Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-212/2023 10.02.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “artıq yazılmış borc məbləğinin silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “artıq yazılmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" X6 tərəfindən 20 aprel 2022-ci il tarixdə 264504 nömrəli akt əsasında qanunsuz hesablanmış 687,03 (altı yüz səksən yeddi manat üç qəpik) manat məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə Göygöl rayonu, Quşçu kəndində yaşayır. Cavabdeh şəxsin nümayəndələri 20 aprel 2022-ci il tarixdə yaşadığı ünvanda gecə reyd yoxlaması aparan zaman iddiaçının yaşadığı evə məxsus sayğaca 264504 nömrəli akt tərtib etmişlər. Həmin aktın tərtib edilməsində iddiaçının və ailə üzvlərindən heç kim dəvət edilməmişdir. İddiaçının yaşadığı ünvanda 2021-ci ilin mart ayında qısa qapanma zamanı evinin bir hissəsi yanmışdır. Həmin hadisədə iddiaçının yaşadığı evinin elektrik sayğacının giriş və çıxış naqilləri yanaraq yararsız hala düşmüşdür. Bununla bağlı cavabdeh təşkilatın Göygöl rayon EŞ-nə dəfələrlə iddiaçı məlumat vermişdir. Hal-hazırda iddiaçının müraciəti öz nəticəsini tapmamışdır. İdarə tərəfindən sayğacın kabellərinin yenilənməsinə görə iddiaçıya köməklik göstərilməmişdir. İddiaçı öz hesabına naqilləri yeniləmişdir. Həmin qüsurla bağlı iddiaçıya kömək etmək əvəzinə cavabdeh təşkilatın nümayəndələri gecə reydində həmin qüsuru aktlaşdırmışlar. Həmin akt nəticəsində iddiaçıya 687,03 manat qəsdən və xəaylı hesablama aparmışlar. Təqdim edilmiş akt sənədlərində cavabdeh təşkilat iddiaçıya aktda yazılmış dəyərə görə hesabatı 365 günlük hesabat aparmışlar. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş cədvəlində iddiaçının yalnız 3 aylıq gerilənmə sərfiyyatı vardır. Məlum hadisədən sonra həmin evdə yaşayış olmamışdır. Yalnız təmir və təmizlik işləri aparılmışdır. Hazırda "xxxx" ASC-nin əməkdaşları iddiaçıdan həmin borcun ödənilməsini tələb edirlər. Əks halda elektrik enerjisinin verilişini dayandırılması bildirilmişdir. İddiaçı isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı iddianı müdafiə etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, CD diskdə olan ev ona məxsusdur və onun həmin çəkilişdən xəbəri olub. Məhkəmənin iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək qeyd etdi ki, elektrik sayğacından kənar xətt olduğuna görə istehlakçıya itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmış, bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Bununla bağlı CD disk məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərişıq ASC-nin 20 aprel 2022-ci il tarixli, R seriyalı, 264504 nömrəli aktının surətindən görünür ki, gecə reydi zamanı sayğacın giriş kabelini zədələyərək işlədiciləri bir başa şəbəkəyə qoşulması qeyd edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə doğulmuşdur. Azərişıq ASC-nin abunə haqqında saldosundan görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı 687.03 manat borc hesablanmışdır. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2022-ci il tarixli icra vərəqinin surətindən görünür ki, fərdi abonent İddiaçı 687.03 manat dəyərində borc yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “artıq yazılmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ailəsi ilə Göygöl rayonu, Quşçu kəndində yaşayır. Cavabdeh şəxsin nümayəndələri 20 aprel 2022-ci il tarixdə yaşadığı ünvanda gecə reyd yoxlaması aparan zaman iddiaçının yaşadığı evə məxsus sayğaca 264504 nömrəli akt tərtib etmişlər. Həmin aktın tərtib edilməsində iddiaçının və ailə üzvlərindən heç kim dəvət edilməmişdir. İddiaçının yaşadığı ünvanda 2021-ci ilin mart ayında qısa qapanma zamanı evinin bir hissəsi yanmışdır. Həmin hadisədə iddiaçının yaşadığı evinin elektrik sayğacının giriş və çıxış naqilləri yanaraq yararsız hala düşmüşdür. Bununla bağlı cavabdeh təşkilatın Göygöl rayon EŞ-nə dəfələrlə iddiaçı məlumat vermişdir. Hal-hazırda iddiaçının müraciəti öz nəticəsini tapmamışdır. İdarə tərəfindən sayğacın kabellərinin yenilənməsinə görə iddiaçıya köməklik göstərilməmişdir. İddiaçı öz hesabına naqilləri yeniləmişdir. Həmin qüsurla bağlı iddiaçıya kömək etmək əvəzinə cavabdeh təşkilatın nümayəndələri gecə reydində həmin qüsuru aktlaşdırmışlar. Həmin akt nəticəsində iddiaçıya 687,03 manat qəsdən və xəaylı hesablama aparmışlar. Təqdim edilmiş akt sənədlərində cavabdeh təşkilat iddiaçıya aktda yazılmış dəyərə görə hesabatı 365 günlük hesabat aparmışlar. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş cədvəlində iddiaçının yalnız 3 aylıq gerilənmə sərfiyyatı vardır. Məlum hadisədən sonra həmin evdə yaşayış olmamışdır. Yalnız təmir və təmizlik işləri aparılmışdır. Hazırda "xxxx" ASC-nin əməkdaşları iddiaçıdan həmin borcun ödənilməsini tələb edirlər. Əks halda elektrik enerjisinin verilişini dayandırılması bildirilmişdir. İddiaçı isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 8.2-ci bəndinin tələbinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır (Qaydaların 8.15-ci bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Göründüyü kimi, tərəflər arasında mübahisə iddiaçının elektrik enerjisinin haqqını ödəməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı elektrik enerjisindən birbaşa istifadə olunması (yəni, kənar xətt) aşkarlanmış və bunun aktla rəsmiləşdirilərək iddiaçıya itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması ilə bağlıdır. Həmçinin məhkəmə iclasında iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş və iddiaçının kənar xəttən istifadə etməsi aşkar edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən X1 qaydalarının pozulması, yəni kənar xəttən istifadəsi iş materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа Avropа İnsаn Hаqlаrı Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsаsən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTETDİ: İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “artıq yazılmış borc məbləğinin silinməsi” tələbinə dаir təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-212/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-212/2023
10.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver