Məhkəmə qərarları › İş №2(066)-19/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-19/2025

29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-19/2025 29.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 102000 (yüz iki min) manat pulun, həmçinin həmin pula görə fayda kimi əldən çıxan 30000 manat maddi ziyanı və dövlətə iddia ərizəsinə görə ödədiyi 392 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 2012-ci il tarixdə, Cavabdeh2 isə 2014-cü il tarixdə tanımışdır. Belə ki, 2012-ci il tarixdən 2017-ci il tarixə qədər yük daşıyan kamazlarla Cavabdeh1 məxsus mərmər istehsal edən sexdən mərmər tozu alıb-satmışdır. Həmin alqı-satqı müddətində yəni 2014-cü il tarixdə Cavabdeh1 mühasibi Cavabdeh2nan tanış olmuşdur. 2017-ci il tarixdə Cavabdeh1 ona bildirmişdir ki, işləri ilə əlaqədar Rusiya Federasiyasına getməlidir ona görədə sexi icarəyə vermək isdəyir. O, sexdə yaxşı qazancın olduğunu əgər sexi icarəyə götürərsə yaxşı pul qazanacağını bildirmişdir. O, cavabdehin vədinə inanaraq təxminən 2017-ci il dekabr ayının əvvələrində qeyri rəsmi sexi icarəyə götürmüşdür. Bir necə gün sonra Cavabdeh1 əgər sexin idarəçiliyini ona verərəsəm yaxşı pul qazandıra biləcəyini bildirmişdir. O, Cavabdeh1la 21 dekabr 2017-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin gün orda işləyən işçiləri o, cümlədən Tamam Məmmədovu işdən çıxarmışdır. Həmin günü yəni 21 dekabr 2017-ci il tarixdə etibarnamə ilə ordakı işləri Cavabdeh1 həvalə etmişdir. Cavabdeh1 bir müddət sonra təxminən 2018-ci ilin yanvar ayının əvvələrində ona bildirmişdir ki, Cavabdeh2 yaxşı mühasibdir əgər onu işə götürərlərsə, mühasibatlıq işləri yaxşı gedər. O cavabdehin bu təklifi ilə razılaşmaq istəməsə də Anarın təkidi ilə 06 yanvar 2018-ci il tarixdə Cavabdeh2 işə qəbul etdirmişdir. Bir müddət sonra təxminən 2018-ci ilin fevral ayının əvvələrində Cavabdeh1 ona bildirmişdir ki, Cavabdeh2 şirkətin mühasibatlıq işlərini görməsi üçün etibarnamə verilməsi lazımdı. O, etibarnaməni vermək istmədikdə Cavabdeh1 ona bildirmişdir ki, Cavabdeh2 ilə uzun müddət qeyri-rəsmi ailə münasibətində olmuşdur. O, ilk başdan Tamama etibarnamə verməyə çəkinsə də Cavabdeh1 təkidi və ona verdiyi vədə görə 13 fevral 2018-ci il tarixdə Cavabdeh1 görə Tamama etibarnamə vermişdir. O hər dəfə Cavabdeh2 hesabatı soruşduqda ona daxil olan pulları göstərmişdir. Onun həmin sahədən anlayışı olmadığından Tamamın ona təqdim etdiyi təhriv olunmuş sənədlərə görə hesab etmişdir ki, onun pulu mənimsənilməmişdir. O, Anara hər dəfə ona məxsus pulun mənimsənildiyini bildirsə də hər dəfəsində Cavabdeh1 onu bu fikrindən yayındırmışdır. Təxminən 2021-ci ilin fevral ayında Tamam Məmmədovdan şüphələndiyi üçün Cavabdeh1la mübahisəsi olmuşdur. Ona görə də 31 mart 2021-ci il tarixdə sexin fəaliyyətini dayandırmışdır. Həmin günü yəni 31 mart 2021-ci il tarixdə Cavabdeh2 əmək müqaviləsinə xitam vermiş və onu bütün səlahiyyətlərdən azad etmişdir. Həmin vaxt Tamama verdiyi etibarnaməni ləğv etdirmək yadından çıxdığından Tamam onun hesabında olan pulu 2021-ci il noyabrına kimi hissə-hissə gizlin yola çəkmişdir. Həmçinin bildirmişdir ki, qarşılıqlı razılıqlarına əsasən 31 mart 2021-ci il tarixdə Cavabdeh2 işdən azad etsə də, Tamam işdən çıxdıqdan 9 ay ərzində onun hesabından pul çəkməyə davam etmişdir. Cavabdeh2 əməlində cinayət əməli olduğundan 20 fevral 2023-cü il tarixdə Göygöl rayon Prokurorluğuna müraciət etmişdir. Müraciət etdikdən sonra yəni 16 mart 2023-cü il tarixdə Cavabdeh1 onunla görüşərək şikayətini geri götürməsini, götürməyəcəyi təqdirdə Cavabdeh2 cinayət işi başlayacağını, şikayətini geri götürəcəyi təqdirdə Tamam tərəfindən hesabından çəkilən 102000 manat pulu Tamam və onun qardaşı tərəfindən geri qaytaracaqlarını bildirmişdir. O, Tamama inanıb 18 mart 2023-cü il tarixdə Göygöl rayon Prokororluğunda ərizə verərək şikayətini geri götürmüşdür. Bir müddət sonra Cavabdeh1 Tamamın pulunu niyə geri qaytarmadığını soruşduqda Tamamın qardaşının 102000 manatı qaytaracağına söz verdiyini, lakin sonradan telefonlara cavab vermədiyini bildirmişdir. O, onda bilmişdir ki, Cavabdeh1la Cavabdeh2 əlbir olaraq ona məxsus 102000 manat pulu dələduzluq yola ələ keçirmiş və mənimsəmişdirlər. Ona görədə Cavabdeh1 və Tamam Məmmədovdan müştərək qaydada 102000 manat pulun alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bundan sonra Cavabdeh2 “iddia müddətinin tətbiqi barədə” xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı “Pul tələbinə” dair iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 31 mart 2021-ci il tarixində onun əmək müqaviləsinə xitam vermiş və onu işdən azad etmişdir. Həmçinin iddia ərizəsində iddiaçının onu işdən azad etməmişdən öncə Cavabdeh1 hər dəfə pulunun mənimsənilməsini bildirməsi də qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı öz iddia ərizəsində ona məxsus olan pulların onu işdən azad etməmişdən öncə, yəni 31 mart 2021-ci ildən öncə mənimsənilməsini bildirmişdir. Bu aspektdən yanaşılsa hesab edir, iddiaçı qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim avı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi guya pulunun mənimsənilməsi ona 31 mart 2021-ci ildən öncə ona məlum olmuşdur. Lakin iddiaçı bu müddət ərzində vurulmuş maddi ziyanın ödənilməsi tələbilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi işəgötürən ona maddi zivan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasının aşkar edildiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət qanunvericilikdə imperativ tələb kimi tanınmışdır. Buna görə də hesab edir ki, iddiaçının hazırkı iddia tələbi qanunverciliklə nəzərdə tutulmuş prosessual müddətin tələblərinə uyğun verilmədiyi ücün məhkəmə tərəfindən rədd olunmalıdır. Cavabdeh2 eyni zamanda xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz gönərərək İddiaçı tərəfindən ona qarşı verilmiş “pul tələbinə dair” iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır, biri digəri ilə uyğun gəlməyən mülahizələrdən ibarətdir. Belə ki, o, 2014-cü ilin əvvəllərində əmək müqaviləsi əsasında hazırkı iddia tələbində cavabdeh şəxs kimi göstərilmiş Cavabdeh1 məxsus olmaqla Göygöl rayonu, Murdovdağ qəsəbəsi ərazisində yerləşən mərmər qırıntıları istehsal edən sexdə mühasib vəzifəsində işləməyə başlamışdır. 2017-ci ilin sonlarında Cavabdeh1 həmin sexi İddiaçı icarayə verdikdən sonra o həmin sexdə mühasib kimi işinə davam etmişdir. Həmin sexdə fəaliyyət göstərdiyi müddətdə mühasib kimi vəzifəsi maliyyə əməliyyatları və həmin əməliyyatları ilə bağlı sənədləşmə işlərinin həyata keçirilməsi olmuşdur. O, işlədiyi müddətdə İddiaçı qeyd etdiyi təxminən 102000 manat məbləğində pulu sexin bank əməliyyatlarının həyata keçirilməsi üçün yaradılmış bank hesabından məxaric etdikdən sonra tam məbləğdə sexdə olan kassaya mədaxil edərək bu barədə müvafiq sənədləşmə işlərini aparmışdır. Həmin sexdə işlədiyi 7 il müddətində öz vəzifə öhdəliyini vicdanla həyata keçirərək bütün maliyyə əməliyyatlarım tamamilə düzgün şəkildə aparmışdır. Təsadüfü deyil ki, sexin bundan öncəki rəsmi sahibi Anar Əliyevin sexə rəsmi olaraq rəhbərlik etdiyi dövrdə də sexin mühasibi kimi maliyyə əməliyyatlarını o həyata keçirmişdir. İddiaçı ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir. Bundan başqa bildirir ki, hazırkı iddia formal olaraq İddiaçı tərəfindən qaldırılsa da, əslində Cavabdeh1 tərəfindən qaldırılmışdır. Sadəcə Cavabdeh1 İddiaçılə olan yaxın əlaqələrindən istifadə edərək iddianı formal olaraq onun adı ilə qaldırılmasına nail olmuşdur. Belə ki, o, işlədiyi sexin əsl sahibi olan Cavabdeh1la 4 il müddətində qeyri-rəsmi nikahda olmaqla birlikdə yaşamışdır, lakin, Cavabdeh1 aynlmaq istədiyi üçün bir neçə dəfə sonuncuya münasibətlərini sonlandırmağı təklif etmişdir. Həmin vaxt Anar ona münasibətləri barədə qohumları və valideynlərinə məlumat verəcəyi ilə hədələmişdir. Buna baxmayaraq, o, 2022-ci ilin avqust ayında Anardan ayrılmışdır. Bu müddət ərzində Anar ona yenidən birlikdə yaşamaq barədə təkliflər etsə də həmin təkliflər tərəfindən rədd edilmişdir. Hətta ondan ayrıldığına görə Anar ona təsir göstərmək və yenidən onunla birlikdə yaşamağa razılaşması üçün həqiqətə uyğun olmayan fikir yayındırmışdır. Bu isə tamamilə formal olaraq verilmiş iddiadır. Cavabdeh1 İddiaçılə yaxın dostdur və etirazına əlavə etdiyi Göygöl RPŞ-də vermiş olduğu izahatında da qeyd etdiyi kimi həmin sexin rəhbəridir. İddiaçı sadəcə Anar Əliyev tərəfindən ona verilmiş tapşırıqları yerinə yetirməkdədir. Həmçinin ona verilmiş etibarnamənin məzmununa baxdıqda görünür ki, iddiaçı ona ümumi etibarnamə vermişdir. Etibarnamədə pul köçürmələri elmək və digər səlahiyyətlər nəzərdə tutulmuşdur. Həmin etibarnaməni iddiaçı öz iradəsi əsasında ona verdiyindən etibarnamədə nəzərdə tutulan hərəkətlərin risk daşıyıcısı da məhz iddiaçı hesab olunmuşdur. Əgər onun iddiaçını aldadacığına dair iddiaçının hansısa bir şübhəsi olmuşdursa bu qədər səlahiyyətləri ona etibar edə bilməzdi. Ümumiyyətlə qeyd etdiyi kimi etibarnaməni verdiyi andan risk daşıyıcı məhz iddiaçı hesab olunmuşdur. Həmçinin hadisədən uzun müddət keçmişdir və bu müddət ərzində iddiaçı tərəfindən ona qarşı hər hansı tələblə məhkəməyə müraciət edilməmişdir. Bunun əvəzinə iddiaçı qeyri-ciddi, heç bir hüquqi əsası olmayan ərizələrlə istintaq orqanına müraciət etmiş və istintaq orqanında iddiaçının ərizəsində göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı şikayəti üzrə Göygöl Rayon Prokurorluğunda barəsində 18 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin şikayətin məzmununa diqqət yetirdikdə görünür ki, iddiaçı izahatında həmin sexin rəhbəri olmasını qeyd etmiş və Cavabdeh1 da ona uyğun məznunda izahat vermişdir. Lakin bundan öncə Cavabdeh1 barəsində cinayət işinin başlanması üçün Göygöl RPŞ-nə müraciət etmiş və 14 sentyabr 2022-ci il tarixli qərarla barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin şikayət üzrə Cavabdeh1 özü həmin sexə özünün rəhbərlik etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçıdan öncə Cavabdeh1 istintaq orqanına müraciət etmiş və həmin müraciət üzrə fərqli izahat vermişdir. Bundan sonra da Cavabdeh1 tapşırığı əsasında İddiaçı istintaq orqanına müraciət etmişdir. Buradan da əslində qeyd etdiyi xüsusatlar tam şəkildə təsdiqini tapır. Bu fakt da özü-özlüyündə iddiaçının həqiqi iradəsini bəyan edir. İkinci fakt ondan ibarətdir ki, baş vermiş hadisədən uzun müddət keçmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən ona qarşı hər hansı tələblə bağlı iddia qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin tələblərindən göründüyü kimi işəgötürən işçisinin törətdiyi mülki hüquq pozuntusu zamanı məsuliyyət daşıyır və bu səbəbdən iddiaçıya vurulmuş zərəri ödəməlidir. Yəni, işçinin etdiyi hərəkətlər işəgötürənin etdiyi hərəkətlər kimi qəbul olunur. Yuxarıda da qeyd etdiyi kimi işlədiyi müddətdə daima iddiaçıya, Cavabdeh1 və vergi orqanlarına hesabatlar təqdim etmişdir. Həmin hesabatlarda da hansısa uyğunsuzluq aşkar edilməmişdir. Əgər hesabatlarda uyğunsuzluqlar mövcud olmuşdursa iddiaçının həmin uyğunsuzluqları müəyyən etməməsi mümkünsüz olardı. Həmçinin hadisədən uzun müddət keçməsi və bu müddət ərzində iddiaçının ona qarşı maddi ziyanın ödənilməsi tələbilə məhkəməyə müraciət etməməsi onun niyyətinin həqiqi olmamasına dəlalət edir. Əlavə olaraq bildirir ki, iddiaçı hesab edirsə ki, həmin pulları götürüb özündə saxlamışdır, bu zaman iddiaçı istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi mülki-prosessual məcəllə sübutetmə yükünü tələb edən tərəfin üzərinə vəzifə kimi qoyur. Halbuki iddiaçı istinad etdiyi halları sübutlarla deyil öz fərziyyələri ilə sübut etməyə çalışır. Bu isə onun niyyətinin, iradəsinin həqiqəti əks etdirməməsinin bariz sübutudur. Üçüncü fakt ondan ibarətdir ki, yuxanda qeyd etdiyi kimi iddiaçı bundan öncə istintaq orqanına müraciət edərək guya onun pulunu mənimsədiyini bildirmişdir. Lakin istintaq orqanında da əsaslı araşdırma aparılmış, izahatlar alınmış və digər sübutlarla onun əməlində cinayət tərkibinin olmamaması qərara alınmışdır. Əgər mənimsənilmə faktı mövcud olmuşdursa bu fakt istintaq orqanı tərəfindən sübuta yetirilərdi. Qəbul edilmiş rədd qərarlarında iddiaçının və Cavabdeh1 verdiyi fərqli izahatlar da qeyd etdiyi halları tam şəkildə sübut edir. Bundan başqa qeyd edir ki, iddiaçının iddia ərizəsinə diqqət etdikdə demək olar ki etdiyi bütün əməliyyatları Cavabdeh1 tapşırığı ilə icra etdiyi görünür. İddia ərizəsində qeyd olunan Cavabdeh1 təkidi ilə onu işə götürməsi, onun təkidi ilə ona etibarnamə verməsi və s. qeyd etdiyi xüsusatları təsdiq edir. Həmçinin əgər işlədiyi müddətdə pulları mənimsəmişdirsə Cavabdeh1 və İddiaçı həmin 7 il müddətində bundan xəbərsiz olmaları, hiss etməmələri mümkün idimi? O, etdiyi vəzifəyə uyğun olaraq hər ay hesabat təqdim etmişdir. 7 il müddətində bir manat belə pul mənimsənilməsi faktı aşkar olunmadığı, bununla bağlı ona və dövlət orqanlarına heç nə bildirilmədiyi təqdirdə hər iki şəxs işdən çıxdıqdan sonra ona şər ataraq həqiqi niyyətlərini gizlətməmişlər. Həmçinin hazırkı etirazına cavabdeh İddiaçı yaxın dostu olan Cavabdeh1 ona yazdığı Whatsapp yazışmasını da əlavə etmişdir. Həmin yazışmada ona mesaj atan nömrə də açıq şəkildə görünür. Məhz Cavabdeh1 tərəfindən ona yazılan mesajlar Anarın niyyətini bəyan edir. Bundan başqa iddiaçı iddia ərizəsində sübut kimi səs yaz yazısına da istinad etmişdir. Halbuki həmin səs yazısı onun xəbəri olmadan, onun iradəsi olmadan yazılmışdır. Belə ki, AR Konstitusiyasının 63-cü maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insanın şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: -sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması;- qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən də göründüyü kimi insanın xəbəri olmadan yazılmış səs yazısı insanın şəxsi həyatının toxunulmazlığını pozduğundan qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilməli və bu səbəbdən həmin səs yazısından sübut kiıni istifadə olunmamalıdır. Buna görə də iddiaçının sübut kimi istinad etdiyi səs yazısı məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməlidir. Son olaraq qeyd edir ki, iddiaçının iddia ərizəsinə diqqət etdikdə görünür ki, iddiaçı 31 mart 2021-ci il tarixində onun əmək müqaviləsinə xitam vermiş və onu işdən azad etmişdir. Həmçinin iddia ərizəsində iddiaçının onu işdən azad etməmişdən öncə Cavabdeh1 hər dəfə pulunun mənimsənilməsini bildirməsi də qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı öz iddia ərizəsində ona məxsus olan pulların onu işdən azad etməmişdən öncə, yəni 31 mart 2021-ci ildən öncə mənimsənilməsini bildirmişdir. Bu aspektdən yanaşaraq hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasan İşəgötürən bu Məcəllə ilə müəvvən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi guya pulun mənimsənilməsi iddiaçıya 31 mart 2021-ci ildən öncə məlum olmuşdur. Lakin iddiaçı bu müddət ərzində vurulmuş maddi ziyanın ödənilməsi tələbilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi işəgötürən ona maddi ziyanın vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasının aşkar edildiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət qanunvericilikdə imperativ tələb kimi tanınmışdır. Formal da olsa təsəvvür edilsə ki, iddiaçı iddia tələbində haqlıdır, bu zaman qanunla nəzərdə tutulmuş prosessual müddətin tələbləri pozulmuş olacaqdır. Bütün bunlara əsasən hesab edir ki, İddiaçı tərəfindən ona qarşı qaldırılmış “pul tələbinə dair” iddia ərizəsi qanunsuz və əsassız olduğundan tamamilə rədd edilməlidir Bundan sonra xx.xx.2025-ci il tarixdə Cavabdeh2 vəkili Vəkil1 məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəməyə heç bir disk təqdim etmədiyini, diskin kim tərəfindən təqdim edilməsinin ona məlum olmadığını, həmçinin göstərilən sənədləri o özündə saxlamalı olmadığını, işin mühasibat sənədləri və hesab vərəqələri Cavabdeh1 olduğunu və məqsədyönlü şəkildə məhkəməyə təqdim etmədiyini, əvvəlki ərizələrində, etirazında da göstərdiyi kimi Cavabdeh1 və İddiaçı özlərinə sərf edən sənədləri məhkəməyə təqdim etdiyini, digər sənədləri isə təqdim etmədiyini, əgər həmin sənədlər onda olsaydı sənədləri təqdim edərək pulların haraya xərcləndiyini bildirəcəyini, bu yolla özünü müdafiə edə biləcəyini bildirmişdir. Odur ki, növbəti məhkəmə iclasının onların iştirakı olmadan keçirib iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 izahatında göstərdi ki, İddiaçı Cavabdeh1 2012-ci ildən tanımışdır, belə ki, Cavabdeh1 Drabilkası, İddiaçı də 6 ədəd Kamazı olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı ona məxsus Kamazları ilə Cavabdeh1 Drabilkası vasitəsilə istehsal edilmiş xammalı təyinatı yerlərə çatdırmışdır. Daha sonra Cavabdeh1 2014-cü ildə Cavabdeh2 həmin Mərmər sexində işə götürmüş, İddiaçı də Cavabdeh2 həmin vaxtdan tanımışdır. İddiaçılə Cavabdeh1 münasibətləri yaxşı olmuşdur. Belə ki, Cavabdeh1 2017-ci ildə müflisləşən zaman İddiaçı zəng edərək müflis vəziyyətə düşdüyünü, işlə bağlı Rusiyaya getməli olduğunu, bu səbəbdən işlətdiyi sexi icarəyə vermək istədiyini bildirmişdir. Həmçinin İddiaçı həmin sexi icarəyə götürüb işlətməsi təklif edilmiş, mülkiyyətində Kamazları olduğu üçün əlavə xərci çox çıxmayacağını, bu səbəbdən həmin sexi icarəyə götürüb işlədəcəyi halda zərər etməyəcəyi İddiaçı bildirilmişdir. Beləcə İddiaçı həmin sexi icarəyə götürməyə razı olmuşdur. 2017-ci ilin dekabr ayında İddiaçı sexi faktiki icarəyə götürmüş, 2018-ci il yanvar ayının əvvəlində isə İddiaçılə Cavabdeh1 arasında rəsmi icarə müqaviləsi bağlanmışdır. İddiaçı həmin sexi icarəyə götürəndən sonra müəyyən islahatlar aparmış, əvvəlki işçiləri həmin sexdən çıxarmışdır. Bundan sonra Cavabdeh1 Rusiyaya gedəsi olmamış və İddiaçı onu da həmin sexə direktor kimi işə götürməsini təklif etmiş, həmin sexin işi ilə bağlı köməklik göstərəcəyini İddiaçı bildirmişdir. İddiaçı da həmin təkliflə razılaşaraq Cavabdeh1 işə götürmüşdür. Bundan sonra İddiaçı həmin sexdə mühasib vəzifəsində işləyən Cavabdeh2 şübhələnərək onu işdən çıxarmaq qərarına gəlmişdir, belə ki, İddiaçı həmin sexlə işlədiyi 2014-cü ildən bu yana Cavabdeh2 müəyyən səhvliklərini müşahidə etmiş, Cavabdeh2 Cavabdeh1 aldatması hallarını görmüşdür. Cavabdeh1 isə Cavabdeh2 ilə yaxın münasibəti olduğu üçün Cavabdeh2 işdən çıxarılmasına mane olmuş, işlə bağlı Cavabdeh2 cavabdeh durduğunu, həmçinin Cavabdeh2 mühasibatlıq sahəsini yaxşı bildiyini İddiaçı bildirmişdir. Bundan sonra Cavabdeh1 sexdə olan bütün hesabatların aparılması ilə bağlı Cavabdeh2 etibarnamə verilməsini İddiaçı təklif etmişdir və Cavabdeh1 təkidi ilə Asifə Əliyev 2018-ci ilin fevral ayının 13-də Cavabdeh2 etibarnamə vermişdir. Bundan sonra Cavabdeh2 həmin etibarnamə əsasında şirkətin adından bütün işləri görməyə başlamışdır. 2018-ci ildən 2021-ci ilin mart ayına kimi həmin şirkətin hesabına 600.000 (altı yüz min) manata yaxın vəsait daxil olmuşdur. Həmin şirkətin bütün ödənişləri, o cümlədən yanacaq, xammal, vergi və s. ilə bağlı ödəmələri onlayn qaydada olmuşdur. Həmin ödəmələri Cavabdeh2 ona verilən etibarnamə əsasında İddiaçı Asan imzası vasitəsilə həmin ödəmələri təsdiq etməsi ilə həyata keçirmişdir. Lakin, Cavabdeh2 İddiaçı xəbəri olmadan müxtəlif vaxtlarda şirkətin hesabında olan vəsaitdən nağd formada müxtəlif məbləğləri yəni 800, 1500, 2000 və s. məbləğlərdə pul hesabdan məxaric edilmişdir. Hesabdan məxaric edilmiş pullardan İddiaçı xəbəri olmamışdır. Cavabdeh2 həmin pullardan nəyin ki, İddiaçı hec Cavabdeh1da məlumat verməmişdir. İddiaçı həmin vaxtlarda hesabından pul çəkilməsini ehtimal etməmişdir. Ona görə ki, orda olan bütün işləri Cavabdeh1 etibar etmiş, belə bir halın olacağını güman etməmişdir. İddiaçı özü bir dəfə də olsun şirkətin hesabında olan puldan nağd formada çıxarış etməmişdir.Hec bir müddət ərzində İddiaçı və Cavabdeh1 həmin hesabdan nağd qaydada pul çəkməmişdir. Əgər İddiaçı Cavabdeh2 hesabdan pulları məxaric etməsi barədə göstəriş vermişdirsə onda Cavabdeh2 ilə bərabər Cavabdeh1 həmin pulları bank hesabından məxaric edərdi. Bundan başqa özüdə bankdan həmin pulları məxaric edə bilərdi. Məhkəməyə təqdim edilmiş hesabdan da görünür ki, İddiaçı və yaxud Cavabdeh1 bir dəfə də olsun hesabdan pul məxaric etməmişdir. Hesabdan pulların yoxa çıxamasına görə 2022-ci ilin yanvar ayında Cavabdeh1la İddiaçı arasında mübahisə yaranmışdır. İddiaçı yaranmış söz-söhbət ilə bağlı Cavabdeh2 şübhələnsə də Cavabdeh1 Cavabdeh2 belə bir iş görməyəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1la İddiaçı "xxxx" ASC-yə gedərək şirkətin hesab çıxarışlarını əldə etmişdirlər. Həmin zaman şirkətin balansından 102000 (yüz iki min) manat məbləğində vəsaitin çəkildiyi aşkar olunmuşdur. Bundan sonra Cavabdeh1 və İddiaçı Cavabdeh2 şitkətin işləri ilə bağlı hesabatı verməsini istəmişlər, lakin Cavabdeh2 şirkətə gəlməmiş və tələb olunan hesabatı onlara verməmişdir. Bundan sonra tərəflər 2021-ci ilin mart ayının 30-da Cavabdeh2 ərizəsi olmadan onun əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişlər. Cavabdeh2 30 mart 2021-ci il tarixdə işdən çıxamasına baxmayaraq 06 aprel 2021-ci il tarixdə hesabdan gizli yola 3000 manat məbləğdə pulu çəkməsi onu bir daha təsdiq edir ki, Cavabdeh2 hesabdan məxaric etmiş pulları gizli yola çəkmişdir. Cavabdeh2 özü etiraz ərizəsində bildirmişdir ki, hesabdan çəkmiş olduğu pulları kassasa mədaxil etmiş və düzgün sənədləşdirmişdir. Onda sual yaranır, işdən çıxmış şəxs hansı marağa görə işdən çıxandan sonra pulu hesabdan kənarlaşdıraraq kassasaya mədaxil etmişdir. Bundan sonra İddiaçı Cavabdeh2 müvafiq orqana şikayət etmək istəsə belə Cavabdeh1 Cavabdeh2 olan münasibətindən irəli gələrək Cavabdeh2 pulları qaytaracağını Asif Əlilyevə bildirmişdir. Beləcə aradan xeyli müddət keçmiş və Cavabdeh2 bir xəbər çıxmadığını görən İddiaçı 2023-cü il fevral ayının 20-də Cavabdeh2 barəsində Göygöl Rayon Prokurorluğuna şikayət etmişdir. Prokurorluq şikayət üzrə araşdırma başlayanda Cavabdeh2 və qardaşı Cavabdeh1 yanında gələrək prokurorluq onu tutacağı halda İddiaçı pulunun batacağını bildirmiş, Cavabdeh1 İddiaçı qarşısında onlara zamin durmasını, Prokurorluqdan şikayət ərizəsini geri götürülməsini xahiş etmişlər. Həmçinin İddiaçı 102000 (yüz iki min) manat pulunu qaytaracaqlarına söz vermişlər. Bundan sonra Cavabdeh2 İddiaçı pullarını qaytarmaqdan yayınmışdır, Odur ki, sahibkarın 102000 (yüz iki min) manat pulu mənimsənilməklə ortada cinayət əməli yaranmışdır. Hazırda isə törədilmiş deliktlə hüquq pozması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunmuşdur. Bu günədək olan məhkəmə iclaslarının heç birində Cavabdeh2 iştirak etməmiş, sözügedən şirkətin bank hesabından nağd formada ara-sıra çəkilmiş cəmi 102000 manat məbləğində pulun nəyə xərclənməsi ilə bağlı hər hansı sübut təqdim etməmişlər. Həmçinin həmin məsələ ilə bağlı verilmiş audit və ekspert rəyində də Cavabdeh2 101574 (yüz bir min beş yüz yetmiş dörd) manat məbləğində İddiaçı ziyan vurduğu qeyd olunmuşdur. Hətta Audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, şirkətin hesabında olan 600000 (altı yüz min) manat pul vəsaitindən süni olaraq yaradılmış müxtəlif “MMC” fəaliyyət formalı şirkətlərin hesabına köçürmələr edilmişdir. Vergi orqanlarına bununla bağlı müvafiq sorğular verilmiş, lakin həmin şirkətlərin fəaliyyət göstərmədiyi, sadəcə hesablarına pul köçürüldüyü və fəaliyyətinin dayandırıldığı bildirilmişdir. Hazırda cavabdehlərdən Cavabdeh1 onlara faktiki maddi ziyan vurmuş olmasa belə iddia ilə bağlı cavabdeh olaraq göstərilməsinə səbəb, İddiaçı Cavabdeh2 ilə bağlı şikayət etməsinə mane olmuş, onları Cavabdeh2 inandırmış və hazırkı işin bu yerə qədər gəlib çıxmasında səbəb olmuşdur. Hansı ki, 2021-ci ildə üstü açılmış cinayətlə bağlı bu vaxta kimi hər hansı tədbir görülməmişdir. Əlavə olaraq bildirdi ki, şirkətin xərcləri ilə bağlı bütün ödənişlər elektron qaydada olmuşdur. Cavabdeh2 isə məhkəməyə göndərmiş olduğu ərizəsində bank hesabından çəkmiş olduğu həmin 102000 manat vəsaitin şirkətin xərcləri ilə bağlı xərclədiyini bildirsə də, konkret olaraq həmin məbləği nəyə ödədiyini və ya kimə verdiyini bildirməmişdir. Həmin sexdə cəmi 2 fəhlə 1 mühasib işçi olmuş, onların əmək haqqı belə karta köçürmə vasitəsilə həyata keçirilmişdir. Cavabdeh2 şirkətə məxsus malların pərakəndə satışından da gəlir əldə etmişdir. Hətta şirkətin xərclərindən əlavə olaraq müxtəlif “MMC” formalı şirkətlərə 100000 (yüz min) manat məbləğində artıqlama ödənişlər edildiyi aşkar edilmişdir. Cavabdeh2 tərəfindən şirkətin hesabından nağd formada çıxarılmış pul məbləğinin miqdarı müstəqil audit rəyinə əsasən 102439 (yüz iki min dörd yüz otuz doqquz) manat olmuşdur. Həmçinin bildirdi ki, bu günədək Cavabdeh2 barəsində müvafiq orqanlara şikayət verməmələrinə səbəb Cavabdeh1 onları Cavabdeh2 pullarını qaytaracağına inandırması olmuşdur. Ümumilikdə Cavabdeh2 tərəfindən şirkətə 600000 (altı yüz min) manat məbləğində zərər vurulmuş olsa da, hazırda 102000 (yüz iki min) manat zərərlə bağlı əllərində sübut mövcuddur. Əlavə olaraq bildirdi ki, Cavabdeh2 barəsində Prokurorluğa şikayət olunandan sonra Cavabdeh1 bildirmişdir ki, İddiaçı götürmüş olduğu pullarla almış olduğu Gəncədə yerləşən 110 min manat dəyərindəki evini satıb İddiaçı pulunu qaytaracağını bildirmişdir. Əgər Cavabdeh2 həmin pulları gizli yola götürməsəydi, Cavabdeh1 da bildirməzidi ki, prokurorluğa vermiş olduğu şikayət ərizəsini İddiaçı geri götürsün. Bundan sonra Cavabdeh1 və İddiaçı eyni gündə hər ikisi prokurorluğa ərizə ilə müraciət edərək Cavabdeh2 barəsində olan şikayət ərizəsini geri götürmək istədiklərini bildirmişlər. Göygöl Rayon Prokurorluğu da həmin ərizələri əsaslı hesab edərək Cavabdeh2 barəsində olan şikayət ərizəsini baxılmamış saxlamışdır. Halbuki, Göygöl Rayon Prokurorluğuna Cavabdeh2 şikayətlə bağlı edilmiş müraciətdən sonra şikayətin geri götürülməsi ilə bağlı verilmiş ərizə Prokurorluq tərəfindən əsas götürülməməli idi, belə ki, şəxsin əməlində olan cinayət ağır kateqoriyalı cinayət hesab olunduğundan cinayət əməli üzrə araşdırma prokurorluq tərəfindən davam etdirilməli idi. Belə ki, İddiaçı ərizəsinin həqiqiliyi araşdırılmalıydı. Hazırda Göygöl prokuroru tərəfindən iddiaçının şikayəti üzrə cinayət işinin başlanması barədə qərar ləğv edilmiş və yenidən araşdırma başlanılmışdır. Göstərilənləri nəzərə alaraq məhz Cavabdeh2 102000 (yüz iki min) manat məbləğində pulun, həmçinin həmin pula görə fayda kimi əldən çıxmış 30000 (otuz min) manat maddi ziyanın və dövlətə iddia ərizəsinə görə ödənilmiş 392 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını, əlavə olaraq Cavabdeh2 əməlində cinayət xarakteri olduğuna görə Tamamın barəsində xüsusi qərar çıxarılaraq Göygöl Rayon Prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı Cavabdeh2 2021-ci il mart ayının 30-də işdən çıxarmış və icarəyə götürmüş olduğu şirkətdən qazanc əldə edə bilmədiyinə görə həmin sexi yenidən ona təhvil vermişdir. Bundan sonra İddiaçı bank hesabından çıxarış çıxartmış və müəyyən etmişdir ki, Cavabdeh2 İddiaçı məxsus 102000 manat pulu mənimsəmişdir. İddiaçı bu haqqda ona bildirmiş o da Cavabdeh2 dedikdə Cavabdeh2 həmin pulları hesabdan nağdılaşdırmadığını bildirmişdir. İddiaçı bir daha bankdan dəqiqləşdirdikdə müəyyən etmişdir ki, etibarnamə ilə Cavabdeh2 İddiaçı bank hesabından həmin pulları çəkmişdir. İddiaçı Cavabdeh2 onun pullunu oğurladığına görə Göygöl rayon Prokurorluğuna şikayət etmişdir. İddiaçı şikayət etdikdən sonra Tamamın qardaşı ona zəng edərək görüşmək isdəmişdir. O Tamamın qardaşı ilə görüşəndə Tamam Məmmədovda orada olmuşdur. Cavabdeh2 və qardaşı ondan xahiş etmişdir ki, Yeni Gəncə massivində yerləşən evi vardır 102000 manat pulun qarşılığında İddiaçı verə bilər və yaxud İddiaçı onlara 1 ay vaxt versin evi satıb İddiaçı qaytarsın. O, Cavabdeh2 sözü ilə razılaşmış və İddiaçı xahiş etmişdir ki, Cavabdeh2 1 ay müddətinə onun 102000 manatını qaytaracaq, ona görə də Göygöl rayon Prokurorluğuna vermiş olduğu şikayət ərizəsini geri götürsün. İddiaçı onun sözü ilə razılaşmış Göygöl rayon Prokurorluğuna müraciət etmiş ərizəsinin baxılmamış saxlamışdır. Cavabdeh2 1 ay müddətinə vermiş olduğu sözünü tutmamışdır. Ondan sonra İddiaçılə münasibətləri pozulmuşdur. O, iddia ərizəsinin ona münasibətdə rədd edilməsini xahiş etdi. Xahişi belə əsaslnadırdı ki, 102000 manat məbləğində pul onun tərəfindən mənimsənilməmişdir. Ona görədə o, həmin pulu ödəyəsidə deyildir. Ancaq Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh2 və onun nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının Nümayəndəsi (vəkil) Vəkil2 və Cavabdeh1 məhkəmə icalsının onların iştirakı olmadan keçirilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi Cavabdeh2 Nadir qızına münasibətdə qismən, Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, ƏN-İ seriyalı 697321 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı Cavabdeh2 xx.xx.2023cü il tarixə kimi etibarnamə əsasında bütün idarə təşkilatlarda o cümlədən, istənilən bankın istənilən filialında və vergi idarələrində onun nümayəndəsi olmaqla adından hesab açdırmağı, istənilən bank əməliyyatlarını etməyi, pul köçürmələrini etməyi, ona məxsus olan hesabdan nəğd şəkildə pulu almağı, vergi idarəsinə lazımı sənədləri təqdim etməyi, adından ərizə verməyi və imza etməyi və bu tapşırığın yerinə yetirilməsiylə bağlı digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edilmişdir. İş materiallarında əlavə edilmiş 15 iyul 2024-cü il tarixli X4nda göstərilmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən SA/328 qeydiyyat nömrəli 19 avqust 2022-ci il tarixli auditor xidmətinin həyata keçirilməsi üçün icazəyə əsasən fəaliyyət göstərən sərbəst auditor X6 fərdi sahibkar İddiaçı ilə bağlanmış 6 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən əmək müqaviləsi əsasında mühasib vəzifəsində işləmiş Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində maddi zərər vurub-vurmamasının auditini aparmışdır. Audit xx.xx.2024-cü il tarixdə başlanmış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Audit xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinə olan dövrü əhatə edir. Təqdim edilmiş sənədlərin və aparılan hesablamaların araşdırılması zamanı müəyyən edilmişdir ki, mühasib vəzifəsində işləmiş Cavabdeh2 öhdəsində olan pul vəsaitlərində və mallarda ümumi kənarlaşma və çatışmayan pul məbləği 102439,0 (bir yüz iki min dörd yüz otuz doqquz) manat təşkil edir. Cavabdeh2 ilə İddiaçı arasında 6 yanvar 2018-ci ildə fəhlə vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. 27 fevral 2019-cu ildən əmək müqaviləsində dəyişiklik edilərək Cavabdeh2 mühasib vəzifəsində işləmişdir. 31 mart 2021-ci il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Bununla belə Cavabdeh2 əlində olan etibarnamə əsasında sahibkara məxsus bank hesabından pul nağdlaşdıraraq onları xəzinəyə mədaxil etməmişdir. Cavabdeh2 hərəkətlərinin davamlı və fasiləsiz olduğu hesab olunmuşdur. Cədvəldə göründüyü kimi müştərilərdə Cavabdeh2 öhdəsində olan məbləğlər xəzinəyə mədaxil edilməmiş və cəmi kənarlaşma 102439,0 (bir yüz iki min dörd yüz otuz doqquz) manat təşkil etmişdir. Cavabdeh2 bank hesabından pulları nağdlaşdıraraq sahibkara təhvil və ümumiyyətlə belə əməliyyatlar barədə heç bir məlumat verməmişdir. Hətta onunla olan əmək müqaviləsinin 31 mart 2021-ci il tarixdə bitməsinə baxmayaraq Cavabdeh2 06 aprel 2021-ci il tarixdə 3000 manat məbləğində pul vəsaiti nağdlaşdırmışdır. Cavabdeh2 tərəfindən nağdlaşdırılan heç bir məbləğ xəzinəyə mədaxil edilməmişdir. Aparılmış auditin nəticələrinə əsasən hesab olunmuşdur ki, Cavabdeh2 öhdəsində olan pul vəsaitlərində kənarlaşma məbləği 102439,0 (bir yüz iki min dörd yüz otuz doqquz) manat təşkil edir. İş materiallarında əlavə edilmiş 22 yanvar 2025-ci il tarixli, 9/10191 nömrəli məhkəmə-mühasibat ekspertizasının rəyindən göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan kassa məxaric orderləri, bank çıxarışı və xx.xx.2024-cü il tarixli “X4” məlumatlarına əsasən 13 fevral 2018-ci il tarixdən 15 noyabr 2021-ci il tarixə qədər olan dövr ərzində Cavabdeh2 tərəfindən İddiaçı bank hesabından ümumilikdə 101.074,45 AZN məbləğində vəsait məxaric edilmişdir. Həmçinin həmin məxaric olunan məbləğlərin hər hansı əməliyyata sərf və ya istifadə olunmasının təqdim edilmiş iş materiallarından öz təsdiqini tapmır. Göygöl rayonu Notariat ofisi tərəfindən verilmiş, 21 dekabr 2017-ci il tarixli, AR-İ seriyalı, 574934 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixədək etibarnamə əsasında bütün idarə təşkilatlarda o cümlədən, istənilən bankın istənilən filialında və vergi idarələrində onun nümayəndəsi olmaqla adından hesab açdırmağı, istənilən bank əməliyyatlarını etməyi, pul köçürmələrini etməyi, ona məxsus olan hesabdan nəğd şəkildə pulu almağı, vergi idarəsinə lazımı sənədləri təqdim etməyi, adından ərizə verməyi və imza etməyi və bu tapşırığın yerinə yetirilməsiylə bağlı digər hərəkətləri etməyi etibar etmişdir. Bu barədə reyestrdə 7E-3907 nömrəli qeyd aparılmışdır. Mülki işə əlavə edilmiş 18 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 20 fevral 2023-cü il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində yaşayan İddiaçı ərizə ilə rayon prokurorluğuna müraciət edərək icarə əsasında işlətdiyi Göygöl rayonu Murovdağ qəsəbəsi ərazisində yerləşən mərmər qırıntıları istehsal edən sexdə mühasib işləyən Cavabdeh2 2018-2021-ci illər ərzində ona verilmiş etibarnamə əsasında həmin sexin bank hesabından təxminən 102 000 manat məbləğində pulu məxaric edərək mənimsədiyini bildirmişdir. Göygöl Rayon Prokurorluğunun 18 mart 2023-cü il tarixli qərarı ilə göstərilən fakt öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda İddiaçı tərəfindən prokorluğa müraciət ünvanladığı və şikayətini olmaması göstərilmişdir. 21 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında qərarın surətindən görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yaşayan İddiaçı icarə əsasında işlətdiyi Göygöl rayonu, Murovdağ qəsəbəsi ərazisində yerləşən mərmər qırıntıları istehsal edən sexdə mühasib işləyən Cavabdeh2 2018-2021-ci illər ərzində ona verilmiş etibarnamə əsasında həmin sexin bank hesabından təxminən 102 000 manat məbləğində pulu məxaric edərək mənimsəməsi barədə müraciəti əsasında Göygöl rayon prokurorunun köməkçisi Niyaməddin Bağırlı tərəfindən araşdırma aparılmışdır. Göygöl Rayon Prokurorluğunun 21 aprel 2025-ci il tarixli qərarı ilə 21-c/23 nömrəli material üzrə 18 mart 2023-cü il tarixdə Göygöl rayon prokurorunun böyük köməkçisi Niyaməddin Bağırlı tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın əsassız olduğundan ləğv edilməsi və material üzrə əlavə araşdırma aparılmasının Göygöl rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Niyaməddin Bağırlıya həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan AZE seriyalı 07955397 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1985-ci ildə Xanlar şəhərində anadan olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuşdur. 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qedyiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. Gəncə şəhərində bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən Qum-Şeben istehsal edən əmlakı xx.xx.2022-ci il tarixədək aylıq 100 (yüz) manat qarşılığında İddiaçı icarəyə vermişdir. Mülki işin faktiki hallarından aydın olur ki, İddiaçı ilə Cavabdeh1 arasında 21 dekabr 2017-ci il tarixdə Cavabdeh1 məxsus Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən Qum-Şeben istehsal edən mərmər sexinin İddiaçı icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. İddiaçı 06 yanvar 2018-ci il tarixdə həmin sexdə əvvəllər mühasib işləmiş Cavabdeh2 təkrar olaraq sexə mühasib vəzifəsinə işə götürmüş və onlar arasında əmək müqaviləsi bağlanmışdır. Daha sonra İddiaçı 13 fevral 2018-ci il tarixdə isə şirkətin mühasibatlıq işlərini aparmaq üçün X3 etibarnamə vermişdir. 31 mart 2021-ci il tarixə kimi icarəyə sex fəaliyyət göstərmişdir. Lakin, İddiaçı sexin mühasibi Cavabdeh2 ona məxsus pulları mənimsədiyindən şübhələndiyi üçün 31 mart 2021-ci il tarixdə sexin fəaliyyətini dayandırmış və həmin günü yəni, 31 mart 2021-ci il tarixdə Cavabdeh2 əmək müqaviləsinə xitam verərək, onu bütün səlahiyyətlərdən azad etmiş olsa da, Cavabdeh2 vermiş olduğu etibarnaməni 2021-ci ilin noyabr ayında ləğv etdirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı icarəyə götürüb işlətdiyi sexdə mühasib vəzifəsində işləyərkən 13 fevral 2018-ci il tarixdən 15 noyabr 2021ci il tarixə qədər olan dövr ərzində Cavabdeh2 tərəfindən İddiaçı bank hesabından ümumilikdə 101.074,45 manat məxaric edilmiş vəsaitin iddiaçının xeyrinə sərf edilmədiyi auditorun və ekspertin rəyi ilə müəyyən edilməmişdir. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102000 (yüz iki min) manat pulu, həmçinin həmin pula görə fayda kimi əldən çıxan 30000 manat maddi ziyanı və dövlətə iddia ərizəsinə görə ödədiyi 392 manat dövlət rüsumunun tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (Mülki Məcəllənin 135.1. və 135.2. maddəsi). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərimiş qaydada maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqla təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edimiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin üzrə məhkəmə iclasında araşdırma aparılarkən iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil2 bildirmişdir ki, Cavabdeh1 qarşı müştərək qayda da 102000 (yüz iki min) manat pul tələbi ona qaldırılmışdır ki, Əliyev X7 Məmmədova barəsində Göygöl rayon Porkurorluğuna müraciət etmişdir. Onun müraciəti əsasında Tamam Məmmədov barəsində Göygöl rayon Prokororluğunda araşdırma aparılmışdır. Tamama Məmmədova barəsində Göygöl rayon Porkururluğunda araşdırma aparılarkən Cavabdeh1 İddiaçı prokororluqdakı şikayətini geri götürməsini, Cavabdeh2 102000 manat pulu 1 ay müddətinə İddiaçı qaytaracağının sözünü vermişdir. Cavabdeh1 1 ay müddətə Cavabdeh2 tərəfindən 102000 manat pulun qaytarılmasını bildirsə də sonradan həmin məbləğ qaytarılmamışdır. Ona görə də Cavabdeh1 həmin məbləğdə pulun müştərək qaydada alınıb onalara ödənilməsi barədə iddia qaldırmışlar. İş üzrə Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, Əliyev X5 Tamam Nadir qızı tərəfindən bank hesabından 102000 manat pulun mənimsənilməsi barədə Göygöl rayon Prokururluğuna müraciət ünvanlamışdır. Araşdırma aparılan dövür ərzində Cavabdeh2 və Tamamın qardaşı onunla görüşərək, İddiaçı məxsus 102000 manat məbləğində pulu İddiaçı qaytaracağını bildirmişdir. Ona o, İddiaçı Göygöl rayon Prokororluğuna Cavabdeh2 tərəfindən verilmiş olduğu şikayət ərizəsinin geri götürülməsini xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh1 Cavabdeh2 ilə müştərək qaydada 102000 manat məbləğində pulu İddiaçı qaytarılması hissəsində əsassızdır. Ona görə ki, İddiaçı məxsus olan pul vəsaitini faktiki olaraq Cavabdeh2 tərəfindən mənimsənilməsi öz təsdiqini tapsa da, həmin məbləğin Cavabdeh1 tərəfindən mənimsənilməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiasının isə yalnız formal mülahizələrə əsaslandığı müəyyən edilmişdir. İş üzrə Cavabdeh2 məhkəməyə ünvanlamış olduğu etiraz ərizəsində göstərmişdir ki, Bank hesabından çəkmiş olduğu 102000 manat pulu kassasaya mədaxil etmişdir. Cavabdeh2 da bildirmişdir ki, 102000 manat məbləğdə pulu Cavabdeh1 təqdim etməmiş, həmin pulu kassaya mədaxil etmişdir. Belə olan halda iddia tələbində göstərilmiş 102000 manat məbləğində pulun, 30000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 392 manat məbləğdə pulun müştərək qaydada Cavabdeh1 alınması tələbi əsasızdır. Məhkəmə Cavabdeh2 dəlillərini əsassız hesab edərək qeyd edir ki, Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə göndərərək, işlədiyi müddətdə daim iddiaçıya və vergi orqanlarına hesabatlar təqdim etdiyini, həmin hesabatlarda da hansısa uyğunsuzluq aşkar edilmədiyini, əgər hesabatlarda uyğunsuzluqlar mövcud olmuşdursa iddiaçının həmin uyğunsuzluqları müəyyən etməməsinin mümkünsüz olduğunu, həmçinin hadisədən uzun müddət keçməsini və bu müddət ərzində iddiaçının ona qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməməsini və bu baxımdan onun niyyətinin həqiqi olmamasına dəlalət etdiyini, eyni zamanda iddiaçının 31 mart 2021-ci il tarixində onun əmək müqaviləsinə xitam verərək, onu işdən azad etdiyini, iddiaçının qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət etməli olduğunu, iddiaçının isə iddia ərizəsində qeyd etdiyi kimi guya pulunun mənimsənilməsinin ona 31 mart 2021-ci ildən öncə məlum olduğunu, lakin iddiaçının bu müddət ərzində vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmədiyini, buna görə də iddiaçının hazırkı iddia tələbinin qanunverciliklə nəzərdə tutulmuş prosessual müddətin tələblərinə uyğun verilmədiyini göstərmiş olsa da, məhkəmə araşdırması zamanı təyin edilmiş 22 yanvar 2025-ci il tarixli, 9/10191 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə 13 fevral 2018-ci il tarixdən 15 noyabr 2021-ci il tarixə qədər olan dövr ərzində Cavabdeh2 tərəfindən İddiaçı bank hesabından ümumilikdə 101.074,45 AZN məbləğində vəsaitin məxaric edildiyi müəyyən edilmişdir. Məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, İddiaçı hazırki iddia tələbi cavabdeh tərəfindən mənimsənilmiş pulun ona qaytarılmasından ibarət olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayıldığından, pullar və sənədli qiymətli kağızlar da əşya olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı mülkiyyətçi olaraq özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olması baxımından hazırki iddia tələbinə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin 102000 (bir yüz iki min) manat pula görə fayda kimi əldən çıxan 30000 manat maddi ziyan tələbi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehlərdən 102000 (bir yüz iki min) manat pul və həmin pula görə fayda kimi əldən çıxan 30000 manat maddi ziyan tələb etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh2 tərəfindən İddiaçı bank hesabından 13 fevral 2018-ci il tarixdən 15 noyabr 2021-ci il tarixə qədər olan dövr ərzində ümumilikdə 101.074,45 AZN məbləğində vəsaitin məxaric edildiyi müəyyən edilmişdir. Həmin məbləğin gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış məbləğ 20214,8 (iyirmi min iki yüz on dörd manat səksən qəpik) təşkil edir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 101074,45 (bir yüz bir min yetmiş dörd manat qırx beş qəpik) manat məbləğində pul, həmin məbləğin gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 20214,8 (iyirmi min iki yüz on dörd manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh1 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə veriməsi üçün 392 (üç yüz doxsan iki) manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehlərdən tələb etmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə qismən təmin edildiyindən məhkəmə xərci qismində ödənilmiş 392 (üç yüz doxsan iki) manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, məhkəmə qərardadı ilə təyin edilmiş məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə qismən təmin edildiyindən məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh2n tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 101074,45 (bir yüz bir min yetmiş dörd manat qırx beş qəpik) manat məbləğində pul, həmin məbləğin gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 20214,8 (iyirmi min iki yüz on dörd manat səksən qəpik) manat məbləğində pul və 392 (üç yüz doxsan iki) manat dövlət rüsumu olmaqla ümumilikdə 121681,25 (bir yüz iyirmi bir min altı yüz səksən bir manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. 50 (əlli) manat məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar