri X6 08 oktyabr 2022-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra onun həyat yoldaşı, yəni İddiaçı azyaşlı uşağı Ayxan Zülfüqarovla birlikdə və Cavabdeh onun 1-ci növbə vərəsələri qalmışdır. Z.Zülfüqarovun vəfatından 6 ay sonra, onun qanun üzrə vərəsəsi kimi iddiaçı və oğlu Ayxan mirası qəbul edən birinci növbə vərəsələr kimi Gəncə Asan Xidmət Mərkəzindən xx.xx.2023-cü il tarixli, V-165/2023 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. İddiaçının mərhum həyat yoldaşı X3 avtoqəzada ölməsi ilə bağlı iddiaçının kart hesabına 10000 manat sığorta pulu ödənmişdir. Həmin pulu cavabdeh iddiaçının kart hesabından çıxarıb özündə saxlamış və uşağın 18 yaşına çatanda ona ev alacağını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin hər ikisi mərhumun 1-ci növbə vərəsə olduqlarına görə Z.Zülfüqarovun ölümü ilə bağlı verilən 10000 manat sığorta pulu vərəsə kimi iddiaçının və cavabdehin arasında ½ bölünməli, yəni onların hər birinə 5000 manat çatmalıdır. Lakin cavabdeh aldığı 10000 manat puldan iddiaçıya heç bir məbləğdə pul verməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 01 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ 530913 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı 01 oktyabr 2022-ci il tarixdə 1723 nömrə ilə qeyd edilməklə nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada isə Məlikova soyadları verilmişdir. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 19 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İV 394752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 dekabr 2020-ci il təvəllüdlü X4 atası X6, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 18 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ 281171 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 oktyabr 2022-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ABB Hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı kart hesabına sığorta aktına əsasən 5004.37 manat məbləğdə sığorta ödənişi ödənilmişdir. İşdə olan 11 iyul 2023-cü il tarixli Sığorta Aktının surətindən görünür ki, Bakı şəhəri "xxxx" ASC Avtonəqliyyat vsaitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sağlamlığa vurulan zərərə görə ölüm halı üçün nəzərdə tutulan 5000 manat məbləğində sığorta ödənişi Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən zərərçəkmişin nümayəndəsi İddiaçı bank hesabına köçürmə yolu ilə birdəfəlik ödənilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1996-cı ildə anadan olmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1969-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Konstitutsiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüşşəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinəəsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninəçatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 (beş min) manat sığorta pulu və iddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 60 (altmış) manatı alınıb İddiaçı verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Proses Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta pulu və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 60 (altmış) manatı alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar