Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-162/2024 27.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan və pul tələbinə dair mülki işə məhkəmənin binasında 27 fevral 2024-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə Cavabdeh qarşı maddi ziyan və pul tələbinə dair iddia qaldıraraq Cavabdeh əvəzindən banka ödədiyi 3500.00 manat pulun, Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına ödədiyi 250.00 manat pulun, mediyasiya xərci 55 manat pulun, 85 manat dövlət rüsumunun, vəkil üçün çəkdiyi 500 manat xərcin və real gəlirdən olduğu 2000 manat pulun, cəmi 6490 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı (zamin) İddiaçı, cavabdeh-borcalan Cavabdeh ilə dost münasibətləri olmuşdur. Ona görə də Cavabdeh ona pul lazım olmasını, bankdan kreditə pul götürmək istədiyini, bank isə pul verməsi üçün zamin tələb etdiyini bildirmiş, iddiaçı da ondan pulu ödəyə biləcəyini soruşduqda hec bir problemin olmamasını, götürdüyü pulu vaxtı vaxdında banka ödəyəcəyini, iddiaçının zaminliyinin formal xarakterli olmasını, əgər hər hansısa problem yaranarsa bütün məsuliyyətin ona məxsus olmasını öz üzərinə götürmüşdür. İddiaçı cavabdehin ona verdiyi sözə inanaraq onunla razılaşmış və Gəncə şəhəri, Atatürk prospekti 240-da yerləşən"xxxx"bank ASC-nin Gəncə filialında ona 10 avqust 2020-ci il tarixdə zamin durmuş və "xxxx" ASC-ilə 800804- 822613/2 nömrəli zaminlik müqaviləsi bağlamışdır. İddiaçının zaminliyi əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh "xxxx" ASC-nin Gəncə filialı 7620.00 AZN (yeddi min altı yüz iyirmi manat) nəğd pul olaraq kredit vermişdir. Cavabdeh, "xxxx" ASC-nin Gəncə filialı ilə müqavilə bağlayıb 7620.00 AZN (yeddi min altı yüz iyirmi manat) kredit üzrə götürdüyü pulu ilk aylarda tam həcmdə ödəsə də, daha sonra aylıq borcunu ödəmədiyinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Expreessbank" ASC) Cavabdeh və ona, yəni zamin İddiaçı qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(066)-118/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və iddiaçıdan müştərək qaydada 6,474,05 manat əsas borcun, 585.48 manat faiz borcun, cəmi isə 7,059.53 manat məbləğdə pulun və ödənilmiş 91.00 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(066)-118/2022 nömrəli qətnaməsi icra edilməsi üçün Goranboy rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, digər nüsxəsi isə icra edilməsi üçün Göygöl rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu Cavabdeh aylıq gəlir əldə etdiyinə baxmayaraq qərəzli olaraq "xxxx" ASC-yə ödəniləcək məbləği ödəməmiş, nəticədə onun ödəməli olduğu məbləği iddiaçı ödəmişdir. Nəticədə iddiaçının əmək haqqından həmin borcun əsas və faiz borcun bir hissəsi, cəmi 3500.00 manat "Express bankın" hesabına, 250.00 manat pul isə Goranboy rayon İcra və Probasiya şöbəsinin hesablarına köçürülmüşdür. Hal-hazırda Cavabdeh əvəzindən ödədiyi 3750 manat pulun ödənilməsini iddiaçı tələb etdikdə cavabdeh bundan boyun qaçırır. Halbuki, Cavabdeh hal-hazırda "xxxx" MMC-də işləyir və əmək haqqısı kifayət qədər yüksəkdir. Cavabdeh səhlənkarlığından iddiaçı banklardan pul götürə bilmir və əldə edə biləcəyi real gəlirlərdən mərhum olmuşdur. Cavabdehə pulunu qaytarması məsələsini mediyasiya vasitəsi ilə həll edilməsini təklif etsə də, Cavabdeh mediyasiya təyin olunan vaxtlarda sessiyada iştirak etməkdən yayınmışdır. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa iddiaçı zamin olaraq Cavabdeh əvəzindən 3500.00 manat "Expressbankın" və Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına 250.00 manat pul ödəməklə real gəlirdən olmuşdur. Həmcinin Göygöl rayon Məhkəməsində iddia qaldırmaq üçün vəkil ilə 500 manat məbləğində müqavilə bağlamışdır. Banklardan pul götürə bilməməsinə görə hər hansı qazancından da mərhum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Arzuman ailəsi ilə birlikdə heyvandarlıqla məşğul olur. O, hər il xırda danalar alıb saxlayır və böyüdərək danaları satır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmamasına görə İddiaçı heyvan ala bilməmiş və bu səbəbdən Arzumana cəmi 6490 manat məbləğində ziyan dəymişdir. Odur ki, qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir Belə ki, məhkəmə iclasında müəyyən olur ki, tərəflərin yaxın münasibətləri olduğundan Cavabdeh İddiaçı özünə pul lazım olmasını, bu səbəbdən bankdan kredit götürmək istəməsini, bank isə kreditin verilməsi üçün zamin tələb edilməsini ona bildirmiş, bu səbəbdən iddiaçının ona zamin durmasını ondan xahiş etmiş, həmçinin cavabdeh iddiaçıya vəd verərək krediti vaxtında ödəyəcəyini, bu barədə hər hansısa problem yaranarsa məsuliyyəti öz üzərinə götürəcəyini bildirmiş, bundan sonra tərəflər öz aralarında razılaşmış və 10 avqust 2020-ci il tarixdə kredit götürmək üçün Expressbank ASC-nin Gəncə filialına müraciət etmişlər. Bundan sonra kredit müqaviləsi üzrə iddiaçı cavabdehə zamin durmuşdur. Həmin kredit müqaviləsinə əsasən İddiaçı zaminliyi əsasında Cavabdeh bankdan 7620 manat nəğd kredit götürmüşdür. Cavabdeh ilk aylarda öhdəsinə düşən kredit məbləğini ödəsə də, sonrakı aylar krediti ödəməməsinə görə bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022ci il tarixli, 2(066)-118/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və iddiaçıdan müştərək qaydada 6,474,05 manat əsas borcun, 585.48 manat faiz borcun, cəmi isə 7,059.53 manat məbləğdə pulun və ödənilmiş 91.00 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün İcra və Probasiya şöbəsinə yönəldikdən sonra İddiaçı əmək haqqından kredit borcun bir hissəsi, yəni 3500 manat Expressbank ASC-nin hesabına, 250 manat isə İcra və Probasiya şöbəsinin hesabına tutulmuşdur. Həmçinin cavabdehin iddiaçıya vurduğu ziyana və bankdan olan gecikməyə görə iddiaçının yenidən başqa bankdan kredit götürə bilməməsinə və bunun nəticəsində onun mal-qara alıb sata bilməməsi üçün iddiaçı 2000 manat real gəlirini (qazancını) itirmiş və həmçinin bu iş üzrə vəkilə 500 manat ödəyərək müqavilə bağlamışdır. Cavabdeh iddiaçıya 3750 (üç min yeddi yüz əlli) manat və 2000 manat itirilmiş qazanc olan borcunu qaytarmalı olduğu halda hal-hazıra qədər həmin puldan ona heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində cavabdehin ona vurduğu ziyana görə itirdiyi 2000 manat real gəlirini cavabdehdən tələb etsə də bu məbləğin 1000 manatını məhkəmədə mötəbər sübutlarla təsdiq edə bilmədi. Odur ki, iddia həmin hissədə tam təmin edilə bilməz. İşdə olan Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(066)-118/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və İddiaçı müştərək qaydada 6,474,05 manat əsas borcun, 585.48 manat faiz borcun, cəmi isə 7,059.53 manat məbləğdə pulun və ödənilmiş 91.00 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir. İşdə olan Xocalı rayon Polis şöbəsinin 23 avqust 2023-cü il tarixli arayışından görünür ki, Xocalı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı əmək haqqından Göygöl Rayon Məhkəməsinin 2 (066)-118/2022 saylı qətnaməsinə əsasən 3500 manat EXPRESS Bankın və 250 manat Goranboy rayon İcra və Probasiya şöbəsinin hesablarına köçürülmüşdür. İşdə olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Todan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Hümbətov X1 rayonunun Todan kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1993-cü ildə anadan olmuşdur. İşdə olan AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə anadan olmuş, Göygöl rayonunun Çaykənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə araşdırılması və iş materialları ilə təsdiq edilir ki, cavabdeh iddiaçıdan ona zamin durmasını xahiş etmiş, tərəflərin aralarında olan yaxın münasibətə görə iddiaçı onunla razılaşmış, bundan sonra tərəflərlə Express bank arasında kredit müqaviləsi bağlanmış və iddiaçının zaminliyi əsasında Cavabdeh bankdan 7620 manat məbləğində kredit pul götürmüşdür. Cavabdeh bir neçə ay öhdəsinə düşən kredit məbləğini ödəsə də, sonradan qalan borcunu banka ödəməkdən imtina etmişdir. Bank bu səbəbdən məhkəmədə iddia qaldırmış və məhkəmənin qətnaməsinə əsasən tərəflərdən müştərək qaydada cəmi 7,059.53 manat məbləğdə pulun və ödənilmiş 91.00 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı əmək haqqından 3500 manat Express bankın hesabına və 250 manat isə İcra və Probasiya şöbəsinin hesabına tutulmuşdur. Cavabdeh iddiaçının onun əvəzinə ödədiyi 3750 manat borcunu iddiaçıya qaytarmalı olduğu halda hal-hazıra qədər həmin puldan ona heç bir ödəniş etməmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh əvəzindən banka ödədiyi 3500.00 manat, Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına ödədiyi 250.00 manat, mediyasiya xərci üçün ödədiyi 55 manat, dövlət rüsumuna görə ödədiyi 85 manat, vəkil ilə müqavilə üçün ödədiyi 500 manat və real gəlirdən olduğu 1000 manat məbləğində pul, cəmi 5390 (beş min üç yüz doxsan) manat Cavabdeh alınıb İddiaçı verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Proses Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh əvəzindən banka ödədiyi 3500.00 manat, Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına ödədiyi 250.00 manat, mediyasiya xərci 55 manat, dövlət rüsumu 85 manat, vəkil üçün çəkdiyi xərc 500 manat və real gəlirdən olduğu 1000 manat məbləğində pul, cəmi 5390 (beş min üç yüz doxsan) manat Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-162/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-162/2024
27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver