Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-168/2023 19.01.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiаçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı "xxxx" X12 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvü X3 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvü X1 rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır, eləcə də ********** qeydiyyat nömrəli, **********27-10301 reyestr nömrəli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə edilmiş MAPS arayışına əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvü X8 qeydiyyatdadırlar. Bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvü X3 həmin mənzilə heç bir hüquqları yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilərin Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. Bu səbəbə görə də iddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Seymur Məmmədov tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmiş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə 19 yanvar 2023-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək səhəti ilə bağlı xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmədə iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh xəstəliyi ilə bağlı teleqrama hər hansı sənəd əlavə etməmişdir. Odur ki, məhkəmə iclasın təxirə salınması işin səbəbsiz yerə uzanmasına gətirib çıxara bilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikasının DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 Göygöl rayonu, Qızılca kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Göygöl rayonu, Qızılca kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 Göygöl rayonu, Qızılca kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu, Haça Qaya kəndində qeydiyyatdadır. "xxxx" MMC-nin Hərracın yekunları barədə 26/02 nömrəli protokolun surətindən görünür ki, Göygöl Rayon İcra və Probasiya şöbəsinin 22079/19NC saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən hərraca çıxarılmış Cavabdeh1 məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC tərəfindən satın alınmışdır. 24 may 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə müqavilənin surətindən görünür ki, “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC-nin direktoru X5 və ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" X12 Səhmdar Cəmiyyəti (İH/3629 saylı, xx.xx.2017-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X6) arasında daşınmaz əmlak barədə 26/02 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən alğı-satqı müqaviləsi bağlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində 0,12 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyət növlü, 877,5 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" X12 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır, eləcə də ********** qeydiyyat nömrəli, **********27-10301 reyestr nömrəli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə edilmiş MAPS arayışına əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvü X8 qeydiyyatdadırlar. Bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvü X3 həmin mənzilə heç bir hüquqları yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilərin Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. Bu səbəbə görə də iddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 646.1-ci maddəsinə əsasən,daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən,daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" MMC-nin Hərracın yekunları barədə 26/02 nömrəli protokolun surətindən görünür ki, Göygöl Rayon İcra və Probasiya şöbəsinin 22079/19NC saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən hərraca çıxarılmış Cavabdeh1 məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC tərəfindən satın alınmışdır. 24 may 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə müqavilənin surətindən görünür ki, “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC-nin direktoru X5 və ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" X12 Səhmdar Cəmiyyəti (İH/3629 saylı, xx.xx.2017-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X6) arasında daşınmaz əmlak barədə 26/02 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən alğı-satqı müqaviləsi bağlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində 0,12 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyət növlü, 877,5 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətindədir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC-nin mülkiyyətində olması, cavabdehlərin həmin evdə yaşamaları, bununla da iddiaçının öz mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tam olaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının bərpa olunması üçün cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməli və Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evi boşaldılaraq cavabdehlər həmin evdən çıxarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayışyeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 100 (yüz) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi boşaldılaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvü X8 həmin fərdi yaşayış evindən çıxarılsın. İddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvü X3 istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinə verilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-168/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-168/2023
19.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver