Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-180/2024 07.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X1 iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair mülki iş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsinə vermiş olduğu etiraz ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənəzi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 30000 manat vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Həmin etirazda göstərmişdir ki, İddiaçı ona qarşı qaldırmış olduğu mənəvi ziyan tələbinə dair iddianın məhkəmə baxışı məhkəmənin icraatındadır. O işə Göygöl rayon Məhkəməsində digər hakimin sədrliyi ilə baxılmasına etiraz edir. Belə ki, əvvəllər hakim onun işinə baxıb onun ziyanına qərar çıxarmışdır. Son zamanlar ona məlum olmuşdur ki, hakimin sədrliyi ilə onun işinə obyektiv hüquqi qiymət verilməyəcəkdir. Ona görə də onun etiraz ərizəsinə baxılması başqa rayon məhkəməsinə göndərilməsi üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında iddianı müdafiə etdiyini və etiraz ərizəsinin əsassız olmasına görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını və cavabdehin təqdim etdiyi etiraz ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, etiraz ərizəsi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özüözünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə məhkəmə hesab edir ki, MPM-nin 22-ci maddəsinə əsasən məhkəmənin sədrinə edilmiş etirazın baxılması apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan və işə baxan hakimin sədrliyi ilə işə baxılacağı təqdirdə gələcəkdə çıxarılacaq hər hansı qərarın obyektivliyinə şübhələrin olmaması məqsədi ilə cavabdeh tərəfindən məhkəmənin sədrinə və hakiminə edilmiş etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-nin 22.6-cı maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Yuxarıdakılara əsasən və MPM-nin 19, 22, 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya vurulmuş mənəzi ziyanın əvəzi olaraq 30000 manat vəsaitin tutulub İddiaçı ödənilməsi tələbinə dair 2(066)-180/2024 nömrəli mülki iş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsinə verdiyi etiraz ərizəsi baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-180/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-180/2024
07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver