Məhkəmə qərarları › İş №2(066)-1611/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1611/2023

27.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1611/2023 27.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 kаtibliyi, X2 və Cavabdeh Şahzadə qızının iştirakları ilə, İddiаçı X1 Cavabdeh Şahzadə qızına qarşı “maddi zərərin ödənilməsi və pul” tələbinə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh Şahzadə qızına qarşı “maddi zərərin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 4604 manat borc pulun və ona yetirdiyi 800 manat məbləğində maddi zərərin və eləcə də, 1000 manat məbləğində mənəvi zərərin alının ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 xəstə olduğu üçün işə Göygöl rayonunda baxılmasını, əgər qanun işə Göygöl rayonunda baxılmasına yol vermirsə işin Xocalı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh Şahzadə qızı işin aidiyyətı üzrə Xocalı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Xocalı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki cavabdeh Mustafayeva X4 rayonu, Xocalı şəhərində qeydiyyatdadır. Göründüyü kimi iddiaya cavab verməli olan Mustafayeva X5 rayonunda qeydiyyatda deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən irəli gələn iddialar müəssisəinin olduğu yerə görə verilir. 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; 44.2.2-ci maddəsinə əsasən, işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-nin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda aidiyyət məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiаçı X1 Cavabdeh Şahzadə qızına qarşı “maddi zərərin ödənilməsi və pul” tələbinə dair mülki iş aidiyyəti üzrə Xocalı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 2(066)-1611/2023 «08» dekabr 2023-cü il Xocalı Rayon Məhkəməsinin hakimi X8 X9! İddiаçı X1 Cavabdeh Şahzadə qızına qarşı “maddi zərərin ödənilməsi və pul” tələbinə dair 2(066)-1611/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Sizə göndərilir. Qoşma: Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surəti “02” vərəq və 2(066)-1611/2023 nömrəli mülki iş “01” cild « » vərəqdə. Hörmətlə, Göygöl Rayon Məhkəməsinin sədri: Qələmdar Abbasov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar