Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1439/2023 31.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiаçı Göygöl Milli Parkının Cavabdeh qаrşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Göygöl Milli Parkı Cavabdeh qаrşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Çaylı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Cavabdeh Göygöl Milli Parkına vurduğu 1770 manatın ödənilməmiş qalan 670 manat ot örtüyünə vurduğu ziyanı Cavabdeh tərəfindən Göygöl Milli Parkının xüsusi bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Göygöl Milli Parkı ölkə Prezidentinin 2008-ci il, 01 aprel tarixli, 2744 nömrəli Sərəncamı ilə Göygöl-Daşkəsən-Goranboy rayonunun inzibati ərazisində yaradılmışdır. Milli parklar xüsusi X6 əraziləri statusuna malikdir. Lakin bəzi vətəndaşlar qoruq ərazisinə girişin qadağan olunduğu bildiyi halda ərazidə qanunsuz qoyun sürüsü otararaq qoruğun bitki örtüyünə zərər vurur. Belə ki, Göygöl rayonu, Çaylı kəndində qeydiyyatda olan Cavabdeh 19 iyul 2023-cü il tarixində Göygöl Milli Parkının 17 nömrəli kvartalında qanunsuz olaraq 150 baş quzu, 400 baş qoyun otardıraraq Milli Parkın bitki örtüyünə ümumilikdə 1770 manat 00 qəpik manat ziyan vurmuşdur. Həmin ziyanın 1100 manatını könüllü olaraq ödəmiş, qalan 670 manatı ödəməkdən imtina etmişdir. (xx.xx.2023- cü il tarixli, 010188 nömrəli akt əlavə edilir). Beləliklə Cavabdeh 19 iyul 2023cü il tarixində Göygöl Milli Parkının ərazisində qanunsuz olaraq 150 baş quzu, 400 baş qoyun otararaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2008-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş Göygöl Milli Parkı haqqında əsasnaməsinin, həmçinin Azərbaycan Respublikasının Xüsusi X6 Əraziləri haqqında 840-İQ saylı Qanunun tələblərini pozaraq Milli Parkın bitki örtüyünə ümumilikdə 1770 manat 0 qəpik ziyan vurmuşdur. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, doğrudan da qeyd olunan hadisə baş vermiş, həmin hadisə nəticəsində 400 manat məbləğində inzibati cərimə olunmuş və cərimə ödənilmişdir. Eyni zamanda o, vurduğu zərərin 1100 manatını da ödəmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfin qeyd etdiyi kimi orada 400 baş qoyun olsa da, quzu isə 150 baş yox, 100 baş olmuşdur. Odur ki, qanunauyğun qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkı tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli, 010188 nömrəli aktın surətindən görünür ki, 19 iyul 2023-cü il tarixdə Göygöl Milli Parkının 17 nömrəli kvartalında yoxlama aparılarkən Göygöl rayonu Çaylı kənd sakini X3 məxsus 400 (dörd yüz) baş xırda buynuzlu qoyun, 150 (yüz əlli) baş quzu ərazidə aşkar edilmişdir. AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü ildə Azərbaycan Respublikası, Xanlar rayonu, Çaylı kəndində doğulmuşdur. Göygöl rayonu,Çaylı kəndində qeydiyyatdadır. 19 iyul 2023-cü il tarixində Göygöl Milli Parkının 17 nömrəli kvartal ərazisində aparılan yoxlama zamanı aşkar edilmiş qanunsuz mal-qara otarılmasına və birki örtüyünə vurulmuş ziyana görə təbiətə dəymiş ziyana dair hesabatın surətindən görünür ki, 400 baş qoyun üçün (hər baş üçün 10x36)= 400x3.60 = 1440 manat 0 qəpik, 150 baş quzu üçün (hər baş üçün 10x22) = 150x2.20 = 330 manat 0 qəpik olmaqla cəmi 1770 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göygöl Milli Parkı Cavabdeh qаrşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Göygöl Milli Parkı ölkə Prezidentinin 2008-ci il, 01 aprel tarixli, 2744 nömrəli Sərəncamı ilə Göygöl-Daşkəsən- Goranboy rayonunun inzibati ərazisində yaradılmışdır. Milli parklar xüsusi X6 əraziləri statusuna malikdir. Lakin bəzi vətəndaşlar qoruq ərazisinə girişin qadağan olunduğu bildiyi halda ərazidə qanunsuz qoyun sürüsü otararaq qoruğun bitki örtüyünə zərər vurur. Belə ki, Göygöl rayonu, Çaylı kəndində qeydiyyatda olan Cavabdeh 19 iyul 2023-cü il tarixində Göygöl Milli Parkının 17 nömrəli kvartalında qanunsuz olaraq 150 baş quzu, 400 baş qoyun otardıraraq Milli Parkın bitki örtüyünə ümumilikdə 1770 manat 00 qəpik manat ziyan vurmuşdur. Həmin ziyanın 1100 manatını könüllü olaraq ödəmiş, qalan 670 manatı ödəməkdən imtina etmişdir. (xx.xx.2023- cü il tarixli, 010188 nömrəli akt əlavə edilir). Beləliklə Cavabdeh 19 iyul 2023-cü il tarixində Göygöl Milli Parkının ərazisində qanunsuz olaraq 150 baş quzu, 400 baş qoyun otararaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2008-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş Göygöl Milli Parkı haqqında əsasnaməsinin, həmçinin Azərbaycan Respublikasının Xüsusi X6 Əraziləri haqqında 840-İQ saylı Qanunun tələblərini pozaraq Milli Parkın bitki örtüyünə ümumilikdə 1770 manat 0 qəpik ziyan vurmuşdur. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-nin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-nin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, Cavabdeh istənilən davranışına görə iddiaçı Göygöl Milli Parkına dəyən zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə, cavabdehin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə Göygöl Milli Parkına 1770 manat ziyan vurması iş materiallarında olan sənədlərə qismən sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkı tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli, 010188 nömrəli aktın surətindən görünür ki, 19 iyul 2023-cü il tarixdə Göygöl Milli Parkının 17 nömrəli kvartalında yoxlama aparılarkən Göygöl rayonu Çaylı kənd sakini X3 məxsus 400 (dörd yüz) baş xırda buynuzlu qoyun, 150 (yüz əlli) baş quzu ərazidə aşkar edilmişdir. 19 iyul 2023-cü il tarixində Göygöl Milli Parkının 17 nömrəli kvartal ərazisində aparılan yoxlama zamanı aşkar edilmiş qanunsuz mal-qara otarılmasına və birki örtüyünə vurulmuş ziyana görə təbiətə dəymiş ziyana dair hesabatın surətindən görünür ki, 400 baş qoyun üçün (hər baş üçün 10x36)= 400x3.60 = 1440 manat 0 qəpik, 150 baş quzu üçün (hər baş üçün 10x22) = 150x2.20 = 330 manat 0 qəpik olmaqla cəmi 1770 manat təşkil etmişdir. Bundan başqa, məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, doğrudan da qeyd olunan hadisə baş vermiş, həmin hadisə nəticəsində 400 manat məbləğində inzibati cərimə olunmuş və cərimə ödənilmişdir. Eyni zamanda o, vurduğu zərərin 1100 manatını da ödəmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfin qeyd etdiyi kimi orada 400 baş qoyun olsa da, quzu isə 150 baş yox, 100 baş olmuşdur. Göründüyü kimi, iddiaçı hadisə vaxtı orada 150 baş quzunun olduğunu bildirsə də, cavabdeh bunu qəbul etməmiş və quzuların sayının 100 olduğunu bildirmişdir. Həmin mübahisəli halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli 50 baş quzunun olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən məhkəmə quzuların sayını cavabdehin etiraf etdiyi həddə yəni, 100 baş kimi qəbul edir. Beləliklə dəymiş zərər: 400 baş qoyun üçün - 400x3.60 = 1440 manat, 100 baş quzu üçün - 100x2.20 = 220 manat olmaqla, cəmi 1660 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, cavabdeh vurulmuş zərərdən 1100 manatını ödəmişdir. Belə olan halda cavabdehdən 560 manat alınaraq iddiaçıya verilməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 560 (beş yüz altmış) manat məbləğində pul alınaraq Göygöl Milli Parkının hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov İş № 2(066)-1439/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 31 oktyabr 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiаçı Göygöl Milli Parkının Cavabdeh qаrşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 560 (beş yüz altmış) manat məbləğində pul alınaraq Göygöl Milli Parkının hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(066)-1439/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1439/2023
31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver