Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-21/2024 08.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tərəflər arasında evdə olan payların naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “tərəflər arasında evdə olan payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 miras qalmış JN - 069 A KOD 50807018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Göygöl Rayonunun Qızılca kəndində yerləşən 0.08 ha torpaq sahəsindən ibarət olan mirasın birinci növbəli vərəsələri Cavabdeh və Bağırov Qiyas isa oğlunun birinci növbə vərəsəsi olan X6, qızları İddiaçı və X4 tərəfindən faktiki qəbul edilməsi faktı kimi müəyyən olunaraq, həmin miras əmlakın 3/6 hissəsi üzərində Cavabdeh, 1/6 hissəsi üzərində X3, 1/6 hissəsi üzərində İddiaçı və 1/6 hissəsi üzərində X2 bərabər müəyyən edilmiş paylarının naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan, onun tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kımı, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Məhkəmə hesab edir ki, iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “tərəflər arasında evdə olan payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə "xxxx"ASC vasitəsi ilə xx.xx.2023-cü il tarixli, əməliyyat İD 153475101, qəbzin nömrəsi 255341, terminal nömrəsi K0127012, büdcə səviyyə kodu 142213, GPP qəbzin nömrəsi 105892161, məhkəmənin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-21/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-21/2024
08.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver