Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1651/2023 11.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair 2(066)-1588/2023 nömrəli, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(066)- 1651/2023 nömrəli nömrəli mülki işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mənəvi zərərin ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki işdə iştirak edən şəxslər, iddianın predmeti və əsası eynidir. Belə olan halda məhkəmə hesab edir ki, işin hərtərəfli araşdırılması, tərəflərin məhkəməyə dəfələrlə gedib-gəlməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 169.3-cü maddəsinə əsasən mülki işlər bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, MPM-nin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddia ərizələri əsasında qeydə alınmış 2(066)-1588/2023 nömrəli və 2(066)- 1651/2023 nömrəli mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-23-84 .İş № 2(066)-1588/2023 «11» dekabr 2023-cü il İddiaçı Göygöl şəhəri, Aydın Hacıyev küçəsi, ev 60. Cavabdeh Göygöl şəhəri, Səbuhi Hacıyev 55. Gəncə şəhəri, Səfəvilər küçəsi, döngə 3, ev 3. Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(066)-1588/2023 nömrəli qərardadının surəti və digər sənədlər məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti və sənədlər “ ” səhifə Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(066)-1651/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1651/2023
11.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver