Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-16/2024 08.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və X2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə, həmçinin valideynlərindən miras qalmış torpaq sahəsinə payların müəyyən edilməsi və paylara uyğun naturada bölünməsi tələbinə dair mülki işə 08 fevral 2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və X2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə, həmçinin valideynlərindən miras qalmış torpaq sahəsinə payların müəyyən edilməsi və paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-225 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ümumi birgə mülkiyyətlərində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının 1/5 hissədə müəyyən edilərək naturada bölünməsi, eyni zamanda həmin akt əsasında mərhum atası X5 və mərhum anası X8 1/5 hissədə payına vərəsə kimi paylarının müəyyən edilməsi və paylara uyğun naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıya və digər ailə üzvlərinə Göygöl rayonunun Qızılca kəndində 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib və həmin torpaq sahəsinə JN-225 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilib. Hazırda qeyd olunan torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğu üçün iddiaçı öz hüquqlarını həyata keçirə bilmir. Qeyd olunan torpaq sahəsindən onun payı müəyyən edilməli və naturada bölünərək özünə verilməlidir. Həmçinin iddiaçının mərhum atası X3 və X6 da torpaq sahəsi miras qalıb. Onlara aid hissədən də onun payı müəyyən edilərək bölünməlidir. Ona görə də JN-225 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ümumi birgə mülkiyyətlərində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının 1/5 hissədə müəyyən edilərək naturada bölünməsi, eyni zamanda həmin akt əsasında atası X5 və anası X8 1/5 payına vərəsə kimi payı müəyyən edilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X11 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı cavabdehlərə qarşı ümumi birgə mülkiyyətdə olan 0.88 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə payının müəyyən edilərək və naturada bölünməsi tələbinə dair iddiası üzrə əvvəlcə iddiaçının payı müəyyən edilməlidir. Ona görə də JN-225 saylı Dövlət aktı əsasında iddiaçının ümumi mülkiyyətində olan 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı payının müəyyən edilməsi, eyni zamanda iddiaçının valideynlərindən miras qalmış torpaq sahəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə iddiaçının nümayəndəsinin iddia tələbinin həcminin azaldılması barədə ərizəsini məqsədəuyğun hesab etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X11 məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etməsini və payların müəyyən edilməsinə etirazı olmamasını bildirdi və iddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göygöl Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 08 fevral 1990-cı il tarixdə anadan olmuş, Göygöl rayonu Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan JN-225 saylı, KOD 50807005 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» nın surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə 0,88 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Qızılca kənd sakini X5, X8, Cavabdeh, X1 və İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 30 dekabr 2023-cü il tarixli, 3-21-3-33/2- 12439/2023 saylı mütəxəssis rəyindən görünür ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə, torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrılıqda mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına əsasən torpağın öz məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən, sözügedən torpaq sahəsinin naturada real bölgüsü mümkün deyildir. Lakin yuxarıda qeyd edilən hallar nəzərə alınmazsa, Göygöl rayon, Qızılca kəndində yerləşən "Torpağa mülkiyyət hüququna dair" JN-225 (KOD- ********) nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.88 ha torpaq sahəsinin mülkiyyətçilər arasında texniki cəhətdən bölgüsü mümkündür. Mülkiyyətçilərdən olan İddiaçı payına düşəcək 2 (iki) hissədən (0.058 ha vǝ 0.118 ha) ibarət olmaqla təyin edilmiş sahələrin ölçüləri və konfiqurasiyası, rəyə əlavə edilmiş cizgi planda əks olunmuşdur. İş materiallarında olan Azərbaycab SSR Xanlar ayonu Qızılca kənd soveti tərəfindən 07 mart 1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Xanlar rayonu Qızılca kəndində anadan olmuş, atası X12, anası isə X10r. İş materiallarında olan Göygöl rayon Qızılca kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 940599 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 nikahları 18 yanvar 2016-cı il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 281236 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 18 sentyabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 281237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 22 oktyabr 2021-ci il tarixdə ölmüşdür. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə anadan olmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1987-ci ildə anadan olmuşdur Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,88 ha torpaq sahəsi X5, X8, Cavabdeh, X1 və İddiaçı adına torpağa mülkiyyət hüququna dair JN-225 saylı, KOD 50807005 nömrəli Dövlət aktı üzrə verilmişdir. İddiaçının mərhum atası X12 18 sentyabr 2021-ci ildə, mərhum anası X14 isə 22 oktyabr 2021-ci ildə vəfat etmişlər. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət olduğuna görə iddiaçı həmin torpaq sahəsindən öz payının müəyyən edilməsini və valideynlərindən qalan torpaq sahəsinin də iddiaçının payına düşən hissəsinin müəyyən edilməsini istəyir. Həmçinin JN-225 saylı Dövlət aktı üzrə verilmiş torpaq sahəsi mülkiyyətçi kimi iddiaçının vəfat etmiş valideynlərinin və cavabdehlərin də mülkiyyətindədir. Bu səbəbdən iddiaçı ümumi birgə mülkiyyətdə olan 0.88 ha torpaq sahəsinə dair özünün 1/5 payının müəyyən edilməsini və həmin dövlət aktı əsasında iddiaçının mərhum valideynlərindən miras qalan torpaq sahəsinin hər birinə düşən 1/5 hissəsinə vərəsə kimi iddiaçının payının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümümi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvercilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, JN-225 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan Göygöl rayonunun Qızılca kəndində yerləşən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı payı müəyyən edilməli və JN-225 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçının mərhum atası X5 və mərhum anası X8 hər birinə düşən payın 1/5 hissəsinə vərəsə kimi İddiaçı payı müəyyən edilməlidir.d Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. JN-225 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan Göygöl rayonunun Qızılca kəndində yerləşən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı payı müəyyən edilsin. JN-225 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçının mərhum atası X5 və mərhum anası X8 hər birinə düşən payın 1/5 hissəsinə vərəsə kimi İddiaçı payı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-16/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-16/2024
08.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver